Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2993/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə dair bütün hüquqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməklə əvəzləşdirilməsi, zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2015-ci il tarixli, 3-10-03-2015-YS- AAAF-AE nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 180 ay müddətinə, illik 10 % dərəcəsi ilə hesablanmaqla, 46780 (qırx altı min yeddi yüz səksən) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Yuxarıda adı çəkilən 10.03.2015-ci il tarixli, 3-10-03- 2015-YS-AAAF-AE nömrəli Kredit müqaviləsinə əsasən 03.06.2021-ci il tarixinə əsas borc üzrə 35818.21 manat, 1786.14 manat faiz borcu, cəmi 37604.35 manat kredit borcu mövcuddur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 11.08.2021-ci il tarixinə əsas borc üzrə 35818.21 manat, 1462.70 manat faiz borcu, cəmi 37280.91 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnmaə qəbul edilməsini xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavavdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə dair bütün hüquqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməklə əvəzləşdirilməsi, zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Cavabdeh1 və cavabdeh "xxxx" MMC-nə qarşı iddia tələbi "müştərək qaydada 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə əsas borc 35818.21 manat, faiz borcu üzrə 1786.14 manat, cəmi 37604.35 manat kredit borcunun, həmçinin iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulmasın”dan ibarətdir. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddia tələbinin əsasını Cavabdeh1 3-10- 03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli Kredit müqaviləsi üzrə illik 10% faiz dərəcəsi ilə 180 ay müddətinə verilmiş 46780 manat kredit vəsaiti təşkil edir. Həmin kredit vəsaiti "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.03.2015-ci il tarixli ABB YİYl- 0073 nömrəli alqı-satqı müqaviləsi üzrə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, "AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10 ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzilin alınması üçün verilmişdir. 3-10-03- 2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.3-cü bəndinə görə, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsinin predmetı kimi Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra borc alan bu barədə 10 (on) iş günü ərzində borc verənə məlumat verməli və 30 (otuz) iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.1-ci bəndinə görə, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və və 3-10- 03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-cı il tarixli Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir (bundan sonra “təminat üsulu”). Bu da həmin əmlak üzrə hüququn girovu qismində çıxış edir. /maddə 303.1/. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkıyyətdəki paya hüquq, borc tələbidir. 3-10-03-2015- YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 12.7-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat predmeti kimi çıxış edən 08 03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167. AAAF Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7. ümumi sahəsi 80.9 kv.m, ibarət 2 otaqlı 78 nömrəli mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.8-ci bəndinə əsasən, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzili boşaldılmasını tələb edir, Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Şərh olunan müddəalardan göründüyü kimi kredit öhdəliyi vaxtında və lazımı qaydada icra olunmadıqda kredit vəsaitinin təminatı olan daşınmaz əmlak əldə olunur. Cavabdeh C.Ş.Əİıxanlı kredit öhdəliklərini icra etməməsi tələbin daşınmaz əmlaka yönəltmək üçün əsas yaranır. Həmin müqavilənin 15.8-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh1 və "xxxx" MMC arasında 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzil təşkil edən ev üzərində olan hüquqlar borc verənə keçir. Həmçinin, "AAAF-İnşaat” MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə görə, müqavilə qiymətinin 5805.00 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 46780 manat "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. Həmin Müqavilənin 2.4.4-ci bəndinə əsasən, alıcı tərəfindən alıcı və Azərbaycan Beynəlxalq Bank ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 (doxsan) gün müddətində aparılmadıqda alıcı və Cəmiyyət arasında imzalanmış müqavilənin predmeti olan mənzil Azərbaycan Beynəlxalq Bankı ASC-nin müvafiq müraciəti əsasında boşaltmalıdır. Həmin Müqavilənin 2.4.5-ci bəndinə əsasən, alıcı tərəfindən alıcı və Azərbaycan Beynəlxalq Bank ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 (doxsan) gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün alıcı ona məxsus Cəmiyyət ilə onun arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqları Azərbaycan Beynəlxalq Bank ASC-nin və ya Azərbaycan Beynəlxalq Bank" ASC tərəfindən müvəkkil olunmuş şəxsin adına rəsmiləşdirilməsini təmin edir. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Alıcıdan müqavilə öhdəliklərini, o cümlədən "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış aylıq annuitet ödəniş və digər öhdəliklər daxil bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb edəcəkdir. 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 10-cu bəndinin müddəalarında, alıcı tərəfindən hər hansı səbəbdən öhdəliklərinin icra olunmaması nəticəsində həmin müqavilənin ləğv edilməsi və mənzilin üçüncü şəxsin adına rəsmiləşdirilməsi göstərilmişdir. Beləliklə, iddiaçı "xxxx" ASC-nin cəmi 37604.35 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzilə dair bütün hüquqları Azərbaycan Beynəlxalq Bank ASC-nə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədə müvafiqdir. Bu səbəbdən də, sözügedən 78 nömrəli mənzilə dair bütün hüquqların ilkin iddiaçı/cavabdeh "xxxx" ASC-nə ötürülməsi daha düzgündür. Qeyd olunanlara əsasən "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş 37604.35 manat məbləğində borcun müqabilində 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə təminat predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80 9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzilə dair bütün hüquqların İddiaçı ASC-nə ötürülməklə əvəzləşdirilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m ibarət 2 otaqlı 78 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürüldükdən sonra İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015ci il tarixli Zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, verilmiş kreditin və hesablanmış faizin ödənilməsini tələb edir. Kredit nağd şəkildə Cavabdeh1 vermişdir. Bank da zamin durmuşdur. Cavabdeh1 borcu ödəmədiyinə görə, kredit borcu müştərək qaydada həm kredit alandan həm zamindən tutulmalıdır. Qarşılıqlı iddia ərizəsində "xxxx" MMC müqavilənin 15.8-ci maddəsinə istinad edir, lakin o maddə müqavilənin 4.3-cü bəndi icra olunmuş olsa idi tətbiq oluna bilərdi. Belə ki, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsinin predmetı kimi Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak rəsmiləşdirməlidir. Sözügedən mənzilin çıxarışı yoxdur "xxxx" MMC-nin nümayəndəsinin istinad etdiyi 15.8-ci müqavilə tətbiq oluna və hüquqlar banka keçə bilməz. Bundan başqa qarşılıqlı iddia ərizəsi üzrə "xxxx" MMC Cavabdeh1 da cavabdeh kimi cəlb etmişdir, lakin buna subyektiv hüququ yoxdur. Məhkəmənin 08.10.2021-ci il tarixli iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdeh matrosdu, hazırda dənizdədir. Müqavilənin 13.8-ci maddəsinə əsasən, qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli "xxxx" MMC və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Ona görə müqavilənin 15.8-ci maddəsi tətbiq olunmalıdır.Həmin bəndə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh1 və "xxxx" MMC arasında 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzil təşkil edən ev üzərində olan hüquqlar borc verənə keçir. Mənzilin tikintisi tam başa çatmayıb ona görə mənzilə dair çıxarış alınmayıb. Qanunvericiliyin və müqavilənin tələblərini nəzərə alaraq ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi 21.09.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirərək, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddianın təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2015-ci il tarixli, 3-10-03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 180 ay müddətinə, illik 10 % dərəcəsi ilə hesablanmaqla, 46780 (qırx altı min yeddi yüz səksən) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.03.2015-ci il tarixli, 3-10-03-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2015-ci il tarixli, 3-10-03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 180 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 46780 manat krediti hər ayın 10-dan gec olmayaraq 502.80 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22.04.2021-ci il tarixli bildirişindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “ABB Premyer” müştəri xidməti ilə Cavabdeh1 arasında bağlanmış 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 180 ay müddətinə illik 10 faiz olmaqla 46780 (qırx altı min yeddi yüz səksən) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla “AAAF-lnşaat" MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli “AAAF-lnşaat" MMC və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 80.9 kv.m., 2 otaqlı 78 nömrəli mənzil üzrə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXdən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə 21.04.2021-ci il tarixinə 35818.21 (otuz beş min səkkiz yüz on səkkiz manat, 21 qəpik) manat əsas borc və ona hesablanmış faiz və cərimə borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, yuxarıdakı müqavilələr üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirməsi xahiş edilmişdir. Öhdəlik yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcək və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəkdir. İş materiallarında olan 09.06.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 11.08.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 11.08.2021-ci il tarixinə əsas borc üzrə 35818.21 manat, 1462.70 manat faiz borcu, cəmi 37280.91 manat kredit borcu mövcuddur. İş materiallarında olan 20.07.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “AAAF-lnşaat" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.03.2015-ci il tarixli ABB YM-0073 nöməli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 80.9 kv.m., 2 otaqlı 78 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin 1kv.m.sahəsinin qiyməti 650 manat olmaqla, müqavilənin qiyməti cəmi 52585 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiymətinin 5805 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 46780 manat isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. İşin hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Eyni zamanda bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Zamin isə zaminlik vəzifəsini yerinə yetirməmiş, zamin "xxxx" MMC bank qarşısında, digər borclu ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Bundan başqa “AAAF-lnşaat" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 80.9 kv.m., 2 otaqlı 78 nömrəli mənzilini Cavabdeh1 satmışdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2015-ci il tarixli, 3-10-03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 180 ay müddətinə, illik 10 % dərəcəsi ilə hesablanmaqla, 46780 (qırx altı min yeddi yüz səksən) manat məbləğində kredit verilmişdir. 10.03.2015-ci il tarixli, 3-10-03- 2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.03.2015-ci il tarixli, 3-10-03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh1 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh1 11.08.2021-ci il tarixinə əsas borc üzrə 35818.21 manat, 1462.70 manat faiz borcu, cəmi 37280.91 manat kredit borcu mövcuddur. Məhkəmə ilkin iddiaya münasibətdə belə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 35818.21 manat əsas, 1462.70 manat faiz borcu, cəmi 37280.91 manat borc və 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.1-ci maddəsinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və 3-10- 03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada adiyyatı olan subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. Qeyd olunan müqavilənin 8.1-ci maddəsinin g) yarım bəndinə əsasən əsas borcun və hesablanmış faiz borcunun qaytarılması müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirilmədikdə, ödəniş cədvəli üzrə müddətlər borcalan tərəfindən 2 aydan artıq müddətdə gecikdirildikdə, habelə ardıcıl olaraq pozulduqda borc verən tərəfindən öhdəliyin icra edilməsini vaxtından əvvəl tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təminat predmeti olan mənzilə dair bütün hüquqların İddiaçı ASC-yə ötürülməklə əvəzləşdirilməsi, hüquqlar ötürüldükdən sonra zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, alıcı kredit müqaviləsi üzrə təminat qismində çıxış edən daşınmaz əmlakı "xxxx" MMC ilə 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı barədə müqaviləyə əsasən almış və həmin müqavilə borcalanın İddiaçı ASC ilə bağladığı 3-10- 03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən 180 ay müddətinə illik 10 faiz hesablanmaqla götürülmüş 46780 manat kreditin təminatı qismində çıxış etmişdir. Göründüyü kimi, mübahisəli kredit müqaviləsi üzrə tərəf qismində çıxış edən subyektlər borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 çıxış edir. Həmin tərəflər iradə ifadələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə riayət etməklə 3-10-03- 2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Məlum olduğu kimi, həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zamin qismində çıxış edən qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMC 10.03.2015-ci il tarixli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş 37604.35 manat borcun müqabilində 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli müqavilə üzrə təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 80.9 kv.m., 2 otaqlı 78 nömrəli mənzilə dair bütün hüquqların İddiaçı ASC-yə ötürülməklə əvəzləşdirilməsi, həmin mənzilə dair bütün hüquqların İddiaçı ASC-yə ötürüldükdən sonra İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış 10.03.2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinə istinad edərək qeyd edir ki, borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverənin ilkin tələbi ilə kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 3-10-03-2015-YS-AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 80.9 kv.m., 2 otaqlı 78 nömrəli mənzili boşaltmaq borcalanın vəzifəsi, həmin mənzilin boşaldılmasını tələb etmək isə borcverənin hüququdur. Göründüyü kimi, həmin müqaviləyə zamin qismində dayanmış "xxxx" MMC müqavilə tərəfi olmadığı halda müqavilə şərtlərinin yerinə yetirilməsinin bank üzərinə öhdəlik kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi “AAAF-lnşaat" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08.03.2015ci il tarixli ABB YM-0073 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 80.9 kv.m., 2 otaqlı 78 nömrəli mənzilini Cavabdeh1 satmışdır, iddia tələbində əsaslandığı 3-10-03-2015-YS- AAAF-AE nömrəli 10.03.2015-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 15.8-ci bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh1 və "xxxx" MMC arasında 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, "AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, ümumi sahəsi 80.9 kv.m. ibarət 2 otaqlı 78 nömrəli mənzil təşkil edən ev üzərində olan hüquqlar borc verənə keçməsi qeyd olunsa da, həmin müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08.03.2015-ci il tarixli ABB YM-0073 nömrəli “AAAF-lnşaat" MMC və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 80.9 kv.m., 2 otaqlı 78 nömrəli mənzil üzrə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXdən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, binanın tikintisi tamamlanmayıb təhvil verilmədiyi üçün mənzilin Çıxarışı alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mənzilin Çıxarışı alınmadığı üçün müqavilənin 15.8-ci maddəsi tətbiq oluna bilməz və zamin yəni "xxxx" MMC borclu ilə bərabər borc verən qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Göründüyü kimi, "xxxx" MMC mənzilə dair hüquqların banka ötürülməsini və zaminlik müqaviləsinin ləğv edilməsini tələb etmək hüququna malik deyildir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMC-nin zaminlik müqaviləsinin ləğvinə dair tələbinə münasibət bildirərək qeyd edir ki, zaminlik müqaviləsinin şərtlərinə əsasən bu müqavilə kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədə olduğundan, kredit müqaviləsinin şərtlərinə əsasən isə həmin müqavilə öhdəliklər tam həcmdə və ya vaxtından əvvəl tam həcmdə icra edildiyi təqdirdə xitam olunduğundan, həmçinin, müqavilənin ləğv edilməsini tələb etmək hüququna malik olan subyekt bank olduğundan qarşılıqlı iddia ərizəsi bu hissədə də təmin edilə bilməz. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMC həmin tələbi irəli sürməyə subyektiv hüququ olmadığından qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə dair bütün hüquqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməklə əvəzləşdirilməsi, zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə ilkin iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada 35818.21 manat əsas, 1462.70 manat faiz borcu, cəmi 37280.91 manat borc və 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə dair bütün hüquqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməklə əvəzləşdirilməsi, zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada 35818.21 manat əsas, 1462.70 manat faiz borcu, cəmi 37280.91 manat borc və 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə dair bütün hüquqların "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ötürülməklə əvəzləşdirilməsi, zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2993/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2993/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver