Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2946/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 may 2019-cu iltarixli müqaviləsinə əsasən İMEİ kod **********54303 “Samsung Galaxy S 10 8” markalı telefon üçün 829manat ödənilməmiş hissə, 82 manat cərimə pulu borcu, 13 noyabr 2019-cü il tarixli müqaviləsinə əsasən “LG markalı paltaryuyan” üçün 735 manat ödənilməmiş hissə, 73 manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə1719manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1749 manatCavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 30 may 2019-cu iltarixli müqaviləsinə əsasən, İMEİ kod **********54303 “Samsung Galaxy S 10 8” markalı telefon almış və nəticədə 911manat borc yaranmışdır. Cavabdeh bu müqavilənin şərtlərini pozmuş və nəticədə 30 may 2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2367 manat (12 ay x 184 manat+ 159 manat ilkin ödəniş) olan İMEİ kod **********54303 “Samsung Galaxy S 10 8” markalı telefon üçünümumilikdə 911manat olmaqla, ondan, 829manat ödənilməmiş hissə, 276 manat (0,76 manat x 150 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 82manat cərimə pulu borcu yaranmışdır. 13 noyabr 2019-cu iltarixli müqaviləsinə əsasən, “LG markalı paltaryuyan almış və nəticədə 911manat borc yaranmışdır. Cavabdeh bu müqavilənin də, şərtlərini pozmuş və nəticədə 13 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 980 manat (6 ay x 163manat+ 2 manat ilkin ödəniş) olan LG markalı paltaryuyan üçünümumilikdə 808manat olmaqla, ondan, 735manat ödənilməmiş hissə, 244 manat (1,63 manat x 150 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 73manat cərimə pulu borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1783 manattəşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 may 2019-cu il tarixli, 00691277 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2367 manat olan “İMEİ kod **********54303 “Samsung Galaxy S 10 8” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, 01047790 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 980 manat olan “LG markalı paytaryuyan satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 08 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 may 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 829 manat, cərimə borcu üzrə 82 manat olmaqla, ümumilikdə 911 manat borcu qalmışdır. 13 noyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 735 manat, cərimə borcu üzrə 73 manat olmaqla, ümumilikdə 808 manat borcu qalmışdır, Hər iki müqavilə üzrə isə Cavabdeh ümumillikdə 1719 manat dəyərində borcu qalmışdır. İşə əlavə olunmuş 01 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 30 may 2019-cu il və 13 sentyabr 2019-cu iltarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 30 may 2019-cu iltarixli müqavilə üzrə əsas borc 829 manat, cərimə borcu üzrə 82 manat, 13 sentyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc 735 manat, cərimə borcu üzrə 73 manat olmaqla, ümumillikdə hər iki müqavilələr üzrə 1749 (bir min yeddi yüz qırx doqquz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2946/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2946/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver