Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-293/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı (bundan sonra "bank” adlanacaq) ilə cavabdeh X3 arasında bağlanmış 11 dekabr 2017-ci il tarixli 1081/A nömrəli kredit müqaviləsinə əsasən “Porsche Cayenne” minik markalı (buraxılış ili-2007, Ban-WP1ZZZ9PZ8LA41944) avtomobilinin alınması məqsədi ilə cavabdehə 30 (otuz) ay müddətinə illik 15 (on beş) faiz dərəcəsi ilə 23828 (iyirmi üç min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Porsche Cayenne" minik markalı (buraxılış ili-2007, Ban-WP1ZZZ9PZ8LA41944), **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 11 dekabr 2017-ci il tarixli, 1081/ag saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən kreditin təminatı kimi “Porsche Cayenne" minik markalı WP1ZZZ9PZ8LA41944), **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********466 saylı 01.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 22.06.2021-ci il tarixə kredit üzrə borcu, cəmi 10279,51 (on min iki yüz yetmiş doqquz manat 51 qəpik) manat təşkil edir. Bundan 9150,50 (doqquz min bir yüz əlli manat 50 qəpik) manat əsas borc, 657,84 (altı yüz əlli yeddi manat 84 qəpik) manat faiz borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 471,17 (dörd yüz yetmiş bir manat 17 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bank, tərəfər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənlərə əsasən, cəmi 10279,51 (on min iki yüz yetmiş doqquz manat 51 qəpik) manat borcun, bundan 9150,50 (doqquz min bir yüz əlli manat 50 qəpik) manat əsas borc, 657,84 (altı yüz əlli yeddi manat 84 qəpik) manat faiz borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 471,17 (dörd yüz yetmiş bir manat 17 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti "Porsche Cayenne" minik markalı (buraxılış ili-2007, Ban- WP1ZZZ9PX8EA41944), qara rəngli, **- FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka prednelinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsini kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 01 iyul 2021-ci il tarixli **********475 saylı maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən 11.12.2017-ci il tarixli 1081/A saylı kredit müqaviləsi üzrə 22.06.2021-ci il tarixinə iddiaçıya 9150,50 manat əsas, 657,84 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 471,17 manat faiz, cəmi 10279,51 manat məbləğində borcu yaranmışdır. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2017-ci il tarixli 1081/A saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 15 faiz dərəcəsi ilə 30 ay müddətinə 23828 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ödənişlərin qrafiki ödəniş cədvəlində göstərilir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2017-ci il tarixli 1081/ag saylı ipoteka müqaviləsindən görünür ki, qara rəngli, 2007-ci il buraxılışlı, **-FA-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 83811437 ban nömrəsi WP1ZZZ9PX8EA41944olan "Porsche Cayenne" minik markalı avtomobil bazar dəyəri 20000 (iyirmi min) ABŞ dolları qiymətləndirilərək 11.12.2017-ci il tarixli 1081/A saylı kredit müqaviləsi üzrə və bu müqavilədə göstəriən öhdəliklərin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - AD 124789 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2007-ci il buraxılışlı, **-FA-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 83811437 ban nömrəsi WP1ZZZ9PX8EA41944olan "Porsche Cayenne" minik markalı avtomobil Cavabdeh mülkiyyətindədir. - Kassa məxaric orderindən görünür ki, Cavabdeh 11.12.2017-ci il tarixli kredit müqaviləsi üzrə 23828 manat məbləğində pul vəsaitini həmin tarixdə İddiaçı ASC-dən almışdır; - Ləğv prosesində olan İddiaçı ASC-nin 01.07.2021-ci il tarixli **********466 saylı bildirişdən görünür ki, Cavabdeh 3 (üç) gün müddətində borcunu ödəmədiyi təqdirdə barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar. - 28.09.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı (bundan sonra "Bank” adlanacaq) ilə cavabdeh X3 arasında bağlanmış 11 dekabr 2017-ci il tarixli 1081/A nömrəli kredit müqaviləsinə əsasən “Porsche Cayenne” minik markalı (Buraxılış ili-2007, Ban-WP1ZZZ9PZ8LA41944) avtomobilinin alınması məqsədi ilə cavabdehə 30 (otuz) ay müddətinə illik 15 (on beş) faiz dərəcəsi ilə 23828 (iyirmi üç min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Porsche Cayenne" minik markalı (Buraxılış ili-2007, Ban-WP1ZZZ9PZ8LA41944), **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 11 dekabr 2017-ci il tarixli, 1081/ag saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən kreditin təminatı kimi “Porsche Cayenne" minik markalı WP1ZZZ9PZ8LA41944), **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********466 saylı 01.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 22.06.2021-ci il tarixə kredit üzrə borcu, cəmi 10279,51 (on min iki yüz yetmiş doqquz manat 51 qəpik) manat təşkil edir. Bundan 9150,50 (doqquz min bir yüz əlli manat 50 qəpik) manat əsas borc, 657,84 (altı yüz əlli yeddi manat 84 qəpik) manat faiz borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 471,17 (dörd yüz yetmiş bir manat 17 qəpik) manat faiz borcu təşkil edir. Bank, tərəfər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında 11.12.2017-ci il tarixli 1081/A saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 23828 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 30 (otuz) ay müddətinə, illik 15 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır. MM-in: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 və 448.2-ci maddələrinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 01.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 9150,50 manat məbləğində əsas kredit borcu, 657,84 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 471,17 manat faiz borcu olmaqla, cəmi 10279,51 manat borcu vardır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi borcun ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh iddiaçının xeyrinə 9150,50 manat əsas, 657,84 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 471,17 manat faiz borcu olmaqla, cəmi 10279,51 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə qara rəngli, 2007-ci il buraxılışlı, **- FA-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 83811437 ban nömrəsi WP1ZZZ9PX8EA41944olan “Porsche Cayenne” minik markalı avtomobil bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа dаşınmаz əşyаlаrа, hаbеlə rəsmi rеyеstrdə qеydə аlınmаlı оlаn dаşınаr əşyаlаrа əşyа hüquqlаrının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 34.1.3-cü mаddəsinə əsаsən ipоtеkа müqаviləsində nəzərdə tutulmuş və ipоtеkа sахlаyаnа ipоtеkаyа tutmа yönəltmək hüququ vеrən şərtinin yеrinə yеtirilməməsi ipоtеkа sахlаyаnın ipоtеkа prеdmеtinə tutmаnın yönəldilməsi hüququnun yаrаnmаsı аnıdır. 39.1-ci mаddəsində göstərilir ki, ipоtеkа sахlаyаn ipоtеkа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət еdə bilər. 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh məxsus qara rəngli, 2007-ci il buraxılışlı, **-FA-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 83811437 ban nömrəsi WP1ZZZ9PX8EA41944olan “Porsche Cayenne” minik markalı avtomobilə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 9150,50 manat əsas, 657,84 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 471,17 manat faiz borcu olmaqla, cəmi 10279,51 manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh məxsus qara rəngli, 2007-ci il buraxılışlı, **-FA-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 83811437 ban nömrəsi WP1ZZZ9PX8EA41944olan “Porsche Cayenne” minik markalı avtomobilə yönəldilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya olan borc ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən 30 (otuz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9150,50 manat əsas, 657,84 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 471,17 manat faiz borcu olmaqla, cəmi 10279,51 manat kredit borcu və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh məxsus qara rəngli, 2007-ci il buraxılışlı, **-FA-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 83811437 ban nömrəsi WP1ZZZ9PX8EA41944olan “Porsche Cayenne” minik markalı avtomobilə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-293/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-293/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver