Məhkəmə qərarları › İş №2(007)-303/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-303/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-303/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “borcun və digər xərclərin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “borcun və digər xərclərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 manat məbləğində borcun, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 110 manat vəkil xidmət haqqının tutularaq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ‘'xxxx” MMC ilə Cavabdeh arasında 13 iyul 2016-cı ildə bağlanmış 34 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85,35 kv.m olan mənzil sahəsi 45 kv.m mənzil sahəsi sonuncuya verilmişdir. Cavabdeh işi ilə bağlı müvəqqəti Rusiya Federasiyasının Sank Peterburq şəhərində yaşadığı üçün onun xahişi ilə əvəzinə 12 iyul 2017-ci ildə 18000 manat məbləğində ödəniş etmişdir. Cavabdeh Rusiya Federasiyasından qayıtdıqdan sonra borcunu qısa müddət ərzində ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Sonradan isə müqavilə üzrə özünə məxsus mənzili satdıqdan sonra pulunu qaytaracağını bildirmişdir. O, ötən 3 ilə yaxın müddətdə pulunu qaytarmadığını, eləcə də qızı ilə ailə münasibətlərinin pozulduğunu görüb, dəfələrlə şifahi qaydada borcumun qaytarılmasını tələb etsə də, nəticəsi olmadığını görüb, 26.05.2020-ci ildə rəsmi qaydada xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh isə onun xəbərdarlığına məhəl qoymamış, ona ünvanladığı 30.05.2020-ci il tarixli məktubla onu hüquq-mühafizə orqanları ilə hədələmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa nəzərə çatdırır ki, o, bunda əvvəl hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Cavabdeh aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci Polis bölməsinə çağrılmış və orada borcunun könüllü etiraf etmiş, lakin indiyədək borcunu qaytarmır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mənzilə görə pul lazım imiş və iddiaçının qızı olan keçmiş həyat yoldaşı iddiaçıdan pul istəyəcəyini demişdir. İddiaçı tərəfindən 16500 manat məbləğində pul verilmiş, özü də ona 1500 manat pul əlavə edərək mənzilin pulunu ödəmişdir. Hazırda mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünmüşdür. O, pul verilən vaxt həmin pulu qaytara bilməyəciyini demişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 13 iyul 2016-cı il tarixli 34 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanınd ayerləşən yaşayış ümün təhlükəli vəziyyətdə olan 1 saylı mənzili yaşayış binasının söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada Cavabdeh söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin mərtəbə səviyyəsində Dövlət reyestrində çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzilinin Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. - 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh “xxxx” MMC-nin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında 2-ci blok, 2-ci mərtəbədə, ümumi sahəsi 85,35 kv.m olan, 2 otaqlı mənzilin dəyərindən 26800 manat tam ödəmişdir. - “xxxx” MMC tərəfindən təsdiq edilmiş qəbzin surətindən görünür ki, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında 2-ci blok, 2-ci mərtəbədə, ümumi sahəsi 85,35 kv.m olan, 2 otaqlı mənzilə əlavə olaraq 18000 manat ödənilmişdir. - 9 saylı Notariat ofisinin “xxxx” ASC-nin Nərimanov filialına ünvanlanmış 17.05.2019cu il tarixli 1019 saylı məktubundan görünür ki, Naxçıvan MR, Naxçıvan şəhəri, İstiqlal, dön -6, ev 4-də qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə 16500 (on altı min beş yüz) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, ev 22, mənzil 1-də qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankınızda olan **********00002AZM02 №-li depozit hesabıma qəbul olunmasını xahiş edilmişdir. - X3 tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 12.07.2017-ci ildə X1 verdiyi 18000 (on səkkiz min) manat məbləğində borcun 3 gün müddətində ödənilməsinin təmin edilməsini, əks təqdirdə, aldadılmağında əlaqədar aidiyyəti üzrə Hüquq-mühafizə orqanlarına müraciət edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun dənilməsi, vəkil tutulması və digər əlavə xərclərin sizdən tutulması barədə hüquqlarının müdafiəsi və ölkə hüquqlarından kənara çıxmasına məhdudiyyət qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - 22 may 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, vəkil xidmətinin göstərilməsi üçün X3 tərəfindən 110,00 manat məbləğində pul Bakı şəhəri 20 saylı Vəkil Bürosuna ödənilmişdir. - 05.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün X3 tərəfindən 31,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ‘'xxxx” MMC ilə Cavabdeh arasında 13 iyul 2016-cı ildə bağlanmış 34 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85,35 kv.m olan mənzil sahəsi 45 kv.m mənzil sahəsi sonuncuya verilmişdir. Cavabdeh işi ilə bağlı müvəqqəti Rusiya Federasiyasının Sank Peterburq şəhərində yaşadığı üçün onun xahişi ilə əvəzinə 12 iyul 2017-ci ildə 18000 manat məbləğində ödəniş etmişdir. Cavabdeh Rusiya Federasiyasından qayıtdıqdan sonra borcunu qısa müddət ərzində ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Sonradan isə müqavilə üzrə özünə məxsus mənzili satdıqdan sonra pulunu qaytaracağını bildirmişdir. O, ötən 3 ilə yaxın müddətdə pulunu qaytarmadığını, eləcə də qızı ilə ailə münasibətlərinin pozulduğunu görüb, dəfələrlə şifahi qaydada borcumun qaytarılmasını tələb etsə də, nəticəsi olmadığını görüb, 26.05.2020-ci ildə rəsmi qaydada xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh isə onun xəbərdarlığına məhəl qoymamış, ona ünvanladığı 30.05.2020-ci il tarixli məktubla onu hüquq-mühafizə orqanları ilə hədələmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa nəzərə çatdırır ki, o, bunda əvvəl hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Cavabdeh aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci Polis bölməsinə çağrılmış və orada borcunun könüllü etiraf etmiş, lakin indiyədək borcunu qaytarmır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 2-ci blok, 2-ci mərtəbədə, ümumi sahəsi 85,35 kv.m olan, 2 otaqlı mənzilin dəyərini ödəmək üçün cavabdehə 18000 manat pul verdiyini iddia edir. Cavabdeh isə mənzilin dəyərindən 16500 manatının iddiaçı tərəfindən verildiyini, 1500 manatını isə özünün verdiyini bildirir. Həmçinin mübahisəli əmlakın iddiaçının qızı ilə aralarında məhkəmə qaydasında bölündüyündən mənzilin iddiaçı tərəfindən ödənilmiş dəyərinin geri qaytarılmasından imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı iş üzrə araşdırma predmetini cavabdehin iddiaçı qarşısında əsassız varlanma qaydasında öhdəlik daşıyıb-daşımaması halının müəyyən olunması təşkil edir. MM-nin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus mənzilin dəyərinin ödənilməsi məqsədi ilə 2017-ci il tarixdə 16500 manat məblğində pul verilmiş, lakin hazırkı vaxtadək həmin pul cavabdeh tərəfindən geri qaytarılmamışdır. Bu səbəbdən bu hal cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan iddaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh əldə etdiyi və iddiaçı X2 məxsus olan pulu ona qaytarmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, 18000 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, cavabdehin məhz bu qədər borcunun olmasına dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 16500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş xidmət haqqına görə 110 (yüz on) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı X4 tərəfindən 110 manat məbləğində pul Bakı şəhəri 20 saylı Vəkil Bürosuna ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi vəkilə ödənilmiş xidmət haqqına görə 110 (yüz on) manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün X3 tərəfindən 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 2,50 manatı iddiaçıya, 27,50 manatı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16500 manat məbləğində pul, 110 manat vəkil xidmətinə görə ödənilmiş pul və ödənilmiş 27,50 manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,50 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar