Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-304/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka dəymiş zərərə görə 1360 (min üç yüz altmış) manat məbləğin Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi, sağlamlığa dəymiş zərərə görə 2000 (iki min) manat məbləğin Cavabdeh tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2022-ci il tarixində saat 21:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Hissa şadlıq sarayının yanında İddiaçı1 özünə məxsus olan “Kia Optima” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Maklerlər” parkından Neolit şadlıq sarayı istiqamətində getdikdə sonuncu svetaforda qırmızı işıqda dayanmışdır. Yaşıl işıq yandıqdan 2-3 saniyə sonra İddiaçı1 svetoforun yaşıl işığında hərəkət etmişdir. İddiaçı1 hərəkətdə olan zaman onun sol tərəfindən qırmızı işıqda hərəkət etmiş “Mersedes ML” markalı avtomaşın gələrək onun avtomaşınının sol qabaq hissəsindən vurmuşdur. Həmin vaxtda avtomaşında o tək olmamışdır. Belə ki, qabaq sərnişin yerində İddiaçı1 hazırki iş üzrə iddiaçı olan qardaşı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 əyləşmişdir. Zərbənin təsirindən avtomaşında əyləşmiş İddiaçı2 başı salonun mərkəzində olan güzgüyə dəymiş, daha sonra isə başı qabaq aynaya dəymişdir. Hadisə ilə əlaqədar Nizami RPİ-nə daxil olmuş ərizə üzrə toplanmış HK/1-195 saylı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhər Nizami rayon DYPŞ YNH inspektoru polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh “Mercedes Benz ML350” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsində İddiaçı2 bədən xəsarəti almışdır. xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 8/1654 sayı rəyindən görünür ki, “Mercedes Benz ML350” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərərketi haqqında” Azərbaycan Respublikası qanunun 60-ci mtddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx.xx.2022-ci il tarixli 195 №-li rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı İddiaçı2 baş beynin yüngül dərəcəli əzilməsi ilə mişayət olunan hər iki gözaltı nahiyənin qançırı müəyyən olunmuş və həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Bildirirlər ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1744/2022 nömrəli 25 08.2022-ci il tarixli qərarı ilə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Beləliklə, cavabdeh tərəfindən İddiaçı1 mexsus “Kia Optima” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi 6360 (altı min üç yüz altmış) manat dəyərində zərər vurulduğu müəyyən edilmişdir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun tələblərinə əsasən əmlaka dəymiş zərərə görə yalnız 5000 (beş min) manat məbləğində vəsait sığorta şirkəti tərəfindən İddiaçı1 ödənilmişdir. Bundan başqa, İddiaçı2 yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətərin müalicəsi və sağlamlığın bərpa edilməsi üçün ümumi 2000 (iki min) manat dəyərində pul xərcləmişdir. Beləliklə, İddiaçı1 əmlakına dəymiş zərərə görə ödənilməmiş 1360 (min üç yüz altmış) manat pulun və İddiaçı2 sağlamlığının bərpası üçün xərclənmiş 2000 (iki min) manat pulun cavabdeh tərəfindən iddiaçılara ödənilməsi üçün iddiaçılar tərəfindən ona dəfələrcə müraciət etmələrinə baxmayaraq cavabdeh qərəzli şəkildə bu məbləğləri onlara ödəməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət eməyə məcbur olmuşlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 nümayəndəsi İddiaçı1 iddiadan imtinası qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair mülki işin icraatına “İddiaçı2 sağlamlığına dəymiş 2000 manat məbləğində pulun ödənilməsinə” dair hissədə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, ekspert rəyi ilə razı deyil. O, avtomobili aldıqdan sonra onun bəzi hissələrini yeniləmişdir. Amma ekspert köhnəlmə fazini nəzərə almaqla rəy tərtib etmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının avtomobilinə dəymiş ziyan artıqlaması ilə ödənilmişdir. İddiaçı ekspert rəyinə etiraz edərək, köhnəlmə faizinin nəzərə alındığını bildirmişdir. Qeyd edir ki, 2-6 faiz aşınma nəzərə alınır, ekspert hətta aşağı faizlə, yəni 3 faizlik köhnəlmə faizini nəzərə almışdır. Hesab edir ki, ekspert rəyi əsaslıdır. Məhkəmə, proses iştirakçıların izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, HK/1-195 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh Rəis oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Rəis oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.8 və 328.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. - İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixində saat 21:40-da Cavabdeh “Mercedes Benz ML350” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsində İddiaçı2 yüngül bədən xəsarəti yetirmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1744/2022 saylı xx.xx.2022-ci il traixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyta vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Kia Optima” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 6360 manat tələb edilir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilə 6360 manat zərər dəymiş, 5000 manat sığorta ödənişi edilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2779 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Kia Optima” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4771 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 məxsus olan “Kia Optima” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi “Mercedes Benz ML350” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdehnın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı1 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı1 ödəməlidir. Məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş materiallarına əlavə edilmiş ekpsertin xx.xx.2023-cü il tarixli 9/2779 saylı rəyi ilə avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 4771 manat olduğu müəyyən edilmişdir. İddiaçı1 dəymiş maddi zərərin məbləği müəyyənləşdirərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 6360 manat kimi göstərmiş, "xxxx" ASC tərəfindən 5000 manat sığorta ödənişi edildiyini bildirərək, cavabdehdən 1360 manat vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Ekspertiza rəyi ilə isə əmlaka dəymiş ziyan 4771 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş sığorta ödənişi məbləği iddiaçının avtomobilinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan vəsaiti əhatə etdiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ididaçı İddiaçı1 Cavabdeh qarşı “əmlaka dəymiş zərərə görə 1360 (min üç yüz altmış) manat məbləğin Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh qarşı “əmlaka dəymiş zərərə görə 1360 (min üç yüz altmış) manat məbləğin Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-304/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-304/2023
04.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver