Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-301/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Kamal oğlunun Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kamal oğlu Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan "Mercedes- Benz E350 MİNİK" markalı 90-0C-350 dövlət qeydiyyat nişanlı avtomobilə və həmin vaxt yolun hərəkət hissəsində olan digər avtomobilə zərər dəyib. Digər avtomobilə dəyən zərər cüzi olsa da, iddiaçının avtomobilinin demək olar ki, qabaq hissəsi sıradan çıxıb və avtomobilin ümumi korpusu deformasiya olub. Həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olan avtomobilin sürücüsünün, yəni "Khazar SD MİNİK", **-PC-*** dövlət qeydiyyat nişanlı avomobili idarə edən və istifadəsində olan Cavabdeh mülki məsuliyyətini icbari qaydada sığorta edən "xxxx" Sığorta Şirkəti ASC-nin əməkdaşları hadisə yerinə gələrək lazımı qeydləri aparıblar. Daha sonra yol polis idarəsinin əməkdaşları hadisə yerinə gəlib və zəruri sənədləşdirmə aparılıb, nəticədə isə Cavabdeh hadisənin törədilməsində təqsirli bilinərək barəsində 02.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 60 manat məbləğində cərimə edilib. "xxxx" Sığorta Şirkəti hadisə ilə bağlı araşdırma aparıb və iddiaçının avtomobilinin təmiri üçün 4817 manat sığorta ödənişi həyata keçirib. Hadisə nəticəsində 2 avtomobilə ziyan dəydiyi üçün 5000 manatın yerdə qalan hissəsi, yəni 187 manat pul vəsaiti digər avtomobilin təmiri üçün ödənilib. Lakin iddiaçının avtomobilinə dəyən ziyanın həcmi 37271,98 manat məbləğindədir. Belə ki, iddiaçı avtomobilə dəyən zərərin müəyyənləşdirilməsi üçün spesifik olaraq "Mercedes-Benz" markalı avtomobillərə xidmət göstərməklə məşhurlaşan "xxxx" MMC-yə (Mercedes-Benzin rəsmi dilerinə) müraciət edilib. "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilərək ona dəyən zərərin 37271,98 manat olduğu müəyyən edilib. İddiaçı bu xidmət üçün rəsmi dillerə 191,70 manat məbləğində pul vəsaiti ödəyərək əlavə zərərə məruz qalıb. Həmin zərər də sırf cavabdehin qərəzli olaraq avtomobilə dəyən zərərin əvəzini ödəməməsi ucbatından yaranıb. İddiaçı sığorta ödənişi çıxılmaqla yerdə qalan məbləğin, yəni 32454,98 manat pul vəsaitinin ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh ümumiyyətlə danışıqlardan yayınıb. Sığorta ödənişi isə avtomobilin cüzi hissələrini təmir etməyə kifayət edir. Ümumilikdə iddiaçıya 32646,68 manat məbləğində ziyan vurulub.Qeyd olunanlara əsasən "Mercedes- Benz E350 MİNİK" markalı 90-0C-350 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyana görə 32646,68 manat pulun və 188 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı Kamal oğlunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İnzibati tənbehvermə haqqında Bakı şəhəri DYPİ-nin baş leytenantı A.Cəbrayılovun ******* saylı,02.09.2021-ci il tarixli qərarından görünür ki, X1 Bakı şəhəri Nizami rayonu Çobanzadə və Rüstəmov küçələrinin kəsişməsində idarə etdiyi "Khazar SD MİNİK", **-PC- *** dövlət qeydiyyat nişanlı avomobillə hərəkətdə olarkən yolayrıcı keçmə qaydasını pozaraq "Mercedes- Benz E350 MİNİK" markalı 90-0C-350 dövlət qeydiyyat nişanlı avtomobillə və digər avtomobillə toqquşmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 60 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 yanvar 2022-ci il tarixli 9/9002 saylı rəyindən görünür ki, "Mercedes-Benz E350 MİNİK" markalı 90-0C-350 dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur.Zərəçəkmişə dəymiş ziyanın məbləği salamat qalmış yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 18000.0(30000. Manat-40%)müəyyən edilir. Qeydiyyat şəhadətnaməsindən görünür ki,"Mercedes- Benz E350 MİNİK" markalı 90-0C-350 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı Kamal oğludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh Bakı şəhəri Nizami rayonu Çobanzadə və Rüstəmov küçələrinin kəsişməsində idarə etdiyi "Khazar SD MİNİK", **-PC-*** dövlət qeydiyyat nişanlı avomobillə hərəkətdə olarkən yolayrıcı keçmə qaydasını pozaraq "Mercedes- Benz E350 MİNİK" markalı 90-0C-350 dövlət qeydiyyat nişanlı avtomobillə və digər avtomobillə toqquşmuşdur.Bununla əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 60 manat cərimə olunmuşdur. Həmin hadisə nəticəsində "Mercedes- Benz E350 MİNİK" markalı 90-0C-350 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sıradan çıxmışdır.Həmin avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur.Zərəçəkmişə dəymiş ziyanın məbləği salamat qalmış yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 18000.0(30000. Manat-40%)müəyyən edilir. İddiaçı qeyd edir ki,ona dəymiş zərərin 4817 manatı "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə 13183 manat dəymiş ziyan tutulmmalıdır(18000 manat - 4817 manatı "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilmiş məbləğ=13183 manat. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı Cavabdeh X2 xeyrinə vurulmuş maddi ziyana görə 13183 manat, ödənilmiş dövlət rüsumuna görə 188 manat tutulmalı.Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh X2 xeyrinə vurulmuş maddi ziyana görə 13183 manat, ödənilmiş dövlət rüsumuna görə 188 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-301/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-301/2022
29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver