Məhkəmə qərarları › İş №2(007)-304/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-304/2024

12.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-304/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) Qanuni nümayəndə, Cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi cəlb edilməklə cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinə qarşı “xx.xx.2023-cü il tarixli “töhmət elan edilməsi haqqında” əmrinin, xx.xx.2023-cü il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında” əmrinin, xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinə qarşı “xx.xx.2023-cü il tarixli “töhmət elan edilməsi haqqında” əmrinin, xx.xx.2023-cü il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında” əmrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 ildən artıq müddətdir ki, 201 saylı tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsində işləyir. Fəaliyyət göstərdiyi müddət ərzində həm rəhbərlik, həm də əmək kollektivində iş və digər sosial münasibətlərini qarşılıqlı etimad və hörmət prinsipləri əsasında qurub. Hazırda 201 saylı orta məktəbin direktoru Qanuni nümayəndə 2022-ci ildən məktəbə direktor təyin olunduqdan sonra idarəçilik təcrübəsinin, kollektivlə işləmək bacarığının zəif olması nəticəsində məktəbdə kollektiv arasında bir sıra problemlər yaranmağa başlayıb, bu isə özlüyündə məktəbdə təhsilin keyfiyyətinin aşağı düşməsinə, eləcə də bir neçə yüksək ixtisas dərəcəsinə malik müəllimin işdən ayrılmasına, “könüllü” ərizə yazaraq məktəbdən uzaqlaşmasına səbəb olub. 201 saylı tam orta məktəbin direktoru Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli 624 nömrəli əmri ilə barəsində intizam tənbehi (töhmət) tətbiq edilib. Məktəbin xx.xx.2023-cü il tarixində keçirilən növbəti Pedaqoji Şura iclasında ona təkrarən intizam tənbehi (şiddətli töhmət) elan edilib (şuranın qərarını, iclas protokolunu və əmrdən çıxarışı şifahi və rəsmi yazılı surətdə tələb etməyinə baxmayaraq bu günədək ona təqdim edilməyib). Hesab edir ki, hər iki intizam tənbehi qərəzli və ədalətsizdir, intizam tənbehinin verilməsinə əsas olmuş hallar qanuna uyğun olmayan üsullarla formalaşdırılıb. Mediasiya orqanına müraciət etməmişdən qabaq Qanuni nümayəndə özünə müraciət ünvanlayaraq tətbiq edilmiş intizam tənbehinin ləğv olunmasını xahiş etsə də, nə müsbət, nə də mənfi istiqamətdə heç bir cavab verilməyib. xx.xx.2023-cü il tarixli intizam tənbehi ilə bağlı əmrdə intizam tənbehinin verilməsinə “əsas” olmuş amillər ümumiləşdirilmiş şəkildə aşağıdakı kimi qeyd edilib: Şagirdlərlə kobud, qeyri-etik davranış, sual verən şagirdlərə qışqırmaq, aşağılamaq, aqressiya və X27 qiymətinin əksik hesablanması. Hər iki halla bağlı həm pedaqoji şuranın iclasında, həm də Qanuni nümayəndə göndərdiyi məktubda izah verərək bildirib ki, uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə heç vaxt şagirdlərlə rəftarda həddi aşmayıb, nə çox səmimiyyət göstərib, nə də lüzumsuz sərt mövqe tutub. 6-cı sinif şagirdlərinin A4 vərəqdə hər hansı müəllim barəsində yekdilliklə şikayət yazması ancaq direktorun özü tərəfindən planlaşdırılmış şəkildə həyata keçirilib. 30 ildən artıq pedaqoji sahədə təcrübəsi olan şəxs hansı halda şagirdlərlə kobud rəftar edə, qeyri-etik davrana, onları aşağılaya bilər. Buna nə onun tərbiyəsi imkan verməz, nə də o, təcrübəsindən yararlanaraq analoji halın yaranmasına şərait yaratmaz. Qeyd edilənlər həqiqətə uyğun olmayan məlumatlar, qənaətlərdir. Təbii ki, bir müəllim kimi dərsi pozmağa çalışan şagirdlərə öz iradlarını bildirir, zəruri hesab etdikdə valideynini məktəbə dəvət edib övladlarının hərəkətləri barədə məlumatlandırır. Məqsəd intizamsızlığa meyilli şagirdlərin tərbiyələndirmək, oxşar halların təkrarlanmasının qarşısını almaqdır. Məsələn, tədris prosesində elə hallar olub ki, sinif şagirdlərindən bəziləri dərsə diqqət ayırmamaqla yanaşı, dərs zamanı pornoqrafik videolara baxır və dərsin ortasında anidən həmin videoların səsi yüksək çıxır. Bu vəziyyətdə sinifdə yaranmış ab-havanın real təsəvvür edilməsini məhkəmədən xahiş edir. Təbii ki, heç bir hal müəllimənin şagirdlərə qarşı alçaldıcı hərəkətlərinə, zorakılığına haqq qazandıra bilməz, tərəfindən belə bir hal olmayıb, olması da mümkün deyil. Ancaq qeyd edilən vəziyyətdə “oğlum, zəhmət olmasa dərsdə pornoqrafik videolara yüksək səslə baxmayın” deməyib, şagirdə kəskin formada öz iradını bildirib, analoji hərəkətlərini sonlandırmağı tapşırıb. Bu halları müəllim tərəfindən aqressiya kimi qiymətləndirmək şagirdlərin hərəkətlərinə rəvac verir, məktəbin və müəllimin nüfuzunu cəmiyyətdə aşağı salır. Bu barədə hər hansı qərar qəbul edilməsindən asılı olmayaq hər zaman fikri belə olub və hazırda da eynidir. İkinci halda, X27 qiymətinin əksik hesablanması məsələsi ilə bağlı bildirir ki, jurnalda onun tədris etdiyi fənn üzrə qeyd olunan düzəlişi həmin şagirdin sinif rəhbəri Şahid13 edib və iclas zamanı özü də bunu etiraf etdiyi üçün ona da intizam tənbehi tətbiq edilib, o, təqsirzisliyini sübut etsə də, heç bir məhəl qoyulmayıb. Eyni zamanda pedaqoji şuranın iclasından 1 gün qabaq, yəni xx.xx.2023-cü il tarixdə guya həmin şagirdin valideyninin məktəbə gələrək onun barəsində şikayət ərizəsi yazması da qərəzliliyin göstəricisidir. Hansı ki, tədris ilində o, şagirdin hərəkətləri, dərsdə zəif iştirakı ilə bağlı dəfələrlə valideynini məktəbə dəvət etməyə təşəbbüs göstərsə də, həmin valideyn heç vaxt məktəbə gəlməyib, ancaq pedaqoji şuranın iclasından 1 gün qabaq gələrək onun barəsində ərizə yazaraq çıxıb gedib. O, həmin intizam tənbehini mübahisələndirmək üçün xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə mediasiya orqanına müraciət edib. xx.xx.2023-cü il tarixli intizam tənbehi ilə əlaqədar aşağıdakıları qeyd edir. 14 sentyabr 2023-cü il tarixdə Pedaqoji şuranın iclasında, ona növbəti intizam tənbehi (şiddətli töhmət) elan edilib. Səbəb kimi isə 9-cu sinif şagirdi X28 “payız tapşırığı” verməməyi göstərilib. Məlumat üçün qeyd edir ki, həmin şagird payız imtahanını verib və qiymət də alıb. Şikayət və tələbi olmadığı halda müəllimlər otağına dəvət olunaraq barəsində məqsədli şəkildə ərizə yazdırılıb. İlk öncə o, həmin sinifin sinif rəhbəri şagirdlərə bununla bağlı məlumat verməlidir və verib ki, həmin şagird gəlib payız imtahanında iştirak edib. Digər bir halda “Payız tapşırığı” ilə bağlı hissə hansı ictimai nəticəyə səbəb olub ki, buna görə müəlliməyə ağır intizam tənbehi hesab edilən “şiddətli töhmət” verilir. Eyni zamanda şifahi olaraq Qanuni nümayəndə bildirib ki, işləyibişləməmək məsələsini özü həll edəcək və onu işdən kənarlaşdırmaq üçün tədbirlər görəcək. Tamamilə absurd bir vəziyyətin içərisində qalıb, nə baş verdiyini anlamağa çalışsa da, qərəzli və ədalətsiz yanaşma olduğunu bildiyi üçün danışmağın heç bir məna kəsb etməyəcəyini düşünüb aidiyyəti üzrə məhkəməyə müraciət edib. Qərəzliliyi təsdiq edən faktlar və intizam tənbehlərinin əsl səbəbləri ilə bağlı qeyd edir ki, hər şey kiçik bir nüansın üzərindən başlayıb. 2022-ci ilin oktyabr ayında Afaq xanıma yaxınlaşıb eyni ixtisas üzrə bir müəlliməyə həftəlik 30-dan çox saat dərs yükü olduğu halda, ona 20-dən aşağı dərs saatı nəzərdə tutulmasının səbəbləri ilə maraqlanıb. Təhsil müəssisəsinin rəhbəri ona şifahi səmimi cavab verə biləcəyi təqdirdə “yazılı müraciət edin cavab verilsin sizə” bildirib. Bununla əlaqədar olaraq məcbur olub rəsmi yazılı müraciət göndərib. Qanuni nümayəndə sırf onun müraciətinə səbəb yaza bilmək üçün sonradan şagirdlərə onun əleyhinə ərizə yazdırır, guya dərsində oturub dərs keçmə metodikasına iradlar tutdurdu. Başqa sözlə, süni səbəblər yaradaraq formal cavab hazırlayıb. Daha sonra o, aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə müraciət etdikdən sonra Qanuni nümayəndə qərəzliyini daha da artırıb. Onun nəticəsidir ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ardıcıl olaraq keçirilmiş Pedaqoji şuranın iki iclasında ona intizam tənbehi elan edilib. Sonuncu iclasda Qanuni nümayəndə şəxsən bildirib ki, onu və ondan şikayət etmiş başqa müəllimələri işdən azad etdirəcək. Əlavə olaraq qeyd edir ki, 201 saylı orta məktəbdə külli miqdarda mənimsəmə faktları, siniflər bağlanmaması üçün bir şagirdin eyni vaxtda bir neçə sinifdə qeyd edilməsi, başqa ölkədə yaşayan uşağın məktəbin şagirdi kimi göstərilib ona yarımillik, illik qiymətlərin yazılması və s. faktlarla bağlı aidiyyəti üzrə olunmuş müraciətləri onunla əlaqələndirib həmin şəxsləri onun göndərdiyini düşünür. Halbuki, o, həmin faktlarla bağlı heç bir müraciət də göndərilməyib və qeyd olunan hallarla bağlı artıq aidiyyəti orqanlarda araşdırma aparılır. Qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli “töhmət elan edilməsi” haqqında əmri və xx.xx.2023-cü il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi” haqqında əmri qanunsuz və əsassız hesab olunaraq ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraicət edərək qeyd etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, məktəbin Vİ “A” sinif şagirdləri tərəfindən xx.xx.2023cü il tarixdə direktora daxil olmuş yazılı və şifahi şikayətlərə əsasən İddiaçı xəbərdarlıq olunması fəaliyyətinin və sinfin monitorinqi ilə bağlı 201 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli 609 nömrəli əmrə əsasən araşdırma aparılıb. Şagirdlərin müraciətləri araşdırılıb. Monitorinqin nəticəsi Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnaməyə əsəsən və əmrin tələbinə uyğun olaraq məktəbin ali idarəetmə orqanı olan Pedaqoji Şurada müzakirə olunub və qərarı Şura verib. Qeyd etmək lazımdır ki, eyni məzmunda problem 2021/2022-ci tədris ilində İX “B” sinfində də baş verib. Şagirdlərin və valideynlərin şikayəti əsasında həmin sinifdə araşdırma aparılıb, müəllim və şagird münasibətlərində aqressiya, şagirdlərdə yaratdığı emosional gərginliyə görə məktəbin xx.xx.2022-ci il tarixli 5 nömrəli Pedaqoji şurasının qərarı ilə coğrafiya müəllimi İddiaçı şifahi xəbərdarlıq edilib, müvafiq tövsiyələr verilib. Müəllimənin fəaliyyətinin və Vİ “A” sinfinin monitorinqi göstərib ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş “X15 qaydaları”nın müvafiq maddələrinin tələbləri pozub. Həmçinin o, əmək funksiyasını düzgün yerinə yetirməyib, keçdiyi fənn üzrə tədris materiallarının planlaşdırılması, tədris proqramlarının yerinə yetirilməsi, bütün şagirdlərin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini düzgün təmin etməyib. Tədris etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparmayıb, şagirdlərin valideynləri ilə səmərəli əməkdaşlıq əlaqələrə yarada bilməyib. Fənnin tədrisi və tərbiyə işinin metodikasında, coğrafiya fənni üzrə təlimin məzmunu və təşkili prinsiplərində ciddi problemləri vardır. Bundan əlavə, İddiaçı xx.xx.2023-cü il tarixdə səbəbsiz olaraq iş buraxmağı ilə əmək intizamını pozub. Bununla bağlı təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid9 izahat istədikdə etik normalara və məktəbdaxili intizam qaydalarına uyğun olmayaraq kobudluğa yol verib, izahatdan imtina edib. Həmçinin, 2021- 2022-ci tədris ilində İddiaçı təlim nəticələri üzrə keyfiyyət göstəricisi 23%, 2022-2023-cü tədris ilinin sonunda isə məktəb üzrə ən zəif göstərici - 15% olmuşdur. 2023-cü il tarixdə şikayət edən İX “В” sinfinin valideyni Hacıyevə Kəmalənin övladı X29 coğrafiya fənnindən qiymətinin əksik yazılması haqqında ərizəsi araşdırıldıqda məlum olub ki, həqiqətən İddiaçı illik qiymət 3 olduğu halda, şagirdə 2 qiyməti yazıb. X42 Mərkəzinin “Şagird-məzun sistemi”nə yüklənib, attestata yekun qiymət 2 yazılıb. “X15 Qaydaları”nın 2.1.1, 2.1.3, 3.5 və 3.10-cu maddələri, Azərbaycan Respublikasının Ümumtəhsil pilləsinin dövlət, standart və proqramları sənədinin şəxsiyyətyönümlülük, şagirdyönümlülük tələbləri və Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyasının tələbləri İddiaçı tərəfindən ciddi şəkildə pozulub. Daha sonra İddiaçı ilə bağlı yenidən şagird və valideynlərdən daxil olmuş şikayətlər araşdırılıb və fəaliyyəti qiymətləndirilib və məktəbin xx.xx.2023-cü il tarixli 686 №-li inzibati tənbeh haqqında əmrinə əsasən məktəbin coğrafiya müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin bu məcəllənin 10-cu maddəsində nəzərdə tutulan “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə ki, araşdırma və qiymətləndirmənin nəticələrinə əsasən 2021-2022-ci tədris ilində dərs dediyi siniflərdə ayrı seçkiliyə, psixoloji təzyiqə yol verdiyinə görə məktəbin xx.xx.2022-ci il tarixli, 5 nömrəli növbədənkənar X20 Hüseynovaya xəbərdarlıq olunub. Xəbərdarlıqdan nəticə çıxartmayaraq eyni nöqsanlara yol verdiyinə görə bir neçə şagird depressiv vəziyyətə düşüb, valideyn şagirdi məktəbdən çıxardıb. 2022-2023-cü tədris ilində edilən xəbərdarlıqlara və tövsiyələrə məhəl qoymadan dərs dediyi siniflərdə uşaqlara qarşı təhqiramiz ifadələr işlədib, psixoloji təzyiqə məruz qoyub, kobudluq edib, fənn müəllimi olaraq əmək funksiyalarını düzgün yerinə yetirməyib. Bu barədə iddiaçıya xəbərdarlıq olunsa da heç bir nəticə çıxartmayıb. Yenə də şagirdlərlə münasibətində uşaqların hüquqlarını pozaraq, kobud küçə söyüşləri ilə təhqir etməsi, müəllimə yaraşmayan davranışı və siniflərdəki fəaliyyəti ilə şagirdlərin psixoloji emosional sağlamlığına zərər verməsi müəyyənləşdirilib. İddiaçı ünsiyyət bacarıqlarında ciddi problemlər, pedaqoji biliyinin və metodik bacarıqlarının ixtisas və peşə tələblərinə uyğun olmaması, dövlət tərəfindən təhsilin məzmununa verilən tələblərinin və proqramların reallaşdırmaması aşkarlanıb. Həmçinin, İX “c” sinfinin şagirdi X37 yekun illik qiymət “3” olduğu halda “2” yazdığı, Azərbaycan Respublikasının Ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının tələblərini, “X15 Qaydaları”nı ciddi şəkildə pozduğu sübuta yetirilib. Əmək funksiyasının icrasında yol verdiyi nöqsanları və yuxarıda göstərilən faktları nəzərə almaqla İddiaçı xx.xx.2023-cü il tarixli, 5 nömrəli Pedaqoji Şurada işində dönüş yaratması üçün xəbərdarlıq edilib və töhmət elan olunub. Edilən xəbərdarlıqlardan və inzibati tənbehdən nəticə çıxartmayan İddiaçı dərs dediyi siniflərdə 20 nəfər şagirdə “2” yazmaqla yanaşı şagirdlərin inkişafında və təlim-tərbiyəsində məsuliyyətli olduğunu qəbul etməyib, müvafiq qanunvericiliyə vəzifə və əmək funksiyalarının tələblərinə zidd olaraq “2” verdiyi şagirdlərlə heç bir iş aparmayıb, yay tapşırığı verməyib, gördüyü işlərin hesabatını verməyə etiraz edib, izahat istədikdə kobud şəkildə imtina edib. 2023-cü ilin iyun ayının 6dan etibarən, müxtəlif rəsmi orqanlara məktəb və məktəbin direktorunun nüfuzuna xərər gətirəcək ciddi böhtan və şər dolu şikayət məktubları ünvanlayıb. xx.xx.2023-cü il tarixdə hüquq mühafizə orqanlarında işləyən oğlunu təhdid və şantaj məqsədilə məktəbə göndərib, məktəb direktorunu “töhməti geri götürməzsəniz barənizdə müvafiq orqanlara şikayət edəcəyik” söyləyərək təhdid edib. Yazdığı böhtan və şikayətlərlə məktəbi qarışdırmağa, məktəb rəhbərlərinin nüfuzuna və məktəbin fəalliyyətinə zərər vurmaq niyyəti ilə Keşlə qəsəbəsində şayiələr, şər-böhtan yayıb, Nizami rayon prokurorluğuna məktəb haqqında Şahid1 və Şahid2 ilə birləşərək qurma “faktlar” düzəldərək şikayət ərizəsi ilə müraciət edib. Təşkilatlanmış əməlləri ilə məktəbin və rəhbər heyətin nüfuzuna, fəaliyyətinə zərər vurub. İddiaçı intizamsız və məsuliyyətsiz kadrdır. Belə ki, mütəmadi olaraq dərslərə gecikib, üzürsüz yerə iş buraxib (xx.xx.2023). İzahat istədikdə təhqiramiz ifadələrlə imtina edib. Məktəb rəhbərliyi, məktəbin direktoru və müəllimlərlə rəftarında kobudluğa yol verib, ədəb və etik normaları ciddi şəkildə pozub. Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirməyib, tövsiyələri dinləməyib, iradlara “qərəzlisiniz” deyib kobud cavablar verib. İddiaçı əməlləri ilə şagirdlərin tərbiyəsinə, məktəb mühitinə ciddi zərər vurub, psixoloji problemlər yaradıb, vəzifə öhdəliklərinin tələblərinə uyğun olaraq heç bir ideoloji, tərbiyəvi tədbirləri və fəaliyyətləri, şagirdlərin şəxsiyyət və vətənpərvər kimi inkişafına yönəlmiş tələbləri yerinə yetirməyib, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi sahəsində heç bir müsbət dönüş yaratmayıb. Qeyd edilənlər əsasən İddiaçı cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbə qarşı intizam tənbehinin verilməsi barədə əmrlərin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan iddanın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırki vəziyyətdə iddia dəyişdirilməsi və iddia tələblərinin həcminin artırılması zəruriyyəti yaranmışdır. Belə ki, məlumat üçün bildirmək istəyir ki, Bakı şəhəri 201 saylı tam orta məktəbinin direktoru Qanuni nümayəndə 706 nömrəli, 01 noyabr 2023-cü il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 03 noyabr 2023-cü il tarixdən xitam verilib. Qeyd olunan əmr qanunsuz və əsassızdır, cavabdehin iddiaçıya dair qərəzli münasibətinə və cavabdeh tərəfindən hazırlanmış saxta sənədlərə əsaslanır. Belə ki, iddiaçı barəsində qeyd olunan ittihamların hamısı reallığı əks etdirməyən yalan və qərəzli münasibətin nəticəsi olan məlumatlardır. Birinci töhmət əmrində qeyd olunan “əsaslar” eynilə ikinci şiddətli töhmət əmrinə də köçürülüb, eyni qaydada üçüncü əmək müqaviləsinə xitam verilməsi barədə əmrə də olduğu kimi əlavə edilib. İddiaçı 30 ilə yaxın müddətdir ki, qüsursuz və nöqsansız bir şəkildə pedaqoji fəaliyyətlə məşğul olur və direktor Qanuni nümayəndə vəzifəsinə təyin olunanadək heç vaxt intizam məsuliyyətinə cəlb olunmayıb. Nəzərə alınmalıdır ki, 17 yanvar 2022-ci il tarixindən Bakı şəhəri 201 saylı tam orta məktəbə direktor təyin olunmasından bu günə qədər 2 (iki) ilə yaxın müddət keçməsinə baxmayaraq direktor Qanuni nümayəndə iddiaçı barəsində qeyd etdiyi əmək funksiyalarını yerinə yetirməməsini və iddia olunan digər çirkin əməlləri yalnız son 2-3 ay ərzində araşdırmağa başlayıb. Nə üçün? Niyə iddia olunduğu kimi bu qədər qeyri-peşəkar kadr barəsində 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayına qədər, təxminən 18 (on səkkiz) ay ərzində heç bir tədbir görülməmişdir? Çünki 2-3 ay bundan əvvəl cavabdehin iddiaçını əlbir olmaqda ittiham etdiyi Şahid1 Bakı şəhəri 201 saylı tam orta məktəbdə xidməti vəzifəsini həyata keçirərkən qanunsuzluqlar və cinayət faktları aşkarlayıb, sırf bu cür qanunsuzluq və cinayət faktlarını sübut edən səs yazılarını, videogörüntüləri qeydə alıb, digər yazılı sübutlar toplayıb və direktor Qanuni nümayəndə xidməti məlumat verib, lakin onun tərəfindən bu faktlar naməlum səbəbdən gizlədilib, araşdırılmayıb, ört-basdır edilib. Buna görə də, Şahid1 məcbur qalıb aşkarladığı qanunsuzluqlar barəsində aidiyyəti hüquq mühafizə orqanlarına (Nizami Rayon Prokuroruna, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, AR Baş Prokurorluğuna, AR Prezident Administrasiyasına və s.) yazılı məlumat verib. Həmçinin, nəzərə alın ki, bu gün direktor Qanuni nümayəndə əmrlərdə qeyd etdiyi şər-böhtan adlandırdığı faktları üzrə iddaçının və Şahid1 çoxsaylı müraciətləri əsasında AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ********* saylı cinayət işi başlanılıb və işin istintaqı həmin Baş İdarənin İstintaq İdarəsində aparılmaqdadır. Məhkəmənin diqqətinə çatdırır ki, hər üç əmr eyni tərəflər arasında olduğundan, eyni hüquqi əsasa (mübahisə tərəflər arasında mövcud olan vahid fərdi əmək mübahisəsindən qaynaqlanır) söykəndiyindən və bir-birilə qarşılıqlı əlaqədar olduğundan iş üzrə hərtərəfli, tam və obyektiv araşdırmanın aparılması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi, prosessual qənaət prinsipinin tələblərinin təmin edilməsi və iddiaçının məhkəməyə müraciət hüququnun effektiv və səmərəli şəkildə icra olunması məqsədilə iddiaçı tərəfindən iddianın predmeti dəyişdirilərək və iddia tələbinin həcmi artırılaraq cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin direktoru Qanuni nümayəndə 706 nömrəli, 01 noyabr 2023-cü il tarixli əmri də iddia predmetini təşkil edən digər iki əmr töhmət və şiddətli töhmət verilməsi barədə əmrlər ilə birlikdə məhkəmədə baxılmağa qəbul edilməli, qanunsuz və əsassız olduğundan, cavabdehin qərəzli münasibətinə və saxta sənədlərə əsaslandığından ləğv edilməlidir. Əmrin qanunsuz və əsassız olması, qərəzli münasibətə və saxta sənədlərə əsaslanması ilə bağlı digər faktlar, sübutlar və dəlillər növbəti məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir. Qeyd edilənlərə əsasən iddianın dəyişdirilməsi və iddia həcminin artırılması barədə ərizəsinin təmin edilməsini və iddia həcmi artırılaraq dəyişdirilməsini, cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 624 nömrəli “töhmət elan edilməsi haqqında” əmrinin, xx.xx.2023-cü il tarixli, 686 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında” əmrinin və xx.xx.2023-cü il tarixli, 706 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iddiaçının Bakı şəhəri 201 saylı tam orta məktəbində coğrafiya müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə iddia tələbinə əlavələrlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırki iddia ərizəsinə əlavə ilə cavabdehin müvafiq əmrlərdə qeyd edilən ittihamlarına və iddia ərizəsində qeyd edilməyən iddianın əsaslılığına dair digər sübut və dəlillər barəsində, həmçinin, mübahisənin faktiki halları və tələbin hüquqi əsaslılığı barədə məlumat vermək niyyətindədir. Qeyd etdiklərinin iddia ərizəsinə əlavə kimi nəzərə alınmasını, iş materiallarına əlavə edilməsini və qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. İddiaçının coğrafiya müəllimi kimi təhsili və əmək fəaliyyəti barədə qeyd edir ki, iddiaçı 1985-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya müəllimliyi ixtisasını bitirib, 1991-ci ildən 01 noyabr 2023-cü il tarixinə qədər, təxminən 33 ilə yaxın müddət ərzində Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsində çalışıb. İddiaçı çalışdığı müddət ərzində müəllim kimi vəzifə funksiyalarını qüsursuz və nöqsansız icra edib, coğrafiya fənnini şagirdlərə sevərək və sevdirərək tədris edib. Əmək fəaliyyəti dövründə nə şagirdlərdən, nə valideynlərdən, nə də məktəb rəhbərliyindən barəsində məktəbə hər hansı şikayət daxil olmayıb, intizam məsuliyyətinə cəlb edilməyib, hər hansı intizam tənbehinə məruz qalmayıb. İddiaçı AR Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə dair imtahanlarda iştirak edib və 60 bal üzərindən 46 bal toplamaqla müsbət nəticə göstərib. İddiaçı bundan əlavə, AR Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan ixtisasartırma təlimlərində və Bakı şəhəri 201 saylı tam orta məktəbdə keçirilən digər təlimlərdə müvəffəqiyyətlə iştirak edib (sertifikatlar əlavə edilir). İddiaçı əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə 6a, 7ç, 9a, 9b, 9ç siniflərində həftəlik ümumilikdə 18 saat olmaqla, coğrafiya fənnini tədris edib. İddiaçının korrupsiya hüquq pozuntuları barəsində hüquq mühafizə orqanlarına məlumat verməsi ilə bağlı qeyd edir ki, məktəbin direktor müavini Şahid1 tərəfindən xidməti vəzifələrinin icrası zamanı məlum olub ki, direktor Qanuni nümayəndə rəhbərliyi ilə bir qrup şəxsin əməlləri nəticəsində məktəb daxilində qanunsuz əməllər baş alıb getməkdədir. Belə ki, məktəbdə fəaliyyət göstərən bəzi sinif rəhbərləri və müəllimlər dərslərdə iştirak etməyən uşaqlara saxta qiymətlər yazır, bəzi şagirdlərin adı iki və ya üç sinifdə qeyd olunur, Azərbaycan Respublikasında olmayan şagird Azərbaycanda - Bakı şəhəri 201 nömrəli məktəbdə təhsil alırmış kimi sinif jurnalında adı qeyd olunur və s. İddiaçı nəhayət bütün bu və ya bunun kimi digər pozuntular barəsində ərazi üzrə Nizami Rayon Prokurorluğuna və AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmək qərarına gələrək şikayət edib və bu istiqamətdə izahat verib. İddiaçı direktor Qanuni nümayəndə və onunla qabaqcadan əlbir olan bir qrup şəxsin korrupsiya hüquq pozuntuları barəsində hüquq mühafizə orqanlarına məlumat verdikdən sonra direktor Qanuni nümayəndə və onunla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən müxtəlif təzyiq və təqiblərə məruz qalıb. İlk öncə psixoloji təzyiqə məruz qalan iddiaçı məktəbin Pedaqoji Şurasının iclaslarında kollektiv qarşısında “şərəfsiz, tərbiyəsiz, əxlaqsız” kimi sözlərlə təhqir olunub, bu kimi təhqirlər nəticəsində məktəbin digər müəllim heyəti də iddiaçıdan üz döndərib, onunla ünsiyyəti kəsib. Direktor Qanuni nümayəndə Pedaqoji Şuranın iclasında Şahid1, İddiaçı və digər qara siyahıya düşmüş müəllimlərin növbəti şura iclasında iştirak etməyəcəklərini, çünki həmin vaxta qədər, işdən qovulacaqlarını bildirib. Daha sonra iddiaçı məktəbin direktoru Qanuni nümayəndə tərəfindən əvvəlcə töhmət, yeni tədris ili başlamamış sonuncu xəbərdarlıqla şiddətli töhmət ilə tənbeh edilib, qısa müddət ərzində isə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. Əmrlərdə iddiaçının müəllim kimi şərəf və ləyaqətini alçaldan “İddiaçı intizamsız və məsuliyyətsiz kadrdır, mütəmadi olaraq dərslərə gecikir, rəftarında kobudluğa yol verir, nəzakətsizdir, ədəb və etik normaları ciddi şəkildə pozur, küçə söyüşləri ilə danışır” və s kimi ifadələr qeyd edilib. Bütün bu təzyiq və təqiblərdən sonra iddiaçı məcbur qalıb pozulmuş hüquqlarının bərpası üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş hər üç əmr və orada intizam pozuntusu kimi qeyd olunan ittihamlar həm faktiki cəhətdən əsassız, həm də hüquqi cəhətdən qanunsuzdur. Həmin ittihamlara hazırki yazılı əlavədə iddiaçı tərəfindən tək-tək münasibət bildirilib. Lakin hazırki hissədə onlar ilk olaraq iddiaçı intizam məsuliyyətinə cəlb olunarkən və sözügedən müvafiq əmrlər tərtib edilərkən cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin müvafiq müddəalarının pozuntusu faktlarına aşağıdakı şəkildə diqqət yetirmək istəyir. AR Əmək Məcəlləsinin 189.4-cü maddəsicavabdehin iddiaçıya münasibətdə qərəz və qisas motivli hərəkətləri barədə: İddiaçı məktəbdə baş verən özbaşınalıqlara və korrupsiya hüquq pozuntularına görə Nizami Rayon Prokurorluğuna və AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib, araşdırma zamanı ifadə verib və buna görə də, o direktor tərəfindən təzyiq və təqiblərə məruz qalıb. İddiaçı barəsində qeyd olunan ittihamların hamısı reallığı əks etdirməyən yalan və qərəzli münasibətin nəticəsi olan məlumatlardır. Nəzərə alınmalıdır ki, 17 yanvar 2022-ci il tarixindən Bakı şəhəri 201 saylı tam orta məktəbə direktor təyin olunmasından bu günə qədər 2 (iki) ilə yaxın müddət keçməsinə baxmayaraq direktor Qanuni nümayəndə iddiaçı barəsində əmək funksiyalarını yerinə yetirməmə, müəllim kimi zəruri bilik və bacarıqlara malik olmama və iddia olunan digər çirkin ittihamları yalnız son 2-3 ay ərzində araşdırmağa başlayıb. Nə üçün? Niyə iddia olunduğu kimi bu qədər qeyri-peşəkar kadr barəsində Qanuni nümayəndə direktor olduğu 2022-ci ilin yanvar ayından 2023-cü ilin avqust ayına qədər, təxminən 20 (iyirmi) ay ərzində heç bir tədbir görməyib? Çünki 2-3 ay bundan əvvəl iddiaçı Bakı şəhəri 201 saylı tam orta məktəbdə baş verən korrupsiya hüquq pozuntuları barəsində aidiyyati hüquq mühafizə orqanlarına (Nizami Rayon Prokuroruna, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə) yazılı məlumat verib. Həmçinin, nəzərə alınmalıdır ki, bu gün direktor Qanuni nümayəndə şər-böhtan və qurama adlandırdığı faktlar üzrə iddiaçının müraciəti əsasında AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ********* saylı cinayət işi başlanılıb və işin istintaqı həmin Baş İdarənin İstintaq İdarəsində aparılmaqdadır. Yuxarıda qeyd edilən fakt və dəlillər açıq-aşkar sübut edir ki, direktor Qanuni nümayəndə tərəfindən iddiaçı barəsində irəli sürülən ittihamlar onun icraçısı olduğu, araşdırmaq istəmədiyi və ört-basdır etdiyi qanunsuzluqların və cinayət faktlarının bu gün AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmasına səbəbkar olduğuna görə iddiaçıya olan qərəzi və qisasının nəticəsidir. Bu, əmrlərin mətnindən də açıq aşkar görünür. Belə olduğu təqdirdə, iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh xx.xx.2023-cü il tarixli əmrdə qeyd edib ki, iddiaçı Şahid1 və Şahid2 ilə birləşərək qurama faktlar düzəldərək şikayət ərizəsi ilə müxtəlif rəsmi qurumlara müraciət edib, bununla da məktəbi qarışdırıb, məktəb rəhbərlərinin nüfuzuna və məktəbin fəaliyyətinə zərər vurub. Direktor Qanuni nümayəndə eyni ittihamla məktəbin direktor müavini Şahid1 barəsində də onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müvafiq təqdimat ünvanlasa da, təqdimat Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirəyə çıxarılıb, ətraflı araşdırılıb və direktor müavini Şahid1 əməllərində əmək funksiyalarını pozma faktı aşkarlanmadığı üçün təqdimatın təmin edilməsindən imtina edilib. Bu da bir daha onu sübut edir ki, direktor Qanuni nümayəndə onun qanunsuz fəaliyyəti barəsində hüquq mühafizə orqanlarına məlumat verən müəllimləri təzyiq və təqiblərə məruz qoyub, onlar barəsində tərtib edilən intizam tənbehlərini qərəzli və qisas motivli hərəkətlərlə tətbiq edib. AR Əmək Məcəlləsinin 187.4cü maddəsi, yəni intizam tənbehinin korrupsiya hüquq pozmaları barədə məlumata aidiyyətinin olmamasının əsaslandırılmaması barədə: Qeyd etdiyi kimi, bu gün iddiaçı barəsində qaldırılan bütün bu məsələlərin tək səbəbi onun intizamsız və qeyri-peşəkar kadr olmağı deyildir, bunun tək səbəbi direktor Qanuni nümayəndə və onun əlaltılarının cinayət əməlləri barəsində hüquq mühafizə orqanlarına məlumat verməsidir. İlk öncə nəzərə alınmalıdır ki, AR Korrupsiyaya qarşı mübarizə haqqında Qanununun 11-1.2-ci maddəsinin tələblərinə görə dövlət orqanları və büdcə təşkilatlarının rəhbəri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən etməlidir. Lakin dövlət mülkiyyətində olan büdcə təşkilatı olaraq cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbin direktoru Qanuni nümayəndə qanunun tələbini pozub, məktəb daxilində bu cür vəzifəli şəxs və ya struktur bölmə müəyyən etməyib. Hansı ki, həmin vəzifəli şəxs və struktur bölmənin nümayəndəsi korrupsiya hüquq pozmaları barəsində məlumat vermiş işçinin bilik və bacarıqlarının yoxlanılması ilə bağlı araşdırma, yoxlama, ümumilikdə, attestasiya keçiriləcəyi təqdirdə həmin iclasda iştirak etməli idi. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi tələb edir ki, müəssisənin korrupsiya hüquqpozmaları ilə bağıl məlumat vermiş işçisinə intizam tənbehi tətbiq edilərkən müəssisə sübut etməli və əsaslandırmalıdır ki, intizam tənbehi tətbiq etmək zəruriyyəti qanunla müəyyən edilmiş hallardan irəli gəlir və korrupsiya barədə məlumatla heç bir aidiyyəti yoxdur. Lakin direktor Qanuni nümayəndə imzaladığı əmrləri analiz etdikdə görünür ki, iddiaçıya qarşı töhmət, şiddətli töhmət və işdən çıxarılma barədə intizam tənbehi yalnız və yalnız korrupsiya hüquqpozuntusu törətdiyinə görə şikayət etdiyi direktor Qanuni nümayəndə ona qarşı şəxsi qərəzi və qisas hissinin nəticəsidir. Məsələn, Qanuni nümayəndə imzaladığı xx.xx.2023-cü il tarixli əmrdə qeyd olunmuş aşağıdakı cümlələr bunu əyani sübut edir: “Müxtəlif rəsmi orqanlara məktəb və məktəbin direktorunun nüfuzuna xələl gətirəcək ciddi böhtan və şər dolu şikayət məktubları ünvanlamışdır. xx.xx.2023-cü il tarixdə hüquq mühafizə orqanlarında işləyən oğlunu təhdid və şantaj məqsədilə məktəbə göndərmiş, məktəb direktorunu “töhməti geri götürməsəniz, barənizdə müvafiq orqanlara şikayət edəcəyik” söyləyərək təhdid ediblər. Yazdığı böhtan və şikayətlərlə məktəbi qarışdırmaq, məktəb rəhbərlərinin nüfuzuna və məktəbin fəaliyyətinə zərər vurmaq niyyəti ilə Keşlə qəsəbəsində şayiələr, şər-böhtan yaymış, məktəb haqqında Şahid1 və Şahid2 ilə birləşərək qurama faktlar düzəldərək şikayət ərizəsi ilə müxtəlif rəsmi qurumlara müraciət edib. Təşkilatlanmış əməlləri ilə məktəbin və rəhbər heyətin nüfiızuna, fəaliyyətinə zərər vurub”. Nəinki direktor Qanuni nümayəndə tərtib etdiyi əmrlərdə AR Əmək Məcəlləsinin 187.4-cü maddəsinin tələblərinə tabe olaraq iddiaçı barəsində qaldırılan ittihamların və verilən intizam tənbehlərinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı, hüquq-mühafizə orqanlarına verdiyi məlumatlarla hər hansı aidiyyətinin olmadığını əsaslandırmayıb, əksinə yuxarıda qeyd etdiklərindən də göründüyü kimi açıq-aşkar əmrlərdə bu barədə qeydlər aparıb. Bütün bu qeyd olunanlar bir daha əyani olaraq sübut edir ki, iddiaçı barəsində ittihamlar irəli sürülməsinin və işdən çıxarılmasının əsl və real motivi direktor Qanuni nümayəndə və onun əlaltıları barəsində hüquq mühafizə orqanlarına şikayət etməsi, buna görə də, onun işdən çıxarılmaqla cəzalandırılmasıdır. AR Əmək Məcəlləsinin 16.1-ci maddəsi, yəni əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi barədə: Əvvəla bildirir ki, iddiaçı hüquq mühafizə orqanlarına korrupsiya hüquq pozmaları barədə məlumat verdikdən sonra direktor Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli 657 nömrəli əmrlə Həmkarlar İttifaqı üzvlərindən ibarət Araşdırma Komissiyası və xx.xx.2023-cü il tarixli 664 nömrəli əmrlə yaradılan Yoxlama Komissiyası yaratmışdır. Qeyd olunan Araşdırma Komissiyası və Yoxlama Komissiyası hüquq mühafizə orqanlarına şikayət etdiyi üçün sırf iddiaçı və iddiaçı ilə birlikdə bu cinayət əməllərinə və qanunsuzluqlara etiraz edən digər 3 (üç) müəllimin əmək funksiyalarının icrasının “təftiş edilməsi” və cəzalandırılması məqsədilə onlar barəsində başladılıb. Bu açıq-aşkar qərəz, qisas və əmək münasibətlərində ayrıseçkilikdir. Əgər direktor Qanuni nümayəndə Bakı şəhəri 201 saylı tam orta məktəbdə müəllimlərin peşəkarlığı və təhsilin səviyyəsi narahat edirdisə o zaman niyə o, bu yoxlama tədbirlərinə direktor kimi təyin olunduğu vaxtdan 20 ay ərzində yox, iddiaçı korrupsiya hüquq pozmaları barədə məlumat verdikdən sonra başlayıb və nə üçün məktəbin bütün müəllimlərinə qarşı yox, yalnız iddiaçıya və digər 3 müəllimə qarşı başlayıb? Bu, açıqaşkar əmək münasibətlərində ayrı-seçkilikdir və işəgötürən tərəfindən işçilərə qarşı ayrıseçkilik edilməsi qadağandır, buna görə işəgötürən müvafiq məsuliyyət daşıyır. Bundan əlavə, direktor Qanuni nümayəndə tərəfindən ona qarşı yaradılmış yoxlama və araşdırma komissiyaları yoxlama sahəsində heç bir təcrübəsi, bacarığı, xüsusi bilikləri olmayan texniki işçi, ibtidai sinif və fiziki tərbiyə müəllimlərindən ibarət olub. Halbuki, AR Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə işçinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğunluğu işçilərin attestasiyası vasitəsilə həyata keçirilir və bu zaman attestasiya komissiyasına təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslər seçilə bilər. Göründüyü kimi, direktor Qanuni nümayəndə həqiqətən də, müəllimlərin peşəkarlığı və məktəbdə təhsilin səviyyəsi narahat edirdisə, onda o, müəllimlərin attestasiyasının keçirilməsi, direktor müavinlərinin isə attestasiyasının keçirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməli olduğu halda, özbaşına olaraq, əmək münasibətlərində ayrı-seçiliyə yol verərək konkret və məhdud müəllimlər üçün təcrübəsiz, qərəzli, peşəkarlıq qabiliyyəti olmayan, texniki işçi, ibtidai sinif və fiziki tərbiyə müəllimlərindən ibarət saxta attestasiya qurumu olan yoxlama və araşdırma komissiyası yaradıb və iddiaçı barəsində qanunsuz tədbir görüb. Digər ayrı-seçkilik faktı isə ondan ibarətdir ki, iddiaçının korrupsiya hüquq pozuntuları barəsində məlumat verdiyi Şahid7 dərsdə iştirak etməyən Məcid Nəcibov adlı şagirdə fənn müəllimlərinin əvəzinə saxta qiymət yazdığına görə direktor Qanuni nümayəndə tərəfindən töhmət verilib, onun bu pozuntusu barədə məlumat verən iddiaçı isə işdən çıxarılıb. Həmçinin, Zəfər Günü ilə bağlı açıq dərs keçməkdən imtina edildiyi iddia olunan iddiaçıdan fərqli olaraq 07 noyabr 2023-cü il tarixində şəxsi ambisiyalarına və qərəzli hərəkətlərinə görə 52 müəllim açıq dərs keçməyərək iş yerini özbaşına tərk edərək AR Elm və Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə kollektiv şikayət etmək üçün gediblər. Zəfər Günü tədbirlərini həyata keçirməkdən imtina edən, dərsdən özbaşına yayıyan, məktəbi tərk edən həmin müəllimlər nəinki işdən çıxarılıb, heç onlar intizam məsuliyyətinə belə cəlb olunmayıblar. Bu işçilər barəsində qeyri-mütənasib intizam tənbehi verməklə əmək münasibətlərində ayrı-seçkilik faktının növbəti isbatıdır. AR Əmək Məcəlləsinin 65.1, 67-2.1, 70 “c”, 70 “ç”, 72, 76.2-ci maddələri, əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin əsasının yanlış seçilməsi barədə: Cavabdehin 706 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə cavabdeh tərəfindən xitam verilib. Lakin iddiaçının əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilsə də, əmrin mətnində xitam səbəbi kimi iddiaçının əmək funksiyalarını icra etmək üçün müvafiq bilik və bacarıqlara malik olmadığı qeyd olunub. Həmin əsaslandırma hissəsi aşağıdakı kimidir: “Obyektivliyin və şəffaflığın təminatı üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə və 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid9 tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçı X “a” sinfində dərsi dinlənilib və dərs qeyri-qənaətbəxş qiymətləndirilib. İddiaçı əmək funksiyalarını icra etmək üçün müvafiq bilik və bacarıqlara malik olmadığı bir daha təsdiqlənib”. Göründüyü kimi, cavabdeh hesab edib ki, iddiaçının peşəkarlıq səviyyəsi, ixtisası “peşəsi” coğrafiya müəllimi kimi işləməsi üçün kifayət dərəcədə deyildir və iddiaçı tutduğu vəzifəyə uyğun gəlmir. Buna görə də, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilib. Lakin məhkəmənin diqqətinə çatdırırlar ki, bu hallarda şəxsin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə yox, “c” bəndi ilə xitam verilməlidir. Belə ki, işçinin müvafiq bilik və bacarıqlara malik olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlməməsi əsası AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində qeyd olunub. Bunun üçün isə iddiaçı müvafiq attestasiyadan keçirilməli və onun tutduğu vəzifəyə uyğun gəlməməsi barədə müstəqil səlahiyyətli attestasiya komissiyasının qərarı olmalı idi. Lakin iş üzrə belə qərar mövcud deyildir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi isə o zaman tətbiq olunur ki, işçi ya “özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə”, ya da “AR Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Cavabdeh 706 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdə nə AR Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara istinad edib, nə də əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini qeyd etməyib. Aydındır ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalara uyğun xitam verilməyib. Bu da həmin əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması üçün birbaşa əsasdır. Töhmət intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli, 624 nömrəli əmr barədə aşağıdakıları qeyd edir. 6 “a” sinfindəki şagirdlərin iddiaçıya kobudluğu və qeyri-etik davranışına dair etirazı barədə: Bu cür ittiham reallığı əks etdirməyən məlumatdır. Belə ki, həmin sinfin şagirdləri iddiaçıya qarşı öz fikirlərini sərbəst şəkildə ifadə edən məktublar yazıblar (hazırki sənədə əlavə edilir). İddiaçının nə uşaqlarla, nə də valideynləri ilə münaqişəsi və problemi olmayıb. Direktor Qanuni nümayəndə və sinif rəhbəri uşaqlara iddiaçı barəsində uyğun olmayan ifadələr verməyi tapşırıb və şagirdlərdən qərəzli olaraq izahatlar alınıb. Həmçinin, nəzərə alınmalıdır ki, həmin sinif iddiaçıdan alınmayıb, iddiaçı işdən çıxarıldığı günə qədər həmin sinifə dərs deyib. 16 iyun 2023-cü il tarixində işə gəlməməklə bağlı: İddiaçıya qarşı qaldırılmış növbəti qərəz kompaniyası bu ittihamdan aydın olur. Belə ki, iddiaçı həmin tarixdə məktəbə gəlib, davamiyyət jurnalına imza atıb. Əgər mübahisəli məqam varsa həmin jurnal məhkəməyə təqdim olunsun. Əgər iddiaçı həqiqətən işə gəlməsəydi, o zaman onun maaşından tutulma həyata keçirilərdi. Lakin iddiaçı tam əmək haqqı alıb və hər hansı tutulma olmayıb (arayış hazırki sənədə əlavə edilir). Bu da bir daha onu sübut və təsdiq edir ki, iddiaçı işə gəlib və vəzifəsinin başında olub. İddiaçının işə gəlməməsi ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt etibarsızdır. Çünki qeyd olunan akt 16 iyunda tərtib olunsa da, maraqlıdır ki, həmin aktda gələcək tarixə, 17 iyun 2023-cü il tarixinə istinad verilir, hansı ki, həmin gün şənbə günüdür. Bundan əlavə, 16 iyunda yazılan aktda müəllimədən izahat tələb olunur, əgər müəllimə dərsə gəlməyibsə, ondan həmin gün necə izahat tələb oluna bilər?! Həmçinin, akta imza atan Rəhilə Məmmədova 14 iyun 2023-cü il tarixdən işdən çıxarılıb. Həmin vaxt məktəbdə olmayıb. Bu da onu göstərir ki, akt saxtadır və qərəzli məqsədlər üçün hazırlanıb. İddiaçının təlim nəticələri üzrə keyfiyyət göstəricisi 2021-2022-ci illər üzrə 23%, 2022-2023-cü il üzrə isə 15% olub. Hesab edirlər ki, əvvəla keçirilən təlim və onun qiymətləndirmə metodikası dəyərləndirilməlidir. Təlimi kim keçirib? Təlim nəticələri necə olub? Təlim nəticələri hansı qaydada qiymətləndirilib? Bundan əlavə, iddiaçının bilik və bacarıqlarının tutduğu vəzifəyə uyğun olub-olmaması diaqnostik qiymətləndirmə imtahanları və təhsilverənlərin sertifikasiyası yolu ilə həyata keçirilir. Bu cür qeyri-müəyyən “təlim nəticələri” ilə müəllimin peşəsinə uyğun olmaması barədə fikirlər bildirilməsi əmək qanunvericiliyinin tələblərinə ziddir. Və ən əsası şəxsin bilik və bacarıqlarının uyğun olmaması intizam pozuntusu deyildir. İddiaçı daim AR Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ixtisasartırma kurslarında iştirak edib və müvəffəqiyyətlə keçib. İddiaçı hətta cavabdehin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə də iştirak edib və direktor Qanuni nümayəndə tərəfindən təltif edilib. Bunu təsdiq edən sertifikatlar hazırki sənədə əlavə edilir. Bu da onu göstərir ki, intizam pozuntusu kimi qeyd olunan əməllər qərəz və qisas hissinə əsaslanan yalan məlumatlardır. 9 “c” sinif şagirdi X27 valideyni Hacıyeva Kəmalənin şikayəti, şagirdə 3 qiyməti yazılmalı olduğu halda iddiaçı tərəfindən 2 qiyməti yazılması ilə bağlı qeyd edirlər ki, iddiaçı 9 “c” sinfinin şagirdi X27 dərslərdə iştirak etməməsini və zəif iştirak etməsini, dərslərə məsuliyyətsiz yanaşmasını nəzərə alaraq ona 2 (iki) qiyməti ilə qiymətləndirib. Şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək müəllimin həm hüququ, həm də vəzifəsidir və bu hal intizam pozuntusuna səbəb ola bilməz. Müəllimin dərslərini çalışmayan şagirdə 2 (iki) qiyməti yazması intizam pozuntusudursa, o zaman ölkədə bütün 2 (iki) alan şagirdlərin müəllimləri töhmət almalıdır. Bu isə sadəcə ağlasığmazdır. Digər tərəfdən şagirdə 3 (üç) qiyməti yazılmalı olduğu halda 2 (iki) qiymətinin yazılması da cəfəngiyyatdır. Sinif jurnalına məhkəmə baxışı zaman baxış keçirildikdə aydın olacaqdır ki, iddiaçı qiymətləndirməni doğru həyata keçirib. Buna görə də, həmin sinfin jurnalı məhkəmə baxışında tədqiq edilməlidir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, şagird X27 valideyninin sözügedən şikayəti intizam tənbehinin verildiyi gündən 1 gün əvvəl məktəbə daxil olub və bu barədə iddiaçıya hər hansı məlumat verilməyib, şikayətlə tanış edilməyib, ona bu barədə fikrini ifadə etmək, mövqeyini bildirmək və izahat vermək hüququ tanınmayıb, dərhal iddiaçıya töhmət intizam tənbehi verilib. Sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli, 686 nömrəli əmr barədə aşağıdakıları qeyd edir. Əmrə əsasən iddiaçı 20 (iyirmi) nəfər şagirdə 2 (iki) qiyməti yazıb, 2 (iki) qiyməti yazdığı şagirdlərlə iş aparmayıb, yay tapşırığı verməyib. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı 20 nəfər şagirdə 2 (iki) qiyməti yazmayıb. Bu hədd təxminən 10-11 nəfərdir. İddiaçı ümumilikdə 100-dən artıq şagirdə dərs deyib və 2 qiyməti ilə qiymətləndirilən şagirdlərin sayı ümumi şagird sayına nisbətdə 10%-lik bir nisbət təşkil edir. Bu da olduqca normaldır. Həmçinin, direktor müavini Şahid10 tərəfindən bütün məktəbin, o cümlədən, 11 “a” sinfinin davamiyyəti yoxlanılıb (davamiyyət jurnala hazırki iddiaya əlavə edilir). Göründüyü kimi, şagirdlərin əksəriyyəti dərsə gəlmirlər. Lakin bu hallar cavabdeh tərəfindən nəzərə alınmayıb. Xüsusilə qeyd olunmalıdır ki, şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək müəllimənin əmək funksiyasıdır və müəlliməni əmək funksiyasını icra etməyə görə intizam məsuliyyətinə cəlb etmək əmək qanunvericiliyindən məlumatı olmamaq deməkdir. Hüquq mühafizə orqanlarına şikayət, şər-böhtan, Şahid1 və Şahid2 ilə birləşmə ilə bağlı cavabdeh əmrində qeyd edir ki, müxtəlif rəsmi orqanlara məktəb və məktəbin direktorunun nüfuzuna xələl gətirəcək ciddi böhtan və şər dolu şikayət məktubları ünvanlayıb. Yazdığı böhtan və şikayətlərlə məktəbi qarışdırmağa, məktəb rəhbərlərinin nüfuzuna və məktəbin fəaliyyətinə zərər vurmaq niyyəti ilə Keşlə qəsəbəsində şaiələr, şər-böhtan yayıb, Nizami Rayon Prokurorluğuna məktəb haqqında Şahid1 və Şahid2 ilə birləşərək qurama faktlar düzəldərək şikayət ərizəsi ilə müraciət edib. Təşkilatlanmış əməlləri ilə məktəbin və rəhbər heyətin nüfuzuna və fəaliyyətinə zərər vurub. Əvvəla qeyd olunmalıdır ki, yuxarıda da qeyd etdikləri kimi, iddiaçı barəsində intizam tədbirlərinin görülməsinin əsl səbəbi onun korrupsiya hüquq pozuntuları barəsində hüquq mühafizə orqanlarına məlumat verməsidir. Cavabdeh də bu faktı öz əmrində təsdiq edir. İddiaçı Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə ona tanınan hüququndan istifadə edib. Hətta bu bir vəzifədir, çünki cinayət barəsində məlumat verməmək AR CM-nin 307-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Cavabdehin şaiə, qurama, şər-böhtan adlandırdığı faktlar əsasında isə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılıb. Bu da bir daha onu təsdiq edir ki, iddiaçının məlumat verdiyi hüquq pozuntuları şər-böhtan, qurama fakt və ya şaiə yox, real cinayət əməlləridir. Cavabdehin təşkilatlanaraq qurama faktlar düzəltməkdə ittiham etdiyi Şahid1 və Şahid2 isə korrupsiya hüquq pozuntuları barəsində məlumat verib və direktor Qanuni nümayəndə əməllərindən zərərçəkən digər şəxslərdir. Ümumiyyətlə, iddiaçının öz hüququndan istifadə edərək ictimai maraqlar naminə məktəbdəki hüquq pozuntuları barəsində məlumat verməsinə görə intizam məsuliyyətinə cəlb edilməsi birbaşa AR Əmək Məcəlləsinin 187.4cü maddəsinin tələblərinin kobud pozuntusudur. Bu da əmrin ləğvi üçün əsasdır. İddiaçının oğlunun şantajı barədə qeyd edir ki, bu ittiham da növbəti cəfəngiyyatın bir parçasıdır. Belə ki, cavabdeh öz əmrində qeyd edir ki, iddiaçı hüquq mühafizə orqanlarında işləyən oğlunu təhdid və şantaj məqsədilə məktəbə göndərib, məktəb direktorunu “əgər töhməti geri götürməsəniz, barənizdə müvafiq orqanlara şikayət edəcəyik” söyləyərək təhdid edib. Əvvəla, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının oğlu öz təşəbbüsü ilə yox, məktəbin biologiya müəllimi Tahirə Babanlının dəvəti ilə məktəbə çağırılıb. Bu fakt iddiaçının oğlu barəsində başladılan yoxlamada Tahirə Babanlının verdiyi izahatda da öz əksini tapıb. Xidməti araşdırmanın nəticələri əsasında iddiaçının oğlunun hərəkətlərində hər hansı pozuntu və ya qeyri-hüquqi element aşkar olunmayıb. Bundan əlavə, cavabdeh müəssisənin direktoru Qanuni nümayəndə təhdid ifadəsinin mənasını, görünür ki, anlamayıb. Təhdid müəyyən maddi və sair nemətlər müqabilində zor tətbiq etməklə və ya bu cür hədə ilə şəxs barəsində müəyyən rüsvayedici görüntülərin və ya məlumatların yayılması olmaqla hədə-qorxu ilə tələb etmə cinayətidir. İddiaçının oğlunun “əgər töhməti geri götürməsəniz, barənizdə müvafiq orqanlara şikayət edəcəyik” ifadələrində hansı təhdid və hədə-qorxu ilə tələb etmə elementləri vardır? İddiaçının oğlu AR Mülki- Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçının yaxın qohumu olmaqla onun nümayəndəsidir və o fərdi əmək mübahisəsinin həlli üçün qarşı tərəflə danışıq aparmaq səlahiyyətinə malikdir və iddiaçının oğlu da bu hüququndan istifadə edib, fərdi əmək mübahisəsinin həlli üçün töhmət əmrinin ləğv edilməsini cavabdehə təklif edib, əksi təqdirdə məcbur qalıb əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edəcəyini bildirib. Bu cür ifadə səsləndirmək necə qanun pozuntusu ola bilər və bu necə iddiaçı tərəfindən törədilən intizam pozuntusu kimi qiymətləndirilə bilər? Bu da bir daha əmrin əsassız olduğunu sübut edir. Əmrə əsasən iddiaçı rəftarında kobudluğa yol verir, nəzakətsizdir, ədəb və etik normaları ciddi şəkildə pozur, tapşırıqları yerinə yetirmir, tövsiyyələri dinləmir, iradlara “qərəzlisiniz” deyib kobud cavab verir. Əməlləri ilə şagirdlərin təlim-tərbiyəsinə, məktəb mühitinə, təhsilə ciddi zərər vurur, psixoloji problemlər yaradır. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh iddiaçının nəzakətsiz və ədəb/etik normaları ciddi şəkildə pozmasının, tapşırıqları yerinə yetirməməsini, tövsiyyələri dinləməməsinin nədə ifadə olunmasını və hansı konkret faktlara əsaslandığını təsvir və sübut edə bilmir. Bu cür ifadələr konkret faktlarla təsdiq olunmadığı üçün cavabdehin şəxsi və subyektiv fikirləri kimi qiymətləndirilir. Hansı ki, korrupsiya hüquq pozmaları barədə məlumat vermiş iddiaçıya qarşı qərəz və qisas hisslərinin nəticəsində formalaşmış düşüncələrdir. Məsələn, “qərəzlisiniz” ifadəsi nə zamandan kobud cavab hesab olunur? Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli, 706 nömrəli əmr barədə aşağıdakıları qeyd edir. xx.xx.2023-cü il tarixində məktəbin 10 “а” sinfində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Anar Mustafazadə tərəfindən yoxlama keçirilməsi və iddiaçının dərsinin dinlənilməsi hissəsi ilə bağlı hazırki iddia ərizəsinə əlavədə ətraflı qeyd edilib. Hesab edirlər ki, 35 ilə yaxın əmək stajı olan bir müəllimin müvafiq bilik və bacarıqlara malik olmaması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir əməkdaşının dərs dinləməsi ilə aşkarlana bilməz. Bunun üçün attestasiya komissiyası yaradılmalı və ya müəllimlər sertifikasiyadan keçirilməlidir. Anar Mustafazadə adlı əməkdaş özünü təqdim etmədən, yoxlama barədə müvafiq qərar təqdim etmədən dərsdə iştirak edib. Bununla bağlı iddia ərizəsinə əlavədə ətraflı qeyd edilib. xx.xx.2023-cü il tarixində Şahid10 ilə mübahisə ilə bağlı cavabdeh qeyd edir ki, iddiaçı direktor müavini Şahid10 qarşı kobudluq edib. Əvvəla, məhkəmə nəzərə almalıdır ki, cavabdeh iddiaçını təzyiq və təqiblərə məruz qoyduğu üçün onun istənilən söz və hərəkətini izləyib və bu cür təqiblərlə özü üçün saxta intizam pozuntuları formalaşdırıb. Belə ki, iddiaçı Cəsur adlı şagirdin intizamsızlığına görə valideynini (anasını) məktəbə dəvət edib, onunla profilaktik fərdi söhbət aparıb, lakin Şahid10 tərəfindən fərdi söhbət bölünüb və valideyn direktorun qəbuluna aparılıb. İddiaçı da buna görə də fərdi söhbəti bölən Şahid10 etiraz edib. Cavabdehə görə iddiaçının Şahid10 ilə adi söhbəti belə cavabdehə görə intizam pozuntusudur. Bu isə qərəzin, qisasın, təzyiq və təqibin növbəti sübutudur. xx.xx.2023-cü il tarixində Şahid9 təhqir etməsi növbəti cəfəngiyyatdır. Əvvəla, iddiaçı heç kimi təhqir etməyib, şərəf və ləyaqətinə toxunmayıb, ədəb və əxlaq qaydalarını qoruyub. Hansı ədəbsizlik edilməsi, nə deyilməsi və s. əmrdə qeyd olunmayıb, cavabdeh tərəfindən əsaslandırılmayıb. Bundan əlavə, xx.xx.2023-cü ildə törədilməsi iddia olunan pozuntuya görə iddiaçı ən geci 1 ay ərzində məsuliyyətə cəlb olunmalı olduğu halda, cavabdeh 4 aydan artıq müddətdən sonra məsuliyyətə cəlb edilib. Bu da növbəti qanun pozuntusudur. xx.xx.2023-cü il tarixində məktəbin tədbirlər planına əsasən həyata keçiriləcək tədbirlərdən və açıq dərs keçməkdən imtina etməsi ilə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçı açıq dərs keçməkdən imtina etməyib. Açıq dərs 27 sentyabr Anım Günü və 08 noyabr Zəfər Günü münasibətilə 27 oktyabr 2023-cü il tarixindən 07 noyabr 2023-cü il tarixinədək Bakı şəhəri 201 saylı tam orta məktəbdə qeyd olunub. İddiaçı açıq dərslə bağlı icmal hazırlayıb və metod-birləşmə sədri Şahid12 təhvil verib. Bununla bağlı səs yazıları da mövcuddur. 01 noyabr 2023-cü il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilib, lakin keçirilməsi imtina olunduğu açıq dərs tədbirləri 07 noyabradək davam edib. Hansı ki, həmin Zəfər Günü ilə bağlı tədbirlər və açıq dərslər də keçirilməmiş olaraq qalıb. Belə ki, 07 noyabr 2023-cü il tarixində məktəbin müəllimləri Şahid10 və Şahid7 təşkilatçılığı ilə təxminən 52 müəllim üzrlü səbəb olmadan kütləvi halda dərsdə iştirak etməkdən imtina edərək iş yerini (məktəbin ərazisini) özbaşına tərk edib və həmin günü məktəbdə açıq dərs və Zəfər Günü tədbirləri keçirilməyib. Lakin həmin müəllimlər barəsində hər hansı tədbirlər görülməsə də, iddiaçı açıq dərs icmalı təqdim etməsinə baxmayaraq Zəfər Günü tədbirinin müddətindən əvvəl işdən çıxarılıb. Əmrə əsasən iddiaçı şantaj məqsədli video və səs yazıları aparıb, heyəti təhdid edib, məktəbin normal fəaliyyətinə hərəkətləri ilə zərər verib, böhtan məlumatları paylaşır. Əvvəla qeyd etmək istəyirlər ki, iddiaçı nəinki şantaj və təhdid məqsədilə, ümumiyyətlə, məktəb ərazisində hər hansı video və səs yazısı aparmayıb. Əgər bu cür video və səs yazısı varsa məhkəməyə cavabdeh tərəfindən təqdim oluna bilər. İddiaçı tərəfindən hansı böhtan məlumatların paylaşılması aydın deyil. Cavabdehin bu hissədə qeyd etdikləri natamam və qeyri-müəyyən ifadələr olmaqla intizam pozuntusu kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 624 nömrəli “töhmət elan edilməsi haqqında” əmrinin, xx.xx.2023cü il tarixli, 686 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında” əmrinin və xx.xx.2023-cü il tarixli, 706 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iddiaçının Bakı şəhəri 201 saylı tam orta məktəbində coğrafiya müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən iddia tələblərinin həcminin artırılması zəruriyyəti yaranıb. Belə ki, iddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 624 nömrəli “töhmət elan edilməsi haqqında” əmri, xx.xx.2023-cü il tarixli, 686 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında” əmri və xx.xx.2023-cü il tarixli, 706 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri qanunsuz və əsassız olduğuna görə, iddiaçı kollektiv qarşısında qanunsuz və əsassız olaraq intizam tənbehlərinə məruz qaldığına və işdən çıxarıldığına görə, həmin əmrlərin mətnlərində iddiaçının müəllim kimi şərəf və ləyaqətini alçaldan və böhtan xarakterli, həqiqətə uyğun olmayan yalan ifadələr qeyd olunduğuna görə o, mütəmadi olaraq mənəvi sarsıntı keçirmiş və fiziki iztirab yaşayıb. Məsələn, əmrlərdə iddiaçının müəllim kimi şərəf və ləyaqətini alçaldan “İddiaçı intizamsız və məsuliyyətsiz kadrdır, mütəmadi olaraq dərslərə gecikir, rəftarında kobudluğa yol verir, nəzakətsizdir, ədəb və etik normaları ciddi şəkildə pozur, küçə söyüşləri ilə danışır” və s kimi əxlaq normalarına zidd ifadələr qeyd edib. Hesab edirlər ki, cavabdeh təşkilatın həm tərtib etdiyi əmrlərinin qanunsuz və əsassız olduğuna görə, həm də əmrlərin mətnində iddiaçının şərəf və ləyaqətini alçaldan və böhtan xarakterli, həqiqətə uyğun olmayan yalan ifadələr qeyd olunduğuna görə iddia tələbinin həcmi artırılaraq iddiaçının məruz qaldığı mənəvi ziyanın əvəzi də cavabdeh təşkilatdan tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi ziyanın məbləğini 5000 (beş min) AZN olaraq qiymətləndirir. Qeyd edilənlərə əsasən iddia həcminin artırılması barədə ərizənin təmin edilməsi və iddia həcmi artırılaraq dəyişdirilməsi, cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 624 nömrəli “töhmət elan edilməsi haqqında” əmrinin, xx.xx.2023-cü il tarixli, 686 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında” əmrinin və xx.xx.2023-cü il tarixli, 706 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iddiaçının Bakı şəhəri 201 saylı tam orta məktəbində coğrafiya müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyana görə 5000 (beş min) AZN məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, сavabdeh tərəfin işə gəlməməyi ilə bağlı səsləndirdiyi fikirləri təkzib edən sübutları və şahidi var. O, bir il ərzində 3 gün bülletendə olub, bülleteni də məktəbə təhvil verib. İyun ayının 16-da dərsi buraxdığı bildirilsə də, o, dərs buraxmayıb, davamiyyət kağızına imza çəkib, lakin davamiyyət kağızını gizlədiblər. Şahid9 6 “A” sinfində dərs keçməməyini bildirib, lakin həmin sinifdə bir uşağın şikayətinə görə məsələ başlayıb. O, Nəriman müəllimə bu məsələni böyütməməyi bildirib, çünki bütün uşaqlar müəllimlərdən şikayət edirdilər. Sonradan isə uşaqlarla münasibətləri düzəlirdi. Uşaqların onu istəməsi, onu itirmək istəməməsi barədə məktubları da var, o, məktəbdən çıxana qədər həmin sinifə dərs keçib. Nəriman müəllimin sözü ilə o sinif onun əlindən alınaraq başqa müəllimə verilib. Həmin sinifdən 9 nəfər valideyn Qanuni nümayəndə müraciət edərək, ondan narazı olmadıqlarını, sinfin bağlanmamasını bildiriblər. Qanuni nümayəndə isə valideynlərin deyil, şagirdlərin sözünə əhəmiyyət verdiyini bildirib. Valideynin biri isə təkcə ondan deyil, Əntiqə müəllimdən, Günel müəllimdən və uşağının qiymətini aşağı salan beş müəllimdən şikayət edib. Deməli Nəriman müəllim və Elnurə müəllim şagirdləri çağırıblar, şikayətləri yenidən şagirdlərə yazdırıblar. Əli adlı şagird ətrafına 4 şagird toplayaraq dərsin ortasında sinifə daxil olur, dərs keçməyinə imkan vermir, səs-küy salır. Bu barədə dəfələrlə Əlinin sinif rəhbərinə məlumat verib, valideynini çağırıb. Heç valideyni məktəbə gəlməyib, birinci dəfədir ki, Əlinin valideynini görür. Əli Hacıyev il boyu dərsə gəlmir, dərsin ortasında, dərsin başlamasından 20 dəqiqə keçmiş dərsə gəlir, dərsi pozur, həmişə bufetdə olur. Yeganə müəllim jurnalda qiyməti pozub düzəltmək üçün ona müraciət edib, o isə jurnalı poza bilməyəcəyini bildirib. Sonra isə valideyn Əlinin qiymətini düzəltməyi üçün ona zəng eləyib, o, valideynin zəngini açmayıb. Sonra Yeganə müəllim jurnalda həmin şagirdin 1 qiymətini 8 edib. Sonra bu hərəkətinə görə Yeganə müəllimə töhmət verilib. Anar Mustafazadə ilə Şahid9 onun dərsində oturanda praktiki dərs idi, tapşırıqlar var idi, o, məsələləri həll etmək üçün kitaba baxmağa məcbur idi. Anar Mustafazadənin dərsində oturduğu sinif 10-cu sinif idi, vurma-bölmə idi, o, sagirdlərə məsələnin yolunu başa salıb, düsturları yazıb, vurmabölmədə uşaqlar səhv ediblər, o da dərsin vaxtını aparmaq istəməyib, məsələnin yolunu şagirdlərə izah edib, şagirdlərə məsələni evdə həll etməyi, məsələnin həllini isə növbəti dərsdə müzakirə edəcəkləri bildirib. X21 dövründə bir sinfin şagirdləri dəcəl olduğundan həmin sinfin rəhbərliyini ona veriblər, Məlahət müəllim və digər müəllimlər isə həmin sinfi götürməyib, sonra o, həmin sinifdə nizam-intizam yaradıb, daha sonra Məlahət müəllim ondan həmin sinifi tələb edib, o da sinfi qaytarmaqdan imtina edib. Həmin mübahisə bu səbəbdən yaranıb. 7-ci dərsdən neçə şagirdin qaçması, neçəsinin isə dərsdə qalması barədə Svetlana müəllimlə Nəriman müəllimin yazışmaları var. 7-ci saat olan 10 “A” sinfinə onun iqtisadiyyat dərsi var idi. Sinfə daxil olduqda şagirdlərin sinifdə olmadıqlarını görüb, 5 dəqiqə sinifdə oturduqdan sonra şagirdlərin gəlmələrini gözləyib, daha sonra sinifdən çıxaraq müəllimlər otağına gedib. Müəllimlər otağında olanda Şahid9 zəng edib, o isə zəngini açmayıb. Uşaqların dərsdən qaçdıqları məlum olub. Sonra yuxarı qalxdıqda həmin sinifdə oxuyan iki şagirdin Rəfiqə müəllimin sinfində oturub hazırlıq keçdiyini görüb. O da Rəfiqə müəllimdən niyə belə etdiyini soruşub. Svetlana müəllim ona sonradan sübut edə bilməyəcəyini bildirdiyindən o, sinfin telefonla videosunu çəkib. O, həqiqətən sinifdə şagird qalmadığını sübut etmək üçün sinfin videosunu çəkib. Çünki Rəfiqə müəllimin onun dərsində hazırlıq keçməyə ixtiyarı yox idi. Valideynin ərizəsini də məhkəməyə təqdim edib, həmin valideyn ondan heç bir şikayət etməyib. O, 159 şagirdə dərs keçib, 20 şagirdə deyil, 13 şagirdə 2 qiyməti yazıb, ən çoxu 11-ci sinifdə oxuyur. Onlar da adları jurnalda qeyd olunan, lakin il boyu dərslərə gəlməyən, dərslərini oxumayan şagirdlərdir. O, X15 qaydalarını bilir. O, vaxtı ilə ürəyinə görə əlillik alıb, müalicə olunub sağaldıqdan sonra əlillik ləğv olunub. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hər üç əmr qanunsuz və əsassızdır. Əmək müqaviləsinə xitam verilməsi barədə əmri təsdiq edən sənəd Anar Mustafazadənin dərs dinləməsi barədə Şahid9lə birlikdə rəyi, Cəsur Əhmədov adlı şagirdin məsələsi ilə bağlı məktub, texniki işçi Rəhimə Bağıyeva ilə bağlı tərtib olunmuş Kəmalə Mövsümovanın tərtib etdiyi sənəd, açıq dərsin keçirilməsindən imtina barədə dəlildir. Yəni əmək müqaviləsinə sırf bu faktlara görə xitam verilib. İddiaçı ərizələr, şikayətlər yazır, ondan sonra Bakı şəhər təhsil İdarəsindən Anar Mustafazadə adlı şəxs gələrək direktor müavini Şahid9lə birlikdə iddiaçının dərsində oturur. Həmin sənəddə yazılır ki, müəllim müvafiq kitabdan istifadə etmədi, dərs qeyri-qənaətbəxş keçirildi. Məktəb isə xitam əmrində yazır ki, Anar Mustafazadənin tərtib etdiyi aktdan görünür ki, coğrafiya müəllimi İddiaçı müvafiq bilik və bacarıqlara malik deyil. Bildirir ki, bir müəllimin öz peşəsində bilik və bacarıqlara malik olmaması Təhsil İdarəsindən gələn hər hansı bir şəxsin subyektiv fikri ilə əsaslandırıla bilməz. Məhkəməyə təqdim etdiyi diaqnostik qiymətləndirmənin nəticələri barədə Mehriban Vəliyevanın məktubunda iddiaçının diaqnostik qiymətləndirmədə 60 baldan 42 bal topladığı qeyd olunur, bu isə 70%-lik nəticədir. Yəni iddiaçı coğrafiya müəllimi kimi 70%-lik nəticə göstərib. Diaqnostik qiymətləndirmə isə Təhsil İdarəsi tərəfindən deyil, Təhsil Nazirliyi tərəfindən həyata keçirilir və iddiaçı 70%-lik nəticə göstərib. Müəllimi məhz Anar Mustafazadə adlı şəxsin bir rəyinə görə işdən çıxarmaq düzgün deyil. İddiaçını Təhsil Nazirliyi işdən çıxarmalı idi. Texniki işçi iddiaçının dərsinə daxil olaraq davamiyyəti yoxlayır, müəllim də deyir ki, zəhmət olmasa qapını örtün, dərsə mane olmayın. Bu sözünə görə iddiaçı işdən çıxarılır. Kəmalə Mövsümova 7-ci dərsə girdiyini, dərsdə uşaqların olmadığını gördüyünü, ona görə də, orada dərs keçməyə başladığını deyir. Aydındır ki, 7-ci dərsdə uşaqların dərsdən qaçıb getmə ehtimalı var. İddiaçı uşaqların dərsdə olmadığını görüb, bu barədə direktor müavini Şahid9 müraciət edib, Şahid9 isə direktorla aydınlaşdıracağını deyir. Bu məsələ iddiaçının işdən çıxarılmasına səbəb olub. Açıq dərs “Zəfər Günü” ilə bağlı keçirilməli idi, Zəfər Günü isə 8 noyabrda keçirilməli idi, iddiaçı isə oktyabr ayının 30-31 tarixindən işdən çıxarılmışdır. İddiaçıya “Zəfər Günü” ilə bağlı açıq dərsin keçirilməsinə məktəb özü imkan verməyib. Cavabdeh tərəf iddiaçının məktəb əleyhinə hansı sosial şəbəkədə paylaşım etməsi ilə bağlı bu vaxta qədər heç bir sübut təqdim etməyib. Cavabdeh tərəfin təqdim etdiyi aktda Amilə Vəliyeva, Şəmsiyyə Məmmədova, Sevinc İmanova noyabr ayının 1-də akt tərtib edərək “01 noyabr 2023-cü il tarixdə direktor sizi çağırır, işdən azad ediləcəyiniz barədə əmr sizə təqdim ediləcək” dedikdə, iddiaçı qəbul otağına getməkdən imtina edib. Bunu izahat verməkdən imtina etmək kimi qeyd ediblər. Lakin bu izahat verməkdən imtina etmək deyil, əslində bu aktda iddiaçı onun izahatının alınmadığını, ona bildiriş göndərilməsini və gəlib izahat verəcəyini deyir. Əmək Məcəlləsində qeyd olunur ki, pozuntu aşkar olunduqdan dərhal sonra işəgötürən işçidən yazılı izahat tələb etməlidir. Həmin tələbetmə iddiaçının telefonuna SMS-in göndərilməsi, “WhatsApp” proqramından mesajın, evinə məktubun göndərilməsi formasında da ola bilərdi. Bu işəgötürənin vəzifəsidir. İşçidən izahatın alınması işəgötürənin vəzifəsidir. İş materiallarında olan sübutlarda isə işçidən izahat alınması ilə bağlı bir dənə də olsun sübut yoxdur. Əmək Məcəlləsinin tələbinə görə işçi 70-ci maddənin “ç” bəndinə əsasən işdən çıxarılanda, Həmkarlar İttifaqından yazılı razılıq alınmalıdır. İş materiallarında olan Həmkarlar İttifaqının rəyində isə töhmət əmrində yazılanlara qiymət verilib. Yəni verilən təqdimatda və rəydə yazılanlar töhmət əmrinə əsaslanıb. Ona görə də, Əmək Müfəttişliyi də hesab etmişdir ki, iddiaçı qanunvericiliyin tələblərini pozmaqla işdən çıxarılıb. İşdən çıxarılma üçün 6 əsas olduğu halda, Həmkarlar İttifaqı bunlara münasibət bildirməyib, həmçinin Həmkarlar İttifaqına münasibət bildirməsi üçün təqdim olunmayıb. Hansısa səbəbdən 31 avqust 2023-cü il tarixdə bir sinifdən 3 nəfər şagirdin valideynləri məktəbə gələrək eyni mətnli ərizələr yazırlar. Həmkarlar İttifaqının sədri Valeh müəllim işdən çıxma əmrinə verdiyi rəyə töhmət əmrində qeyd olunan pozuntuları köçürüb. Həmkarlar İttifaqının rəyində yazılanlar Qanuni nümayəndə təqdimatında yazılanla eyni olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) Qanuni nümayəndə iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, o, 24 yanvar 2022-ci ildə 201 nömrəli tam orta məktəbə direktor təyin olunub. Məktəbə direktor təyin olunduqdan dərhal sonra məktəbin inkişaf planı həyata keçirilməyə başlayıb. İlk dəfə olaraq innovativ məktəb modeli yaranıb. Məktəbin inkişaf planında nəzərdə tutulan məsələlərdən ən önəmlisi şagird və uşaq hüquqlarının qorunması, şagirdmüəllim münasibətlərinin tənzimlənməsi, məktəbdə dəstəkləyici mühitin təşkil olunması, eyni zamanda tədris keyfiyyətinin yüksəldilməsi olub. O, direktor təyin olunan vaxt məktəb Təhsil Nazirliyinin Təhsilin keyfiyyəti təminatı agentliyi tərəfindən qiymətləndirilib və 2021ci oktyabr ayında məktəb bütün göstəricilər üzrə 2 qiyməti alıb. Xüsusilə də şagirdlərə təzyiq olunması, müəllim-şagird münasibətlərində ciddi problemlərin olması, həmçinin qiymətləndirmə və təhsil keyfiyyətinin çox aşağı olması sahəsində məktəb sıfır nəticə göstərib. Məktəbin inkişaf planında nəzərdə tutulan işləri həyata keçirmək üçün onlar məktəbdə müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, inkişafa gedən məktəbdə konfliktlərin qarşısının alınması üçün humanist pedoqogika prinsiplərinin tətbiq olunması kimi innovativ layihələr həyəta keçirməyə başlayıblar. O, məktəbi təhvil götürəndə araşdırma aparıb və məlum olub ki, məktəbdə dərs keçən 14 müəllim şagirdlərə psixoloji təzyiq göstərir, eyni zamanda müəllimlərin şagirdlərə və ətrafdakılara qarşı aqressiyası var. Onsuz da pandemiya dövrü olduğuna görə insanlarda aqressiya müşahidə olunurdu. Bunun qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçirdiblər. Onun gördüyü ən birinci iş məktəbdəki obyektivliyi, şəffaflığı təmin etmək üçün şagird, müəllim, valideynlərin dinlənilməsi, əlçatanlığın təmin olunmalı olması üçün otağının qarşısına şəffaf bir qutu qoymaq olub. Qutu məktub qutusu idi və istənilən şagird, müəllim, valideyn, hətta texniki işçi belə ora məktub ata bilərdi. Həmin məktubları şəxsən özü cavablandırırdı. Həmin qutuya daxil olan şikayətlərin əksəriyyəti müəllimlərin şagirdləri təhqir etməsi, müəllimlərin psixoloji təzyiq göstərməsi, şagird-müəllim münasibətlərinin pozulması ilə bağlı olub. Bunların içərisində ən çox adı hallanan müəllim İddiaçı olub. İddiaçı coğrafiya müəllimidir. 14 müəllimi müşahidəyə götürəndə onlar sadəcə müşahidə etməklə kifayətlənməyiblər, onların problemlərini aradan qaldırmaq üçün peşəkar inkişafa cəlb ediblər. Lakin İddiaçı həm peşəkar bacarıqlarında, xüsusilə də dinləyib-anlamaq bacarıqlarında ciddi problem var idi. Məktəbdə sadəcə İddiaçı deyil, bir neçə müəllimdə bu problem olduğuna görə onlar hətta təlim kursları təşkil ediblər. Lakin İddiaçı onlardan nəticə çıxarmayıb. İlk şikayət daxil olanda araşdırıblar ki, məsələnin kökündə şagirdlərin ayrı-seçkiliyə və diskriminasiyaya məruz qalması, İddiaçı sinif rəhbəri olduğu 9 “D” sinfindən 2021-2022-ci il tədris ili üçün ciddi şikayət daxil olub. Uşaqlar İddiaçı psixoloji zorakılıq etməyindən, onları sevməməyindən, dərsdə ayrı-seçkilik edərək qiymət yazmasından ciddi şikayətlər ediblər. O, bu məsələni araşdırmaq üçün direktor müavinlərinə təlimat verib. Direktor müavinlərinin təqdimatları var. İlk təqdimat ona gəldikdə, həmin təqdimatlardan nəticə çıxarıblar ki, müəllimlə işləmək lazımdır. İddiaçı şəxsən özünü dəvət edib və 2022-ci ilin aprel ayında müəllimlə söhbət olub. Onun dərs dediyi sinifdə qız şagird var idi və o şagirdin qiymətləndirilməsində, eyni zamanda sinifdəki mühitdə ciddi problemlər şagirdin psixoloji sağlamlığına təsir etmişdir. Valideyn ona şikayət ərizəsi ilə müraciət edib ki, müəllim sinifdə qızına qarşı ciddi təzyiq göstərib. O, İddiaçı ilə söhbət edib, etik olaraq müəllim qürurunu qırmamaq şərti ilə, mesajlar verərək mesajlar ötürməyə çalışıb ki, uşaqlarla doğru davranmaq lazımdır. Amma çox təəssüf ki, bir həftədən sonra eyni valideyn təkrar onun yanına şikayətə gəlib ki, müəllimin münasibətini dəyişəcəyinə söz versə də, müəllimin münasibətini dəyişmədiyini, əksinə uşağının sinifdə ciddi ayrı-seçkiliyə məruz qaldığını bildirib, bununla bağlı ciddi tədbir görülməsini xahiş edib, tədbir görülməyəcəyi halda uşağını məktəbdən çıxaracağını bildirib. İddiaçı davranış tərzi dəyişmədiyinə görə o, növbəti xəbərdarlığı edib, lakin o, humanistik göstərib, bütün bu xəbərdarlıqlar şifahi olub. Daha sonra valideyn uşağını məktəbdən çıxarıb. Bundan sonra yenə də humanist davranaraq İddiaçı təlimlərə cəlb edib, həmin təlimləri şəxsən o, özü aparırdı. Təlimlər keçiriləndən sonra təlimin nəticələrini dəyərləndirirdi. Bütün dərs müşahidələri göstərib ki, müəllim keçirilmiş təlimlərdən heç bir nəticə qazanmayıb. Çünki müəllimin oxuyub-anlama, dinləyib-anlama, ünsiyyət bacarıqlarında ciddi problemlər var. Müəllimin insani xüsusiyyətlərində, şəxsiyyətlər arası ünsiyyətin qurulmasında aqressiya müşahidə olunur və bu sinifdə xüsusi ilə müşahidə olunur. 2022-2023-cü il tədris ilində İddiaçı dərs dediyi siniflərdən ciddi şikayətlər daxil olub. Şagirdlər müəllimin sinifdə söyüş söyməsi, onları təhqir etməsi ilə bağlı ciddi şikayətlər ediblər. Həmçinin, şagirdlərin yazılı ərizələrində tamamilə aşkar şəkildə yazılır ki, İddiaçı dərs keçmək əvəzinə əlinə kitab alaraq tapşırıqlar verir, yaxud şagirdlərə dərsi kitabdan oxumasını tapşırır, yəni bilavasitə öz funksiyalarını yerinə yetirmir. Müəllimin əmək funksiyalarında birbaşa onun üçün qoyulan tələblər var. Müəllim dövlət qarşısında öz borcunu yerinə yetirməlidir, çünki 2010-cu ildə qəbul olunmuş dövlət proqramları, standartları və kurikulumlarının tələbləri müəllimin fənn proqramları və kurikulumların təlim nəticələrinin reallaşdırmağını tələb edir. Amma İddiaçı dərs dediyi siniflərdə bu təlimlərin nəticələri reallaşdırılmırdı. Bununla bağlı direktor müavini Şahid9 və Şahid10 ciddi təqdimatları və xidməti məlumatları var ki, İddiaçı nə sinif rəhbəri, nə müəllim kimi əmək funksiyalarını düzgün icra etmir. 20 nəfər şagirdin iki qiyməti alması sadəcə bir epizoddur. 2021-2022-ci il tədris ilində İddiaçı məktəbdəki nəticəsi yalnız coğrafiya müəllimlərinin deyil, bütün digər müəllimlərin təlim nəticələrindən aşağı nəticə göstərib. Əgər sovet dövründə ümumi 4, 5 qiyməti alan şagirdlərin qiymətləri hesablanırsa, hal-hazırda fənn kurikulumları tətbiq olunduğuna görə onlar şagirdlərin təlim keyfiyyətini onların standartları necə həyata keçirmələri ilə ölçürlər. İddiaçı dərs keçdiyi siniflərdə standartların həyata keçirilməsi 0-10% arası təşkil edir. Bu təlimin yetməzliyi və müəllimin əmək funksiyalarını yerinə yetirməməsi deməkdir. Çünki müəllimin birinci vəzifəsi dövlət proqramlarını reallaşdırmaqdır. İddiaçı sinfinin alındığı üçün ondan şikayət edib. 2021- 2022-ci tədris ilində 9 “B” sinfindən ciddi şikayətlər daxil olub, şagirdlər İddiaçı istəmədiklərini, müəllimin sinifdə aqresiya etdiyinə, söyüş söydüyünə görə kənarlaşdırılmasını xahiş ediblər. 2022-2023-cü tədris ilində şagirdlər şikayət etdiyinə görə İddiaçı dərs saatlarını azaldıb. Eyni zamanda ötən tədris ilinin təlim nəticələrinə görə İddiaçı məktəbdə rekord mənfi, yəni cəmi 17% nəticə göstərib. İddiaçı dərs keçdiyi şagirdlərə yay tapşırıqları verməyib. Çünki 2 qiyməti alan şagirdlərlə bağlı həm Bakı şəhər Təhsil İdarəsinin, eyni zamanda Elm və Təhsil Nazirliyinin xüsusi tapşırığı var ki, müəlllim 2 qiyməti yazdığı şagirdlərə cavabdehdir və hesabatlılıq daşıyır. Şagird 2 qiyməti alıbsa, niyə alıb, onunla bağlı hansı tədbirlər görülüb və müəllim 2 qiyməti alan şagirdlərə yay tapşırığı verməlidir. İddiaçı dəfələrlə tövsiyyə olunmasına, təlimlərə cəlb olunmasına, şifahi, yazılı xəbərdarlıq, əmək funksiyalarının icra olunmamasına görə töhmət verilməsinə baxmayaraq, öz əmək funksiyalarında doğru nəticələr göstərməyib. İddiaçı dərsi sadəcə bir dəfə dinlənilməyib, sonuncu dəfə İddiaçı dərsi Anar müəllim tərəfindən dinlənilib. Anar müəllim Bakı Şəhər Təhsil İdarəsinin kadrı deyil, Təhsil Keyfiyyətinin qiymətləndirilməsi şöbəsinin müdiridir. Anar müəllim Bakı şəhər Təhsil İdarəsinin tabeliyində olan müəlliminin və məktəbinin təhsil keyfiyyətini qiymətləndirən şəxsdir. Anar müəllimin İddiaçı dərsini 0 balla qiymətləndirməsi də təsadüfi deyil. Çünki onlar dəfələrlə İddiaçı dərsində oturublar, dərsdə keyfiyyət yoxdur. Bütün müəllimlərin 18 saat dərs yükünün olması normaldır. Əgər müəllim 22 saat dərs yükünün azalaraq 20 saat dərs yükü olduğuna görə şikayət edirsə, o sadəcə onun səriştəsizliyi ilə bağlıdır deyə, tam ştat dərs yükünün olduğu, dərslə təmin olunduğu halda, əmək funksiyalarını icra etmədiyinə, şagird şikayətinə görə dərs yükü 2 saat azaldığına görə məktəbi günahlandırmaq, məktəbin ünvanına böhtan atmaq, direktoru qərəzçilikdə günahlandırmaq, məktəbin və direktorun nüfuzuna xələl gətirmək xoşagələn hadisə deyil. İddiaçının hərəkətləri nəticəsində məktəbin nüfuzuna xələl gəlib, müəllimin aqressiv davranışları məktəbdən şagirdlərin valideynləri tərəfindən kənarlaşmasına, məktəbdə ciddi problemlərin yaranmasına səbəb olub, şagird psixologiyası ciddi zədələnib. Ən əsası həmin sinifdə şagirdlərin təzyiqə, bullinqə məruz qalması ilə bağlı psixoloqlar da ətraflı məlumatlar verəcək. İddiaçı 2023-cü ilin iyun ayının 6-da bir neçə rəsmi qruma onun və məktəb barəsində xoşagəlməz və böhtan yazılar yazıb. Şikayət ərizələrinə baxdıqda İddiaçı ona və məktəbə qarşı olan etik davranış qaydaları hansı səviyyədə olduğunu görmək olar. O, direktor olduğu iki il müddətində İddiaçı ondan güldən ağır bir söz eşitməyib, bütün aqressiyalarına, hörmətsizliyinə, ondan yazdığı şikayət ərizələrinə baxmayaraq 2023-cü ilin iyun ayının 6-da o, İddiaçı şəxsən qəbul edib və sabah dərsinə gələcəyini, lakin bunun dostyana olacağını, peşəkar fəaliyyətindən iki il keçdiyini, ondan şikayətlər olduğunu, lakin dərsə tək gələcəyini, protokollaşdırmayacağını və dərsdən sonra hansı problemlərin olduğunu müzakirə edəcəklərini, həmin sahələr üzərində işləyəcəklərini bildirib. Çünki o, müəllimlərin mentorudur, onlara öyrədir, sonra isə tələb edir. İddiaçı isə iyunun 6-da 5 rəsmi quruma, Nizami Rayon İcra Hakimiyyətinə, Elm və Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsinə və s. orqanlara onun barəsində böhtan xarakterli məlumatlar yazır və direktoru ona qarşı qərəzlilikdə ittiham edir. O, iyun ayının 7-də İddiaçı dərsinə tək girib, dərsi dinləyib və həmin dərsdə sadəcə heç nə görmədiyinə görə dərsin qiymətləndirilməsi vərəqində “müəllimin ağ köynəyi və qara yubkası var” qeydini yazıb, dərsdə yaxşı heç nə tapmayıb. Müəllimə aid hansısa normativlər yerinə yetirilməyib, həyata keçirəcəyi standartla bağlı uşaqlara sual verib, bir sinifdən sadəcə 3-4 nəfər şagird əl qaldıraraq standartın mahiyyətini anlayıb. Bilik və bacarıqlar reallaşdırılmayıb. Müəllim nüfuzuna xələl gətirməmək üçün sadəcə sinifdən çıxıb, İddiaçı özünə də heç nə deməyib. İddiaçı isə onun dərsindən razı qaldığını təsəvvür edib və bütün məktəbə də bunu deyib. İyun ayının 8-i günü İddiaçı qəbul edib, dərsində müəyyən problemlərin olduğunu, onların üzərində düşünməyi və düzəltmək lazım olduğunu bildirib. Amma sonunda barəsində böhtandan və şərdən başqa bir şey görməyib. Daha sonra sosial şəbəkələrdə məlumatlar paylaşma, prokurorluğa müraciət etmələr, saxta sənədlərin hazırlanması, məktəbə qarşı böhtan və qarayaxma kompaniyası yaranmağa başlayıb. 2 il bundan əvvəl bu qədər aqressiv müəllimlər olmasına baxmayaraq, dekabr ayının 12-də ölkədə ilk dəfə ümumtəhsil məktəbinin akreditasiyası həyata keçirilib, müəllim-şagird münasibətlərinə görə əvvəlcə 2 qiyməti alan 201 saylı tam orta məktəb 4 qiyməti alıb. Çünki məktəbdə şagirdi təzyiqə məruz qoyan müəllimlər artıq yoxdur. Dəyişiklik gedən məktəbdə konfliktlərin yaranması gözləniləndir. Bütün bunların qarşısını almaq üçün müəllimlərin təlim nəticələri açıq və obyektiv şəkildə pedoqoji şurada müzakirə olunur. Orada hamının konkret standartlar üzrə nəticələri ekrana verilir, 2 ildir ki, bu proses belədir. Hər pedoqoji şurada məktəbdə yaranan problemlər müzakirə olunur. Sovet təfəkkürü ilə işləyən müəllimlər elə başa düşürlər ki, şagird oxusa 5, oxumasa 2 qiyməti yazılmalıdır. Lakin 2009-cu ildə qiymətləndirmə konsepsiyası qəbul olunub. Qiymətləndirmə konsepsiyasının tələblərinə görə şagirdlər 4 səviyyə üzrə qiymətləndirilirlər. 1-ci səviyyə 20, ən yüksək səviyyə 20, orta səviyyələr 30, 30 olmaqla bölünür. Əgər onlar hansısa şagirdə 2 qiyməti yazırlarsa, 2008ci ildən fənn kurikulumları tətbiq olunandan onun məsuliyyət daşıyırlar. Çünki yarım ildə və ya ilin sonunda müəllim hesabat verir. Əgər sinifdə aşağı nəticə göstərən şagirdlərin faizi 20%-dən artıqdırsa, müəllim cavabdehlik daşıyır. Kiçik summativ qiymətləndirmələr buna görə aparılır. Böyük summativ qiymətləndirmə 1-ci və 2-ci yarımil, kiçik summativ qiymətləndirmələr isə dörd həftədən bir aparılır. Müəllimin vəzifə borcudur ki, kiçik summativləri həyata keçirərək şagirdin iki qiyməti alacağı məqamları müəyyənləşdirsin və növbəti qiymətləndirməyə qədər o problemləri aradan qaldırsın. Şagird 1-ci böyük summativdə artıq iki qiyməti alırsa və kiçik summativlərdə də eyni nəticə özünü göstərirsə, müəllim heç bir addım atmırsa, proqramda dəyişiklik etmirsə, şagirdin fərdi inkişafı ilə məşğul olmursa, birinci böyük summativin sonunda hesabat verəndə qırmızılar görünür. Bir müəllimin peşəkar inkişafı dəstəklənən məktəbdə müəllimin həyata keçirdiyi keyfiyyəti mütləq izlənilir. 2021-2022-ci tədris ilində müəllimlərin qiymətləndirilməsində keyfiyyət 23%-dir. Böyük summativ qiymətləndirmədə artıq müəllim şagirdlə birlikdə hesabat verir, faizlər hesablanır və ilin sonunda da dəyişkənlik müşahidə olmursa, bu artıq müəllimin şagirdlərlə bağlı heç nə etmədiyini göstərir. Bu gün Elm və təhsil nazirliyi, təhsil idarəsi 2 qiyməti alan bir şagirdlə bağlı ondan hesabat alır ki, o şagirdlə bağlı müəllim və məktəb hansı iş görüb. Həmçinin, qeyd edir ki, şagirdlərin şikayət ərizələri var. Psixoloqlar da həmin siniflərdə müşahidələr aparıblar. O, psixoloqlardan xahiş edib ki, qərar verməmək üçün pedoqoji şura vasitəsi ilə müəllimlərə xəbərdarlıq olunması və fəaliyyətinin izlənilməsi ilə bağlı əmr hazırlayıblar. Həmin əmrə əsasən müəllimlər və psixoloqlar İddiaçı fəaliyyətini monitorinq ediblər. Obyektivliyi qorumaq üçün o, ancaq bir sinifdə İddiaçı dərsini izləməmələrini tapşırıb. İddiaçı zəif dediyi sinfi bir neçə müəllimin dərsində izləmələrini tapşırıb. Bununla bağlı pedoqoqların və psixoloqların rəyləri var ki, İddiaçı sinfində 2 qiyməti alan, süst olan şagirdlər digər müəllimlərin dərsində ən yüksək dərəcədə aktivlik və təlim nəticələri nümayiş etdiriblər. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsil alanların, valideynlərin və cəmiyyətin nümunəsinə çevrilməlidir. Şagirdlər ona şikayət edəndə bir durum var idi, həmçinin şikayət ərizələrində də var. İddiaçı bir şagirdə “sənin dilini boynunun ardından çıxardaram” deyib. Bu artıq insana yaraşan bir söz deyil. Bu şagirdə birbaşa təhdiddir. Ona görə də, şagird o sinfə dərsə girmək istəmədiyini, İddiaçı görmək istəmədiyini bildirib. Həmçinin, 7-ci dərsdə İddiaçı dərsə girməyib, şagirdlər azərbaycan dili və ədəbiyyat müəllimi Rəfiqə müəllimin yanına gedərək İddiaçı dərsə gəlmədiyini, onlarla məşğul olmalarını xahiş ediblər. Daha sonra Rəfiqə müəllim şagirdlərlə məşğul olmağa başlayıb. Bu zaman İddiaçı əlində telefon sinfə girib, çəkiliş aparıb və şagirdləri onun dərsinə deyil, Rəfiqə müəllimin dərsinə girdiklərinə görə təhdid edib. Əlavə olaraq bildirir ki, şagird Əlinin valideyni birinci dəfə İddiaçı davranışları ilə, müəllimin dəyişdirilməsi ilə bağlı, ikinci dəfə isə Əlinin qiymətinin düzəldilməsi ilə bağlı şikayət ərizələri yazıb. Heç bir müəllimin ixtiyarı yoxdur ki, dövlət sənədi olan jurnalda düzəliş etsin. Eyni zamanda məktəb daxili qiymətləndirmə ilə bağlı konsepsiyaya görə müəllimin ixtiyarı yoxdur ki, ümumi qiymət çıxarılarkən ballarla oynasın, qiymətlər olduğu kimi hesablanıb yazılmalıdır. Məsələnin də ciddiliyi ondadır ki, qiymətlər təqdim olunan kimi onlar qiymətləri sistemə vururlar, sistemə iki qiyməti vurub. Məsələ araşdırılarkən iddiaçının qiymətləri düzgün hesablamadığı məlum olub. Lakin DİM onlara müəllimin səhvi barədə izahat yazmağa da imkan verməyib, ona görə də, qiyməti düzəldə bilmirlər. Sistemdən çıxarış edəndə onlar bilə-bilə ki, qiymət səhv yazılıb, qiymət sistemə vurulduğundan onlar attestat qiymətini dəyişdirə bilməyiblər. Bu gün şagird, valideyni, sinif rəhbəri də müraciət etdiyinə görə onlar Bakı şəhəri üzrə Təhsil İdarəsinə, Elm və Təhsil Nazirliyinə müraciət ediblər, hal-hazırda qiymətin düzəldilməsi və attestatın verilməsi ilə bağlı proses gedir. Bütün qərarların arxasında Pedoqoji Şuranın, psixoloqların və həmkarlar İttifaqının sədrinin rəyi dayanıb. Məktəbdə konfliktlər yarandığından o, ikinci psixoloqun işə götürülməsini istəyib. İddiaçı töhmət və şiddətli töhmət əmri verilən müddət arasında tapşırıqları, əmək funksiyalarını yerinə yetirməyib. Verilən bütün əmrlərə ardıcıllıqla baxdıqda da, əmrlərin eyni məsələ barədə verilmədiyini görmək mümkündür. Onlar sadəcə əmrlərdə məzmun göstəriblər ki, müəyyən vaxtda müəyyən hərəkəti ediblər, yəni tövsiyyə, şifahi xəbərdarlıq ediblər. İddiaçı əməllərini düzəltməyib, sonra artıq töhmət veriblər, yenə də nəticə olmadığından daha sonra şiddətli töhmət veriblər. Lakin yenə də, iddiaçı bundan nəticə çıxarmayıb. Hamısında fərqli-fərqli məqamlar var, onların hamsının xəbərdarlıqları, akt sənədləri var. Valideynin ərizəsi, həmin ərizə ilə bağlı direktor müavini Şahid10 təqdimatı var. Şahid1 və İddiaçı məktəbə qarşı saxta sənədlər hazırlayıblar. Müəllimlər də şagirdlərə, valideynlərinə təzyiq etməklə kənarda ərizələr qəbul edir, məktəbə qarşı belə bir fikir formalaşdırmağa çalışırdılar. Məktəbə daxil olan bütün sənədlər mütləq tərəfindən dərkənar və qeydiyyat tarixi qoymaqla möhürlənir. Əgər bunlar yoxdursa, o sənəd qeyri-rəsmidir. 2021-2022-ci tədris ilində Türkan adlı şagirdin valideynin şikayət ərizəsi var. 14 sentyabr 2023-cü il tarixli əmrin tərtib olunmasına səbəb iddiaçı tərəfindən şagirdlərə yay tapşırığının verilməməsi olmuşdur. Təhsil Nazirliyinin şagirdlərin sinifdən-sinifə keçirilməsi, qiymətləndirilməsi və yay tapşırıqlarının verilməsi ilə bağlı təlimatı var. Həmin təlimata əsasən müəllim üç surət sənəd hazırlayıb verməli, şagirdin nəyə görə 2 qiyməti aldığını və bununla bağlı hansı işləri həyata keçirdiyini göstəməlidir. 14 müəllim islah olub, öz hərəkətlərində və fəaliyyətində düzəliş ediblər, onlardan son iki nəfər, Şahid1 və İddiaçı öz əmək fəaliyyətlərində bunu həyata keçirmədiklərinə görə barələrində xitam əmri verilib. Yanvar ayının 24-də direktor təyin olunandan sonra yanvarın 25-də otağının qarşısında qutu var idi. Həmin qutudan çıxan məktubları o, şəxsən oxuyurdu, psixoloqlarla birlikdə həll etməyə çalışırdı. Bu proses bu günə qədər mütəmadi olaraq davam edir. Məktəbdə hər gün müəllim-şagird davranışı monitorinq olunur. Zəif nəticə göstərən digər müəllimlərin dərs saatları azaldıldı. Lakin həmin müəllimlər əmək fəaliyyətlərində düzəliş edirlər, peşəkar inkişafdadırlar. Dərslərin bölünməsi fənn-birləşmə rəhbərləri, eyni zamanda direktor müavinləri tərəfindən tərtib olunur və onları təsdiqləyirlər. Müəllimlərin əmək fəaliyyətinə xitam verilməsi, müəllimlər barəsində ölçü götürülməsi yalnız pedoqoji şura vasitəsi ilə qəbul olunur. Müəllimlərlə bağlı qərarları pedoqoji şura verir. Əgər müəllim şagirdlərə 2 qiyməti yazıbsa, o həmin şagirdlərə yay tapşırığı verilib və həmin şagirdlər inkişaf edərək yenidən qiymətləndiriliblər. Afaq Hüseynova isə ona görə ciddi cəzalandırılıb ki, şagirdlərə 2 qiymətlərini yazıb, lakin şagirdlərlə bağlı heç nə etməyib. Afaq Hüseynova dərsi təşkil etmədiyinə görə şagirdlər dərsdən yayınır, şagirdin dərsə gəlmədiyini bildirir. Çünki dərs müəllim tərəfindən təşkil olunur. İddiaçı barəsində şagirdlərin şikayət ərizələri və psixoloq rəyləri var. Şagirdlər kütləvi şəkildə onun otağına şikayətə gəlirlər. O da psixoloqlar, direktor müavinləri birlikdə şagirdləri qəbul edir. Birmənalı olaraq psixoloqlar şagirdlərlə fərdi şəkildə söhbətlər aparıblar. Şagirdlər onlara şikayət edəndən sonra valideynləri onlara məlumat veriblər ki, İddiaçı və Şahid1 ailələrə zəng edərək valideynlərə uşaqları barəsində məlumat vermiş və izahatlarını almışlar. Qərar verən o deyil, pedoqoji şuradır. Kiçik məsələlər isə direktoryanı müşavirədə mütləq direktor müavinlərinin, psixoloqların, müvafiq şikayət edən valideynin iştirakı ilə aparılır, şura qərar verir. O, 20 ildən artıqdır ki, təhsil idarəçisidir. Əvvəllər də Təhsil İnstitutunda işləyib. Özü direktor və müəllim hazırlamaqda peşəkarlıq səviyyəsinə malikdir. Çünki 5 ilə yaxın Təhsil problemləri İnstitutunda əlavə kurikulumun təhsili şöbəsinə rəhbərlik edib. Uzun illər idarəçilik təcrübəsi ona göstərirdi ki, bir məktəb qəbul edilirsə, onu əvvəlcə ciddi qiymətləndirmək lazım idi. Təhsildə keyfiyyat agentliyi artıq vəziyyəti qiymətləndirib. O, məktəbi 9 ay qəbul etməyib. Çünki məktəbin təsərrüfat hesablarında və aktivlərində ciddi pozuntuların olduğunu bilirdi. Təhvil-təslim prosesi həyata keçirilməli idi. O, pandemiya dövrü zəiflədikdən 9 ay sonra inventarizasiyanı həyata keçirib. İnventarizasiyanı həyata keçirdikdə, məktəbdə 70000 manat yeyinti aşkarlayıb və Təhsil İdarəsinin daxili nəzarət şöbəsinə bu barədə məlumat verib. Çünki tabelikdə çalışdıqları orqan olduqları üçün, məktəbin mühasibatlığı olmadığı üçün ancaq Təhsil İdarəsinin daxili nəzarət şöbəsinə məlumat verə bilərdi. Amma bu müddət ərzində məktəbin direktor müavini, iddiaçı ilə eyni xarakterə malik, şagirdlərə və müəllimlərə psixoloji zorakılıq edən, əmək funksiyalarını yerinə yetirməyən Şahid1 ətrafında özü kimi bir neçə kadr toplayaraq məktəbə qarayaxma kompaniyası həyata keçirməyə başlayıb. Həmin qarayaxma kompaniyasının ən aktiv nümunələrindən biri də İddiaçıdır. İddiaçı bu günə qədər ondan hər hansı bir pis münasibət görməsə də, güldən ağır söz eşitməsə də, iyun ayının 6-dan ona qarşı böhtanlara başlayıb. Ondan əvvəl də İddiaçı dərs saatlarının azalması ilə bağlı ondan Təhsil İdarəsinə şikayətləri var idi. Sentyabr ayından başlayaraq kütləvi olaraq sosial şəbəkələr vasitəsi ilə onun və məktəbin barəsində xoşagəlməyən informasiyalar yaymağa başlayıblar. Onlar məktəbdə 70000 manat yeyinti olduğunu, bunun onun məsuliyyətində olduğunu, yola verdiyini, məktəbdə 10000 manat yeyinti olduğunu, məktəbdə yalan qiymət yazılan uşaqların olduğunu hallandırırdılar. Bu günə qədər İddiaçı ölkədə olan bütün qurumlara haqqında şikayət yazın və həmin şikayətlərin da hamısı böhtanlardır. İlk xəbərdarlıq onun direktor təyin olunduğu ilin, yəni 2022-ci ilin mart, aprel aylarında olub. O, həmin vaxt İddiaçı ilə uşaqlara zorakılıq etməməsi üçün danışıb və ona xəbərdarlıq edib. Dioqnostik qiymətləndirmədə İddiaçı ən zəif nəticə pedoqogika bilgilərində olub. Müəllimlərin oxuyub-anlama, dinləyib-anlama bacarıqları halhazırda sertifikasiyada yoxlanılır. Dioqnostik qiymətləndirmədə isə 40 sual ixtisas bilgiləri ilə bağlı, 20 sual metodika, informatika və məntiqlə bağlı olmuşdur. İddiaçı metodiki bilgiləri ya 7, ya da 10 bal olmuşdur, müasir metodikaya ümumiyyətlə yaxın gəlmir. Onlar məktəbdə monitorinq aparanda əvvəlcə şagirdlərin oxuyub-anlamasını yoxlayıblar və göstəricilərin çox aşağı olduğunu görüblər. X32 Hüseynovanın dərsini qiymətləndirməmişdən əvvəl komissiya onun fəaliyyətini artıq qiymətləndirib. May ayında pedoqoji şura İddiaçı fəaliyyətini qiymətləndirmək barədə qərar verib. 16 iyun 2023-cü il tarixdə İddiaçı işə gəlməyib, ondan işə gəlməməyinin səbəbini soruşduqda o, işə gəlmədiyini, ancaq imza çəkdiyini bildirib. İddiaçı işə gəlmədiyi gün o, tabeli götürərək qırmızılayıb və tabeli götürüb. Məktəbin inkişafı ilə bağlı onlar da hesabat verirlər. İddiaçı xəbərdarlıq olunub, iddiaçının yol verdiyi nöqsanlarla bağlı ona müşavirədən çıxarışlar, şagirdlərin ərizələri, müavinlərin və psixoloqların rəyləri, valideynin münasibəti, ərizəsi təqdim edilib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin nümayəndəsi və vəkili Vəkil1 etirazın dəlillərini müdafiə edib, iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, şagird iki qiyməti alırsa, payız tapşırığı verilməli idi. Həmin tapşırıq üç nüsxədə tərtib olunur, bir nüsxəsi sinif rəhbərində, bir nüsxəsi valideyndə olur. Hadisə iyun ayında olub, ərizə isə sonradan notariat qaydada yazılıb. Çox güman ki, iddiaçı şagirdin valideyninə sonradan zor tətbiq edərək notariat qaydada ərizə yazdırıb. İddiaçının bu gün məhkəmə iclasında hərəkətləri bir daha onu göstərir ki, o, təmkinli müəllim deyil, uşaqlara qarşı da belə münasibət göstərib. İddiaçı ikinci qrup əlildir və bu barədə arayış da var. Yəni iddiaçının əsəbləri, səhhəti yerində deyil. İddiaçı eyni əmələ görə deyil, etdiyi əməli davam etdirdiyinə görə barəsində müvafiq əmrlər verilib. İşçinin bütün əməlləri əmrdə etik davranış qaydaları pozulmaqla və ya əmək funksiyalarının yerinə yetirilməməsi formasında ümumiləşdirilərək yazılıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, iddiaçının barəsində eyni məsələ ilə bağlı iki dəfə töhmət verilib. Araşdırma zamanı məlum olub ki, əmrlərin məzmunundan da göründüyü kimi eyni məsələ ilə bağlı iki dəfə qərar qəbul olunub. Qanunvericiliyin məzmunundan da görünür ki, 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılarkən, yaxud da intizam tənbehi verilərkən o əsaslandırılmış olmalı, eyni zamanda da hər bir məsələ ilə bağlı izahat alınmalıdır. Əsaslandırma isə ümumi sözləri nəzərdə tutmamalı, sadəcə olaraq konkret faktlar, intizam tənbehinə səbəb olan hansısa hadisə, əməldən ibarət olmalıdır. İntizam tənbehi özü əməldir, əməl özü birbaşa nədən ibarət olur, o da göstərilməlidir. İntizam icraatına başlamanın səbəbi şagirdin və ya valideynin ərizəsi olub. İntizam icraatı əsasında müəyyən olunub ki, tutaq ki müəyyən vaxtda müəyyən gündə İddiaçı şagirdə hansısa pis söz deyib, davranış göstərib. Bu davranışa görə tutaq ki, İddiaçı töhmət verilib. Bu fakt konkret göstərilməlidir. Əmrlərdə isə ümumi sözlər yazılıb, fərdiləşdirilməyib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, əmrlər qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin normalarına tam əməl olunub. İddiaçı töhmət və şiddətli töhmət əmrlərindən nəticə çıxarmayıb, xəbərdarlıqda və əmrlərdə qeyd edilən hərəkətlərinə davam edib. İddiaçıya edilmiş birinci xəbərdarlıq 2021-2022-ci tədris ili ilə bağlı olub. Hazırkı məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsində işləyir. O, Bakı Dövlət Universitetinin psixologiya fakültəsini bitirib, ilk iş yeri 201 saylı tam orta məktəb olub və 6 ildir ki, işləyir. Onların verdikləri rəy ondan ibarət idi ki, müəllim-şagird münasibətlərində emosional bağlılıq pozulub. Bu şagird şikayətlərindən də görünür. 6 “A” sinifinin şagirdləri İddiaçı şikayət ediblər, onlar da iddiaçının dərsində oturublar. Şagirdlərin şikayətlərinin səbəbi “bullinqə”, yəni sözlə şiddətə məruz qalmaları olub. Həmin sinfin şagirdlərinin 90 faizi öz ərizələrində dərsi bilməyəndə İddiaçı onları təhqir etdiyini, heyvana bənzədən kobud sözlərdən istifadə etdiyini bildiriblər. Onlar 6 “A” sinifində İddiaçı dərsində olublar, sinifdə 3 şagird iş aparırdı, İddiaçı hətta özü dərsdə deyib ki, şagirdlərin kitabları, dəftərləri yoxdur, şagirdlər öz bildiklərini edirdi. Sonra daha çox obyektivlik olması üçün onlar eyni sinifdə Günel Qocayevanın və Şahid5 dərsində olublar. Həmin sinifdə digər müəllimlərin dərsində başqa abu-hava var idi. İddiaçı dərs dediyi başqa siniflərdə, 9 “A”, 9 “D”, 10 “Ç” siniflərdə də müşahidələr aparıblar. Sinifdə oxuyan şagirdlərdən beş nəfəri demək olar ki, dərsdə iştirak edib. Belə konfiliktlər olub və həll edilib. Konfiliktlər müəllimlə olanda, elə müəllimlə də həll edirlər. Bir dəfə aprel ayında konfilikt olub, onlar hətta tam obyektiv, qərəzsiz qərar qəbul etmək üçün müstəqil ekspert Asəf Kərimovu məktəbə dəvət ediblər. Məktəbdə 14 aqressiv müəllim var idi. Demək olar ki, 10 müəllim artıq fəaliyyətində dönüş edib. Müşahidələrinə əsasən deyə bilər ki, İddiaçı emosional müəllimdir, onda bir az səbrsizlik, aqressiya müşahidə olunur. Şikayət qutusu yerləşdirməyin müsbət tərəfləri ondan ibarətdir ki, şagird həmin qutuya şikayət məktubu atanda heç bir təzyiqə məruz qalmadığını, tam anonimliyin qorunduğunu bilir və inanaraq məktub atır. Elə şagird var adını qeyd edir, eləsi isə qeyd etmir. Sonradan onlar həmin şikayətləri müzakirə edir və həll etməyə çalışırlar. İddiaçı dərs dediyi bütün siniflərdə müəllim-şagird münasibətlərində emosional bağlılıq pozulub. Qanuni nümayəndə məktəbə direktor təyin olunana qədər də problemlər olub, lakin həll olunan problemlər olub. Qanuni nümayəndə məktəbə direktor təyin olunandan sonra iş otağının qarşısına məktub qutusu qoyub, uşaqlar şikayətlərini, iradlarını həmin qutuya atırlar. Şagirdlər həmin şikayətləri öz xətti ilə yazıblar. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, direktor müavini işlədiyi dövrdə üç coğrafiya müəllimi olub, son ildə agentlik onların məktəbin keyfiyyətini yoxlayaraq iki qiyməti verib. Guya məktəbin illərdir ki, keyfiyyəti iki balla qiymətləndirildiyi üçün Qanuni nümayəndə məktəbə göndəriblər ki, məktəbdə təhsilin keyfiyyətini yüksəltsin. Onun şikayəti əsasında cinayət işi açılıb. Onun danışdıqları cinayət işində də araşdırılır. İddiaçı keyfiyyətsiz bir müəllim kimi təqdim olunur, lakin iddiaçının iki qiyməti yazdığı 20 uşaqdan 13-14 nəfəri illərdir məktəbə gəlməyən uşaqlardır. Əgər uşaq məktəbdə olmursa, müəllim ona necə dərs öyrədə bilər. İddiaçı 20 uşağa iki qiymət yazdığı üçün ona töhmət verilir və keyfiyyətsiz müəllim olduğu deyilir. İddiaçının iki yazdığı uşaqlara qiymət yazan digər müəllimlər barəsində hazırda korrupsiyada araşdırma gedir. Bu yalnız 11 “A” sinfinin nümunəsidir. O, özü monitorinq apararaq cədvəl tərtib edib, həmin uşaqlar məktəbə gəlmirlər. Onların adları tərtib etdiyi cədvəldə qırmızı qələmlə işarələnib. Əgər bir şagird 4-5 ildir ki, dərsə gəlmirsə, “ölü candırsa”, müəllim həmin uşağa necə qiymət yaza bilər. O, direktor müavini işləyib, təlimatları direktordan alıb. Onunla Qanuni nümayəndə münasibəti ona görə pozulub ki, Qanuni nümayəndə onu və Nəriman müəllimi yanına çağıraraq İddiaçı dərsini sıfırlamaqlarını tapşırıb. O isə Qanuni nümayəndə nəyi görübsə, onu da yazacağını bildirib. O, İddiaçı dərsinə gedib, təqdimat yazıb, İddiaçı tərifləməyib, diaqnostik balını, nəyi görübsə, hətta nöqsanlarını da yazıb. O, Qanuni nümayəndə İddiaçı diaqnostik qiymətləndirmədən 42 bal və 46 bal topladığını, arada 4 bal fərq olduğunu, buna görə İddiaçı ilə qərəzçilik etməyin düzgün olmadığını bildirib. Qanuni nümayəndə isə onun təqdimatından xoşu gəlmədiyini, araşdırma apardığını, onun İddiaçı ilə qohumluq münasibətlərinin olduğunu bildirdi. O isə İddiaçı ilə qohumluq münasibətlərinin olmadığımı bildirib. Bundan sonra Qanuni nümayəndə ikinci dəfə Şahid9lə ona İddiaçı dərsini sıfırlamağı tapşırıb. Bu dəfə qərəzlilik olduğunu bildiyindən o, İddiaçı dərsinə girməkdən imtina edib. Şahid9, Şahid12 və digər bir psixoloq isə İddiaçı dərsinə gediblər. O, bu gün işdən çıxarıldığına görə bu ifadəni vermir. O, hələ işlədiyi dövrdə İddiaçı olduğu mülki işdə şahid qismində ifadə verəcəyini bildirib. O, nəyi görübsə, onu da danışır. 30 il işlədiyi müddətdə İddiaçı 3 müəllimdən biri idi ki, dərsində şagirdin kontur-xəritəsi, atlası dərsdə olmalı idi. Onun uşağı 10-cu sinifdə oxuyub, atlası olmadığı üçün İddiaçı onun uşağının üstünə qışqırıb, uşağı həmin gün evə gələrək ağlayıb. Həmin günü o, bir kontur, atlasa görə uşağını ağlatdığı üçün İddiaçı dərs dediyi sinifdən çıxarıb, başqa sinifə keçirib. Yəni iddiaçı həmişə işinə görə tələbkar, ciddi olub. Digər müəllimləri İddiaçı dərsinə baxmağa göndərib ki, bütün sinfi necə atlas, kontur-xəritə ilə təmin etdiyini görsünlər. İddiaçı nöqsanları da olub, vaxt olub ki, hansısa gündə yazmayıb, ondan işini tələb edib. Heç bir insan ideal deyil. İddiaçı işdən çıxarmaq üçün ciddi bir səbəb olmayıb. Elə müəllimlər var ki, saxtakarlıq edərək illərlə məktəbə gəlməyən uşaqlara qiymət yazır. Həmin müəllimlər bu gün də məktəbdə işləyir, amma Qanuni nümayəndə İddiaçı kimi düzgün dərs keçən müəllim haqqında tənbeh verir. Birinci dəfə rəy verəndə nəyi görübsə, onu da yazıb. Həmin hadisədən xeyli vaxt keçib, rəydə dəqiq nə yazdığını xatırlamır. İkinci dəfə isə rəy verməkdən imtina edib. İddiaçı onun uşağından kontur-xəritəni tələb edib, uşağını vurmayıb, demək istəyir ki, İddiaçı tələbkar müəllimdir. İddiaçı dərsində iştirak edib, cədvəldə İddiaçı diaqnostik balını çıxarıb, İddiaçı uşaqla kobud rəftar etdiyini görməyib, uşaqları vurmayıb, söyməyib, kobudluq bunlardır. İddiaçı tələbkar müəllim olub, o da bunun şahidi olub. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 201 saylı tam orta məktəbdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini vəzifəsində işləyir. O, 30 ildir ki, məktəbdə işləyir. İddiaçı həm fənn müəllimi, həm də sinif rəhbəri kimi işləyib. Sinif rəhbəri kimi işlədiyi dövrdə həmişə işində nöqsanları olub, öz əmək funksiyalarını yerinə yetirməyib. O, 21 ildir ki, direktor müavinidir, iddiaçı sinif rəhbəri kimi heç vaxt ona platformasını təqdim etməyib. Qanuni nümayəndə məktəbə gələndən sonra innovasiyalar, yeniliklər tətbiq olunub. Bu yeniliklərin bir nümunəsi də qutu qoyulması olub. Qanuni nümayəndə məktəbi tanımadan gəldiyinə baxmayaraq, o qutu məktəb haqqında Qanuni nümayəndə məlumat verib. 2022-2023-cü il tədris ilində iddiaçının rəhbəri olduğu 9“B” sinfində şagirdlər da həmin qutuya məktublar atıblar. Qanuni nümayəndə həmin məktubları heç direktor müavinləri ilə bölüşməyib. Qanuni nümayəndə sadəcə onun sahəsi olduğu üçün həmin şagirdlərlə məşğul olmağı barədə ona tapşırıq verib. Uşaqlarla fərdi görüşüb. Uşaqlar İddiaçı haqqında rəylərini bildiriblər. Uşaqlar İddiaçı bilərəkdən onların summativlərini aşağı saldığını, qiymətlərini kəsdiyi, uşaqlar arasında qərəzlilik yaratdığını bildiriblər. Buraxılış imtahanları ərəfəsində uşaqlara buraxılış vərəqəsi verilməli idi, İddiaçı isə Türkan Əfkari adlı uşağa buraxılış vərəqəsi verməyib. Həmin uşağın valideyni ona yaxınlaşaraq İddiaçı ilə münasibətlərinin pozulduğunu bildirib və uşağına buraxılış vərəqəsinin verilməsini ondan xahiş edib. O isə valideynə bunun onun vəzifəsi olmadığını və İddiaçı yaxınlaşaraq ondan buraxılış vərəqəsini almalı olduğunu bildirib. Daha sonra o, İddiaçı yaxınlaşaraq şagirdə buraxılış vərəqəsi vermədiyi üçün imtahanlara girə bilmədiyini, İddiaçı isə valideynin ondan buraxılış vərəqəsini almalı olduğunu bildirib. Uşaqlar hər dəfə beş dəqiqə gecikəndə belə İddiaçı uşaqları dərsə buraxmırdı. O, dəfələrlə İddiaçı uşaqları dərsə buraxmasını bildirib. Əslində isə onların uşaqları dərsdən yayındırmağa ixtiyarları yoxdur. Uşaqlar içəri buraxılıb cəzalandırılmalıdır. Sonda İddiaçı həmin uşağın buraxılış vərəqəsini ona verib və həmin uşaq imtahana girib. O, İddiaçı qərəzli münasibətdə olsaydı, uşaqlardan yazılı məlumat alardı. O sadəcə uşaqlara psixoloji təsir olmaması üçün onlarla fərdi görüşüb və onların şifahi rəylərini alıb. Sinfin şagirdləri çıxıb gedəndən sonra İddiaçı sinfi bağlanıb. Ona görə də, İddiaçı dərsi iki saat azalıb. Lakin İddiaçı sinfinin qərəzli şəkildə bağlanmasını deyir. Qanuni nümayəndə məktəbə direktor təyin olunandan sonra 2022-2023-cü il tədris ilinin ikinci yarısında məktəbdə innovativ layihələr tətbiq olunub, orada deyilir ki, müəllimlər uşaqlara humanist yanaşmırlar, hətta onlar özləri də uşaqlara qarşı sərt idilər, avtoritar idarə üsulu var idi, İddiaçı da uşaqlara qarşı çox sərt idi. Onlar həmişə imtahana İddiaçı salırdılar, çünki uşaqlar ondan qorxurdu. İddiaçının dərsinin iki saat azalmağı sinfinin bağlanması ilə bağlıdır. İddiaçı əvvəlki direktorla da münasibəti yaxşı olmayıb. O, məktəbə yeni gələndə İddiaçı Məlahət adlı müəllimlə də mübahisələri olub. Təkcə Qanuni nümayəndə ilə deyil, əvvəlki direktor barəsində də İddiaçı şikayət yazıb. Qanuni nümayəndə məktəbə gələndən heç kimə, o cümlədən də İddiaçı qarşı heç bir qərəzlilik etməyib, sadəcə olaraq yeni innovasiyaları tətbiq etməyə çalışıb, kim innovasiyaların tətbiqinə qoşulubsa, o irəliləyib, kimlərsə qoşulmayıbsa, sıradan çıxarılıb. O, 16 iyunda 2023-cü ildə İddiaçı məktəbə gəlmədiyini müşahidə edib. Aktı 17 iyunda tərtib ediblər. Əslində Rasimə Şahid1 Hüseynova ilə birlikdə 1-in yarısı, yəni işdən yarım saat tez çıxır, sonra yarım saat tez çıxdığını sübut etmək olmur. İyun ayının 16-da İddiaçı məktəbə gəlməyib. Akt 16 iyunda tərtib olunub, həmin gün də imzalanıb. Əgər İddiaçı dərsə gəlsəydi, davamiyyət jurnalına imza çəkərdi. Kağızda aktın tarixi nə yazılıbsa, həmin tarixdir. Aktın tarixini dəqiq xatırlamır. O, Pedoqoji şurada iştirak edib. Şiddətli töhmət yay tətilində verilməyib, ikinci yarımilin nəticələrinə görə verilib. İkinci yarımilin nəticələri iyun ayının 24-də Pedoqoji Şurada müzakirə olunub. 20 nəfər iki ilə qiymətləndirilib yay tapşırığını alıb. Əgər şagird iki qiyməti alıb, payıza qalırsa, ona yay tapşırığı verilməli idi. Əgər İddiaçı uşaqlara yay tapşırığı vermişdirsə, niyə valideyn uşaqla gəlib yay tapşırığından xəbəri olmadığını deyirdi. Şagirdə yay tapşırığı verilməməsi barədə valideynin ərizəsi də var. Amal adlı şagirdin sinifdə qalması barədə valideynin məlumatı yox idi. Onlar valideyni çağırıblar ki, şagird sinifdə qalmasın. Sonra yenidən 7”A” sinfində şagirdlər narazılıq etdilər ki, İddiaçı onlara təyziq göstərir, onların qiymətini kəsir, yenə qutuya məktub yazıb atıblar. Töhmət əmrini o yox, direktor verir. O isə rəy və təkliflərini verir. Birinci töhmət İddiaçı əmək funksiyalarını düzgün yerinə yetirməməsinə görə verilib. İddiaçı həm fənn müəllimi, həm sinif rəhbəri kimi öz əmək funksiyalarını düzgün yerinə yetirməməsinə görə töhmət alıb. Məhkəmə iclasında şahid kimi dindirilmiş X46 ifadəsində göstərdi ki, İddiaçı onu söyür, təhqir edir, ayaq üstə saxlayırdı, sinif yoldaşlarına da hədə-qorxu gəlirdi. Rasimə müəllim onunla prinsip apardığına görə o da dərsini oxumurdu. O, oxuyub gəlirdi, müəllim prinsipə ona çətin suallar verirdi. Onun suallara cavab verə bilməyəcəyini bilirdi, onu təhqir edir, ona təyziq göstərirdi. İddiaçı 5 qiyməti alanlara heç nə demirdi, onlar yerində qalırdılar, ancaq onlara təzyiq göstərirdi. Siniflərində 5 qiyməti alan şagirdlər var idi. Onlar yaxşı oxuduqları üçün İddiaçı onlara 5 yazırdı. İddiaçı onu təhqir edir, onlara şillə vurmaqla qorxudurdu. İddiaçı onunlla davrandığı kimi, digər sinif yoldaşlarına da elə davranırdı. O, birinci yarımildə 40 balla 3 qiyməti, ikinci yarımildə isə 22 balla 2 qiyməti alıb, 40 və 22 balı toplayıb ikiyə böldükdə, 31 bal edir və həmin balla 3 qiyməti aldığı halda, İddiaçı ona iki yazıb, ona görə də o, hərbiyə gedə bilməyib. O, 10-cu sinfə keçib. Hadisə keçən il olub, İddiaçı ona coğrafiya fənnini keçirdi. Bufetdə olduğundan, zəngin səsini eşitməyib, sinfə gəlib üzrxahlıq edirdi. İddiaçı onu dərsə qoymurdu, onu ayaq üstə saxladırdı. İddiaçı onu ayaq üstə saxlatması barədə valideyninə deyib. O, dəfələrlə İddiaçı qan azlığının olduğunu bildirib və onu ayaq üstə saxlatmamasını xahiş edib. İddiaçı isə ona dərs ilinin sonunda görüşəcəyini deyib. Dərsə görə də İddiaçı onu eyni qaydada cəzalandırırdı. Çalışdığı qədər dərsi oxuyurdu. Digər fənlərdən də 3 qiyməti alır. O biri fənlərin müəllimləri onu ayaq üstə saxlatmırdılar. Çünki onlara qan azlığının olduğunu, təyziqinin düşdüyünü, gözünün qaraldığını bildirib və müəllimlərdən onu ayaq üstə saxlamamağı xahiş edib. O, İddiaçı şikayət etməyib, qutuya məktub atmayıb, İddiaçı hərəkətləri barədə sinif rəhbərinə məlumat verib. İddiaçı şikayət etməməyinin səbəbi ondan qorxmağı olub, İddiaçı onu iki yazacağı, ayaq üstə saxlayacağı ilə qorxudurdu. İddiaçı onunla prinsip apararaq iki qiyməti yazdı, başqa dərslərdən iki qiyməti almayıb. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadəsində göstərdi ki, o, məktəbdə təhsil alan X38 anasıdır. O, bu gün məhkəmə iclasında İddiaçı qiymətləri düzgün hesabmamasına görə iştirak edir. Bir müəllim 62 balı 2-yə bölərək 31 bal çıxara bilmirsə, o müəllim şagirdlərə necə təhsil verə bilər. Uşaq onun dərsini oxumursa, uşağa fənni sevdirərdi, uşağı təhqir etməzdi, uşaq da onun dərsinə sevə-sevə girib oxuyardı. Dəfələrlə İddiaçı mobil nömrəsinə zəng etsə də, zəngini açmayıb. İddiaçı ona Əlini şikayət etdiyini desə də, o, ilk dəfədir ki, burada İddiaçı görür. Ona Əlinin nadincliyi, dərsə gecikməyi haqqında heç bir məlumat verməyib. Əli evə gələrək İddiaçı onu lövhənin qarşısında ayaq üstə saxlatmağı barədə şikayət edirdi, o, Əliyə İddiaçı müəllim olduğunu bildirir və onu sakitləşdirməyə çalışırdı. Onun oğlunun sağlamlığında problem olduğuna görə onun ayaq üstə qalmasını istəmirdi. İddiaçı Əlinin attestatına iki qiyməti yazdığına görə o, Qanuni nümayəndə şikayət edib. Onun İddiaçı ilə heç bir şəxsi qərəzliliyi, problemi yoxdur. İddiaçı onun telefonuna cavab versəydi, onun yanına gedərdi. Qanuni nümayəndə yazdığı şikayət ərizəsinin tarixini unudub. O, bir neçə dəfə Qanuni nümayəndə, Təhsil Nazirliyinə və digər qurumlara şikayət ərizəsi yazıb. O, məktəbdə ərizə yazan gün heç kimi görməyib, ərizəni yazıb, Qanuni nümayəndə verərək gedib. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 201 saylı tam orta məktəbdə biologiya müəllimi vəzifəsində işləyir. O, bu hadisə haqqında yarımillik yazılan vaxt məlumat alıb. Sinfinin şagirdləri ona yaxınlaşaraq İddiaçı Əliyə 2 qiyməti yazdığını bildiriblər və səbəbini soruşublar. O da məsələni aydınlaşdırmaq üçün jurnalda qiymətlərin dəyərləndirməsinə baxıb və 1-ci yarımildə Əli Hacıyevə 40 balla 3, ikinci yarımildə isə 22 balla 2 qiyməti yazıldığını görübş. Ümumilikdə 62 bal və onun da yarısı 31 bal edir. Jurnalda isə qiymət düzgün çıxarılmayıb, 29 balla 2 qiyməti yazılmışdır. O, İddiaçı yaxınlaşaraq jurnalda qiymətin düzgün çıxarılmadığını bildirib. O isə cavabında qiyməti düzəltməyəcəyini, onun düzəltməyini bildirib. Bir gün keçdikdən sonra qiymət düzəlmədi və o da düzəltmədi. 5-ci gün axşam valideyn ona zəng edərək Əliyə 31 balla 3 yazılmalı olduğu halda, 29 balla 2 qiymətinin yazılmasının səbəbini soruşub, İddiaçı ilə probleminin olduğunu, Əliyə bilərəkdən belə qiymət yazdığını bildirib. O isə valideynə İddiaçı mobil nömrəsini göndərib ki, problemi öz aralarında həll etsinlər. Sonra İddiaçı ona zəng edərək nəyə görə nömrəsini valideynə verdiyini soruşub. O isə İddiaçı uşağın qiymətinin düzgün çıxarılmadığını, qiymətinin aşağı düşməsini istəmədiyini bildirib. Əli Hacıyevin bu qiymətə görə hərbiyə gedə bilmədiyini eşidəndə isə pis olub, jurnalda şagirdin qiymətini düzəldib və buna icazəsi olmadığına görə töhmət alıb. Məsələnin 1-ci gün araşdırılacağını bildirib. O, həmin şagirdə biologiya fənnini tədris edir, uşağın qrup işinə görə ona iki qiyməti yazmır. Həmçinin, kurikulum sisteminə görə şagirdin xeyrinə qiymət yazılmalıdır, şagirdi depressiyaya, stresə salmaq olmaz. Şagirdə iki qiyməti yazmırlar, müəyyən bir tapşırıq verirlər ki, 3 qiyməti ilə də olsa qiymətləndirsinlər. O, jurnalda Əlinin qiymətini 1-i 8-lə dəyişdirməyib, onda artıq bal çıxarmalı idi. Steam dərsinə gedib sertifikat aldığına görə dərs saatı 33 saata artırılıb. Coğrafiya fənnindən 2 qiyməti alan şagirdlər digər fənlərdən 3, 4 və ya 5 qiyməti alırlar. Coğrafiya fənninin təlim keyfiyyəti ilə biologiya fənninin təlim keyfiyyəti arasında 30-33% fərq var. İddiaçı ilə problemi olmayıb. Amma İddiaçı hər dərsindən sonra uşaqlar şikayət edirlər, İddiaçı onların üstünə qışqırdığını, onlarla kobud rəftar etdiyini, Əli adlı şagirdə isə ilin sonunda görüşəcəyini dediyini bildiriblər. Qanuni nümayəndə məktəbə gələndən onlar məktəbdə insanlıq görürlər. Bir neçə müəllim kurikulumu zəif bilirdilər, Qanuni nümayəndə onlara mentor dərsi keçib və kurikulumu onlara çox gözəl mənimsədib. Qanuni nümayəndə onlara keçdiyi dərslərə görə kurikulum suallarını cavablandıra biliblər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 201 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. İddiaçı 1991-ci ildə Bakı şəhəri 201 saylı tam orta məktəbə katibə vəzifəsinə qəbul olub, sonra coğrafiya müəllimi kimi fəaliyyət göstərib. İddiaçı işlədiyi müddət ərzində 7 “A” sinif şagirdləri şikayət ərizəsi ilə müraciət edib. Bu müraciət əsasında şagirdlərin ərizəsinə baxılıb və qərar qəbul edilib. İddiaçı 2022-2023-cü il tədris ilinin sonunda 16 iyun 2023-cü ildə bir gün işə gəlməyib, 16 iyun 2023-cü ildə akt tərtib olunub və o, bu barədə Qanuni nümayəndə məlumat verib. Qanuni nümayəndə da humanistlik göstərərək İddiaçı bir günlük əmək haqqından tutmaq barədə qərar verməyib. Tabeldə isə İddiaçı imza çəkib və özündə fakt kimi qalması üçün surətini götürüb. İddiaçı 120 nəfər şagirdə dərs keçib, 20 şagirdə ilin sonunda iki qiyməti yazıb. İddiaçı töhmət yazılmasının səbəbi də 20 şagirdə iki qiymətini yazması olub. Əlinin valideyni məktəb direktoruna müraciət edərək uşağına qeyri-qanuni olaraq 2 qiyməti yazıldığını bildirib. Onu Təhsil Nazirliyinə çağırıblar, Bakı şəhəri üzrə Təhsil İdarəsinə jurnalı aparıb. Bakı şəhəri üzrə Təhsil İdarəsində ekspertlər jurnalı yoxlayıblar və araşdırma komissiyası həmin qiymətə baxaraq şagirdə 3 qiymətinin düşdüyünü, İddiaçı isə qeyri-qanuni olaraq şagirdə 2 qiyməti yazdığını bildiriblər. “Təhsil haqqında” Qanuna görə əgər hər bir şagird payız imtahanına qalırsa, müəllim 3 nüsxədən ibarət yay tapşırığı verir, yay tapşırığının bir nüsxəsi təlim-tərbiyə işləri üzrə direktor müavinində, bir nüsxəsi sinif rəhbərində qalır, bir nüsxəsini isə şagirdin valideyni onu geri qaytarmaq şərti ilə götürür. İddiaçı isə bunların heç birini etməyib, valideyn də 2023-cü ilin sentyabr ayında ərizə ilə müraciət edərək, uşağına hansı əsasla iki qiymətinin yazılaraq payıza qaldığını, bundan məlumatı olmadığını bildirib. O, Anar Mustafazadə ilə İddiaçı dərsində oturublar. Dərs zamanı İddiaçı dərsin proqramı və gündəliyi olmayıb, İddiaçı gündəliyinin aşağıda qaldığı və ya evdə qalması barədə müxtəlif bəhanələr gətirib. Hər bir müəllim dərs deyən vaxt jurnalı yazması və dərsi keçməsi ilə əlaqədar onun proqramı olmalıdır. İddiaçı isə həmin gün proqramı gətirməyib. Onlar İddiaçı dərsini dinləyiblər. Anar Mustafazadə coğrafiya ixtisası üzrə təhsil alıb, o, İddiaçı dərsini qeyri-qənaətbəxş hesab edib və dərsi sıfır balla qiymətləndirib. Əmək funksiyasını hər bir müəllim yerinə yetirməlidir, İddiaçı şagirdlərlə münasibətinin yaxşı olmamasının səbəbi şagirdlər 3-5 dəqiqə gecikdikləri halda 45 dəqiqə ayaq üstə saxlamasıdır. Ona görə də, şagirdlər İddiaçı şikayət edirlər. Əgər bir şagird bir dəfə dərsə gecikibsə, bağışlanmalıdır. Çünki şagird şəxsiyyət kimi formalaşır. Əgər şagirdin hüququ pozularsa, şagirdə psixoloji təyziq göstərilmiş olar. Qanuni nümayəndə məktəbin direktoru olmamışdan əvvəl İddiaçı məktəbdə problemləri olub. Əgər şagird dərsə müntəzəm olaraq gecikirsə, müəllim bu barədə tədbir görülməsi üçün təqdimat yazmalıdır, yəni şagirdi 45 dəqiqə ayaq üstə saxlamaq cəzası yoxdur. Onun İddiaçı barədə təqdimatda yazdıqları həqiqəti əks etdirir. 12 sentyabr 2023-cü il tarixli təqdimatından sonra şikayət əsasında yenidən İddiaçı dərsində iştirak edib. Məktəbdə zəng vurulan kimi uşaqlar başqa müəllimlərin dərsi maraqlı olduğuna görə gecikmədən dərsdə iştirak edirlər. Əgər bir şagird bir müəllimin dərsinə müntəzəm olaraq gecikirsə, deməli həmin müəllimin dəsini sevmir. 7 “A” sinfində oxuyan 20 şagirdin hamısı direktora ərizə yazıb. Həmin ərizələrdə şagirdlər İddiaçı onları təhqir etməsini, “dilinizi boynunuzun arxasından çıxararam”, “kəs səsini”, “vaxtında gəlib dərsi dinləyərdin” kimi ifadələr işlətməsini bildiriblər. Şagirdlərdən biri dərsi başa düşmədiyini deyib, İddiaçı isə bir dəfə dediyini, ikinci dəfə təkrar etməyəcəyini, oxuyub özünün başa düşməsini bildirib. İddiaçı həmişə əlində kitab saxlayaraq dərs keçir, kitabsız dərs keçmir, X32 Hüseynovanın dərsində oturanda kitabı götürməyini bildirib, o, kitabı götürəndən sonra İddiaçı dərs keçə bilməyib. Dərsi təşkil etmək müəllimin funksiyasıdır. Müəllimin əmək funksiyasına dərsi zənginləşdirmək, şagirdi maraqlandırmaq daxildir. Müəllim dərsi müntəzəm olaraq motivasiya əsasında, yeni kurikulum əsasında keçməli, şagirdlərə dərsində həvəs yaratmalıdır. Rasimə müəllimənin dərsində iştirak edən günü Lalə müəllimin dərsində iştirak etməyiblər. Dərs zamanı İddiaçı şagirdlərə məsələ həll etdirdi, məsələnin cavabını düzgün deyildi, şagird yerindən məsələnin cavabının düzgün olmadığını bildirdi, İddiaçı isə ona fikir vermədi. Konspekt tutub məsələni həll etdirsəydi, orada səhv olmazdı. Onların dərsdə oturmaqlarından İddiaçı xəbəri yox idi, dərsə də tam hazır deyildi, ona görə də, çaşqınlıq yaranıb. Həmin gün Rasimə müəllimənin dərsi ilə yanaşı Cəmalə və Rəvanə müəllimlərin də dərsində iştirak ediblər. İddiaçı dərs keçən zaman standartlardan, müasir təlim metodlarından deyil, keçmiş ənənəvi üsuldan istifadə etdiyinə görə o dərs sıfıra bərabərdir. İddiaçı dərsi praktiki dərs deyildi. X21 dövründə Rasimə müəllimlə Məlahət müəllimin mübahisələri yaranıb, məktəbdə 3 ay münaqişə olub. Onlar arasında münaqişənin səbəbi sinif rəhbərliyi olub. Əvvəllər İddiaçı barəsində uşaqlar və valideynlər tərəfindən yazılı şikayətin olmasını xatırlamır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 201 saylı tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. İddiaçı çox az bir müddətdə tanıyıb. O, 2021-ci ildə işə qəbul olunub, İddiaçı isə 2023-cü ildə işdən çıxarılıb, yəni 2 il müddətində tanışlıqları olub. Qanuni nümayəndə isə 2022-ci ilin yanvar ayında məktəbə direktor təyin olunub. 2022-ci ildə İddiaçı rəhbəri olduğu sinfə dərs deyəndən sonra yaxından tanımağa başlayıb, o vaxta kimi salam-sağolları var idi. O, sinif rəhbəri olduğuna görə şagirdlər bütün problemlərini ilk öncə ona deyirlər. Onun rəhbəri olduğu 6 “A” sinfinin şagirdləri ona şikayət edərək İddiaçı dəyişməyini xahiş ediblər. Daha sonra şagirdlər məktəbin direktoruna da yazılı qaydada şikayət ərizəsi ünvanlayaraq İddiaçı onlarla kobud rəftar etdiyini, qiymətləndirməni düzgün aparmadığını, dərsdə kobud söz və ifadələr işlətdiyini bildiriblər. O, şagirdlərlə digər müəllimlər haqqında heç vaxt danışmayıb. Şagirdlərin şikayətlərindən sonra isə o, şagirdləri sakitləşdirməyə çalışıb, lakin şagirdlər yenə də İddiaçı şikayət edərək onlarla kobud rəftar etdiyini, sualları olduğu halda dərsdən sonra cavablandıracağını, lakin zəng vurulan kimi çantasını götürərək getdiyini, suallarına isə cavab vermədiyini bildiriblər. O, hər dəfə şagirdləri sakitləşdirməyə çalışsa da, daha sonra bilib ki, şagirdlər yazılı qaydada rəhbərliyə şikayət ediblər. İkinci dəfə İddiaçı ilə problemi onda yaranıb ki, o, yuxarı sinif şagirdlərinə, ələlxüsus da qavrama səviyyəsi aşağı olan şagirdlərlə dərsdən sonra məşğul olur. Həmin sinfə 7-ci saat İddiaçı dərsi var idi, o, İddiaçı dərsi keçib bitirməsini gözləyib, lakin sinfə yaxınlaşdıqda uşaqların boş olduğunu, İddiaçı da olmadığını görüb. İddiaçı dərsdə olmadığını görüb uşaqlara məşğələ keçməyə başlayıb. O, şagirdlərə məşğələ keçməyə başladıqdan 15-30 dəqiqə sonra İddiaçı əlində telefonla sinfə daxil olub, uşaqlardan harada olduqlarını soruşduqda, sinifdə olan uşaqlar digər uşaqların dərsdən qaçdıqlarını bildiriblər. Uşaqlardan biri İddiaçı bütün uşaqların onu gözlədiyini, daha sonra gəlmədiyindən dərsdən qaçdıqlarını bildirib. İddiaçı isə onlara izahatlarının alacağını bildirib. O, şagirdlərdən İddiaçı onları videoya çəkib-çəkmədiyini soruşduqda, şagirdlər İddiaçı onları videoya çəkdiyini bildiriblər. O, yeni müəllimdir, dərsini həvəslə keçməyə çalışır, İddiaçı isə dərsdə video çəkiliş etdiyindən o, dərs keçə bilməyib və sinfdən çıxıb. Daha sonra İddiaçı nə etdiyini soruşduqda, o, çəkiliş etdiyini təsdiq edib, o, telefonu alıb, İddiaçı videoçəkilişi tədris hissə müdiri Şahid1 göndərdiyini görüb. O, İddiaçı hansı səbəbdən belə hərəkət etdiyini soruşub, çünki Şahid1 həmin vaxt məktəb barədə sosial şəbəkələrdə paylaşımlar edirdi. İddiaçı isə uşaqların dərsdən qaçdıqlarını sübut etmək üçün video çəkdiyini, lakin videonu telefonun yaddaşında saxlaya bilmədiyindən Şahid1 göndərdiyini bildirib. O isə İddiaçı məktəbdə ayaq yolundan başqa bütün otaqlarda kameraların olduğunu və kameraların fasiləsiz şəkildə işlədiyini, direktorla problemi varsa, onunla söhbət etməli olduğunu bildirib. Çünki onların hər hansı bir problemləri olduqda Qanuni nümayəndə onların problemləri ilə maraqlanır, həll etməyə çalışır. O, əlavə məşğələ keçmək üçün sinfə daxil olanda sinifdə iki şagird var idi. Şagirdlərin ona söylədiklərinə əsasən İddiaçı onlarla kobud rəftar edir. Biri var ki, şagirdlər müəllimin sevə-sevə yolunu gözləsin, biri də var ki, məcburiyyətdən. 1-2 nəfər şagird deyil, sinfin bütün şagirdləri İddiaçı şikayət edirdilər. Artıq şagirdlər onun kömək edə bilməyəcəyini gördükdə, direktora yazılı qaydada şikayət ediblər. Məhkəmə iclasında şahid kimi dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 201 saylı tam orta məktəbdə psixoloq vəzifəsində işləyir. İlk rəsmi iş yeri 201 saylı tam orta məktəb olub, 2022-ci ilin may ayında həmin məktəbdə işə başlayıb. Qanuni nümayəndə məktəbə direktor təyin olunandan sonra qutu qoyub, həmin qutuya 6 “A” sinfinin şagirdlərinin şikayətləri daxil olub. Həmin gün Qanuni nümayəndə onları yanına çağıraraq İddiaçı şikayət daxil olduğunu, məsələni araşdırıb lazımi tədbir görməyi tapşırıb. Onlar da sinfin şagirdləri ilə söhbət aparıblar, daha sonra Rasimə müəllimin coğrafiya dərsində, Günel müəllimin biologiya dərsində, Rəfiqə müəllimin azərbaycan dili dərsində müşahidə aparıblar. Şagirdlərin şikayəti ondan ibarət idi ki, İddiaçı onlara qarşı kobud rəftar edir, aqressivdir. İddiaçı dərs dediyi 6 “A” sinfində şagird-müəllim münasibətləri normal qaydada deyildi. Digər 9-cu sinifdə də İddiaçı şagirdlərə qarşı münasibəti yaxşı deyildi. Həmin məsələ ilə digər psixoloq həmkarı məşğul olurdu. İddiaçı şübhəli yanaşırdı, o, məktəbin psixoloqu olaraq ona yaxınlaşa bilmirdi, çünki İddiaçı səs yazır, video çəkirdi. Şikayət edən şagirdlər 6 “A” sinfində oxuyurdular, həmin sinifdə təxminən 22 nəfər şagird oxuyurdu. Bütün uşaqlarla fərdi söhbət aparıblar. Həmin uşaqlar mütəmadi dərsə gələn uşaqlar idilər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 201 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi və Həmkarlar İttifaqının sədri vəzifəsində işləyir. X17 sədri kimi vəzifəsi müəllimlərin hüquqlarını müdafiə etmək, onlara qayğı göstərmək, mübahisəli məsələləri həll etməkdir. İddiaçı tanıyır, onunla heç bir konflikti olmayıb, amma son vaxtlar onu konfliktli müəllim kimi tanımağa başlayıb. O, məktəbdə ən çox işləyən müəllimdir, 1985-ci ildən həmin məktəbdə işləyir, İddiaçı isə 1991-ci ildən həmin məktəbdə işləməyə başlayıb. Hadisələr başlayandan, yazışmalar olandan sonra o, Həmkarlar İttifaqının adından məktəb rəhbərliyinə təqdimat yazıb, məktəb rəhbərliyi 9 nəfərdən ibarət araşdırma kommissiyası təşkil edib, bütün məsələləri araşdıraraq rəy veriblər. İddiaçı dərs dediyi siniflərdə şagirdlər arasında ayrı-seçkiliyə, şagirdlərə qarşı psixoloji təzyiq, şiddət göstərdiyinə və təhqir etdiyinə görə 11 may 2023-cü il tarixində X39 Hüseynovaya xəbərdarlıq verilib. 15 may 2023-cü il tarixində 609 nömrəli əmrə əsasən İddiaçı dərs dediyi siniflərdə monitorinq aparılıb. Araşdırma nəticəsində müəyyən olmuşdur ki, İddiaçı dərs keçən zaman ənənəvi dərs metodlarından istifadə edib, müasir tələblərə uyğun yeni təlim metodlarından, yəni standartlar və kurikulumdan istifadə etməyib. Təhsil haqqında qanunda nəzərdə tutulan qiymətləndirmə konsepsiyasına ya bilərəkdən, ya da bilmədən əməl etməyib, şagirdə yekun attestatda 3 qiyməti düşdüyü halda, 2 qiyməti yazıb. İddiaçı dərs dediyi siniflərdə 20 nəfər şagirdə 2 qiyməti yazıb, həmin 2 qiyməti alan şagirdlərə ilin sonunda yay tapşırığı verməyib. İddiaçı dərsini Bakı şəhəri üzrə Baş Təhsil idarəsinin nümayəndəsi Anar Mustafazadə dinləyib, dərsi qeyriqənaətbəxş hesab edib. Bundan sonra İddiaçı daha da aqressivləşməyə başlayıb. O, Həmkarlar İttifaqının sədri olaraq İddiaçı konfliktə son qoymağa, yazdığı məktubları geri götürməyə, məsələni sülh yolu həll etməyə dəvət edib, lakin müəllim razılaşmayıb. İddiaçı bu hərəkətləri etməyə cəlb edən Şahid1 olub. O, iki dəfə İddiaçı dərsdən sonra iclasa çağırıb. Birinci dəfə İddiaçı kobud formada iclasa gələrək iclası pozub. İddiaçı məktəbdəki fəaliyyəti qeyri-qənaətbəxşdir, uşaqlara qarşı aqressiv davranıb, şagirdlərə təhqiramiz ifadələr işlədib, işgəncə verib, onları ayaq üstə saxlayıb, qiymətlərini aşağı salıb. Ona görə də, şagirdlər onun dərs keçməyini istəməyiblər. Son dövrlər İddiaçı müəllimlərlə münasibəti də pisləşib. İddiaçı sinfi bağlandığına və dərs saatı iki saat azaldığına görə rəhbərliklə konfliktləri yaranmağa başlayıb. İddiaçı işdən çıxarılmasına yuxarıda izahatında qeyd etdiyi hallara görə razılıq rəyi verib. İddiaçı töhmət və şiddətli töhmət verilməsindən məlumatlı olub. Rəydə İddiaçı Əli Hacıyevə 3 qiyməti düşdüyü halda, 2 qiyməti yazdığını, 20 şagirdə 2 qiyməti yazdığını, orqanlara məktəbi nüfuzdan salmaq üçün böhtan xarakterli şikayət məktubları göndərdiyini qeyd edib. İddiaçı izahat yazmaqdan imtina edib. İddiaçı əvvəlki rəhbərliklərlə, şagirdlərlə, valideynlərlə konfliktləri olub. Digər müəllimlərin də konfliktləri olub, amma digər müəllimlər rəsmi qurumlara böhtan xarakterli şikayət məktubları yazmayıblar. Amma İddiaçı 2023-cü ilin iyun ayının 6-dan məktəb, rəhbərlik haqqında müxtəlif orqanlara, şəxsən onun haqqında X2 rəsmi qaydada məktublar yazıb. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadəsində göstərdi ki, o, Bakı şəhəri 201 saylı tam orta məktəbdə rus dili müəllimi vəzifəsində işləyir. O, 9 “A” sinfinin sinif rəhbəri olub. İddiaçı onun sinfində oxuyan 4 nəfər şagirdə 2 qiyməti yazıb. Əkbər adlı şagird 9-cu sinifdən peşə məktəbinə getmək istəyirdi. O, Əkbər və digər üç şagirdin valideyninə uşaqlarının 2 qiyməti alması barədə məlumat verib. Əkbərin valideyni uşağının 2 aldığına görə peşə məktəbinə gedə bilməyəcəyini bildirdi. O, İddiaçı nəyə görə belə etdiyini soruşub, o isə onun 2 qiymətini 3 qiymətinə dəyişdirməyini bildirib. O, isə jurnala dəyişiklik etməyib. Sonra valideyni direktorun yanına aparıb, valideyn direktora şikayətini bildirib. Daha sonra həmin valideyn İddiaçı yanına gedərək danışıb, İddiaçı həmin şagirdin qiymətini 3 qiyməti edib. Amma digər 3 uşağın qiyməti 2 qalıb. Rəfiqə müəllim pulla əlavə dərs keçməyib. Qanuni nümayəndə müəllimlərə 9-cu sinif şagirdlərinə əlavə məşğələ keçmələrini tapşırıb. İddiaçı həmin şagirdin qiymətini necə dəyişdiyini bilmir. Onu bilir ki, həmin şagirdin valideyni ona İddiaçı ilə danışdığını, şagirdin qiymətini düzəltdiyini bildirib. Bir gün İddiaçı 7-ci dərsdə 15 dəqiqə dərsə gecikib, Rəfiqə müəllim həmin vaxt şagirdlərlə əlavə məşğələ keçib. Sonradan Rəfiqə müəllim ona İddiaçı onu videoya çəkdiyini bildirib. Lalə, Cəmalə və digər müəllimlər video çəkərək Tik-Tok sosial şəbəkəsində paylaşımlar ediblər. İddiaçı da rəhbəri olduğu sinfi dərsdə videoya çəkib. İddiaçı “Facebook” sosial şəbəkəsində məktəb barədə paylaşımlar ediblər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 201 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 609 nömrəli çıxarışın surətindən görünür ki, 2021/2022-ci tədris ilində 9 “B" sinif şagirdlərinin və valideynlərinin şikayəti əsasında həmin sinifdə araşdırma aparılmış, müəllim və şagird münasibətlərində aqressiya, şagirdlərə yaratdığı problemlərə (kobud və qeyri-etik davranış, şagirdlərin təhqiramiz ifadələrlə, qışqırmaqla aşağılaması) görə məktəbin Pedaqoji şurasının xx.xx.2022-ci il tarixli iclasında coğrafiya müəllimi İddiaçı şifahi xəbərdarlıq edilmişdir. İddiaçı cari tədris ilinin yanvar ayında Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək dərs saatlarının artırılmasını tələb etmişdir. Bununla əlaqədar olaraq monİtoriq təşkil olunmuş və müəllimin göstəriciləri və qeyri-pedaqoji yanaşmaları nəzərə alınaraq 18 saat dərs yükünün olduğu kimi saxlanılması məqsədə müvafiq hesab olunmuşdur. Pedaqoji və metodiki bilik-bacarıqlarının, səriştələrinin inkişaf etdirilməsi və standartəsaslı, nəticəyönümlü dərslər təşkil etməyi tövsiyə olunmuşdur. Tövsiyə və xəbərdarlıqdan nəticə çıxarmayan İddiaçı yenə tədris apardığı siniflərdə kobud və aqressiv davranış nümayiş etdirmişdir. xx.xx.2023-cü il tarixində 6 "A” sinfinin şagirdləri ərizə ilə direktora müraciət edərək İddiaçı davranışı və şagirdlərə kobud münasibəti ilə bağlı şikayət etmişlər. Həmçinin, müəllimənin başqası ilə əvəz olunmasını istəmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, coğrafiya müəllimi İddiaçı ciddi xəbərdarlıq olunması, onun fəaliyyəti, dərsləri və davranışı direktor müavinləri Şahid9, Şahid10, psixoloqlar Dürdanə Baloğlanova, Şəfa Avdıyeva və coğrafiya müəllimləri Məhərrəm Sadıqov, Şahid12 tərəfindən dərs ilinin sonunadək müşahidə və monitorinq olunması, monitorinqin nəticələrinin məktəbin Pedaqoji Şurasında müzakirə olunması əmr edilmişdir. Əsas: Təlimtərbiyə işləri üzrə direktor müavini Şahid9 xidməti məlumatı, 6 “A” sinfınin şagirdlərinin ərizələri. -Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktor müavini Şahid9, məktəbin ibtidai siniflər üzrə direktor müavini X8, məktəbin uşaqlarla məktəbdənənar və sinifdənxaric rətbiyə işi üzrə direktor müavini Şahid10, məktəbin zərbaycan dili müəllimi X22 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, dəqiqətən də xx.xx.2023-cü il tarixdə İddiaçı işə gəlməmişdir. Direktor müavini Şahid9 Rasimə müəllimdən işə gəlməməsi haqqında izahat istədikdə, o izahat verməkdən imtina etdi. Onlar təsdiq edirlər ki, İddiaçı növbəti gün (17 iyunda) işə gələrkən xx.xx.2023-cü il tarixinə sonradan imza atmışdır. Həmin tabeli etik normalara zidd olaraq, kobud bir hərəkətlə direktor müavini Şahid9 stolunun üstünə çırpmış, təhqiramiz şəkildə “Bax, dünən işə gəlməyimi sübut edən imza atdım. Sübut elə görüm, necə sübut edəcəksən işə gəlmədiyimi. Yeni tabeldə imzam var, al!”. Şahid9 İddiaçı: “Dünənki qeydlər direktordadır. İzahat verməsəniz mən akt bağlayacam. Bu mənim vəzifə borcumdur” dedi. İddiaçı: “Sübut edə bilməzsən" söyləyərək hikkə ilə otağı tərk etdi. İzahat yazmadı. -X14 və X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində İX “ç” sinfinin sinif rəhbəri Şahid13 saat 09:00-da kargüzarlıq otağına gələrək sinfinin illik yekun qiymətləndirmə vərəqəsinin şəklini çəkib götürdü. Daha sonra mən otaqdan ayrıldığım zaman gəlib X3 illik yekun qiymətləndirmə hesabatının əslini yanlış məlumat verərək “Nəriman müəllim İstəyir, düzəliş ediləcək” deyərək sənədi götürdü. Lakin Şahid9 bu məsələyə qarışmadığını bildirdi. Mən sənədi sinif rəhbəri Şahid13 tələb etdiyim zaman gördüm ki, X27 coğrafiya fənnindən illik qiymətləndirmə vərəqində dəyişib və İddiaçı bu sənəddə düzəliş edildiyindən xəbərdar olduğunu soruşduğumda müəllimə mənə bildirdi ki, həmin şagirdin coğrafiya fənnindən balını və qiymətini səhv hesablandığını və İllik qiymətləndirmə vərəqində səhv qeyd edildiyini bildirdi. İX "ç” sinfinin sinif jumalında həmin şagirdin qiymətini yoxladığımız zaman jurnalda düzəliş edildiyini kıördük. Bu səbəbdən illik yekun qiymətləndirmə vərəqindədə düzəliş edilib. İllik qiymətləndirmə hesabatı Dövlət imtahan Mərkəzinin səhifəsində işlənib təsdiq edilib. - xx.xx.2023-cü il tarixli təqdimatın surətindən görünür ki, uşaqlarla məktəbkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini Şahid10 201 nömrəli tam orta məktəbinin direktoru Qanuni nümayəndə məktəbin coğrafiya müəllimi olan İddiaçı haqqında tədbir görülməsini xahiş etmişdir. -Bakı şəhəri 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 5 nömrəli Pedaqoji Şurasının qərarından çıxarışdan görünür ki, 5. Məktəbin Vİ “A” sinif şagirdlərinin coğrafiya müəllimi İddiaçı şikayətləri və müəllimənin başqa müəllimlə əvəz olunması haqqında müraciətlərinə əsasən aparılan (xx.xx.2023-cü il tarixli, 609 №-li əmr) müəllim fəaliyyəti və sinfin monitorinqinin nəticələri haqqında təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid9 hesabatının qəbul olunması, İddiaçı 2021/2022-ci tədris ilində eyni mövzuda xəbərdarlıq olunduğunun xatırladılması, Psixoloqların, dərsi dinləyən coğrafiya müəllimlərinin, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini Şahid10, təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid9 rəyinin nəzərə alınması, İddiaçı işində, şagird və müəllimlərlə münasibətində ciddi dönüş yaratması, ünsiyyət bacarıqlarını, pedaqoji və metodik bacarıqlarını təkmilləşdirməsinin tövsiyə olunması, İddiaçı dərs dediyi siniflərdə şagirdlərə qarşı aqressiya göstərməmək, kobud və təhqiramiz ifadələr işlətməmək barədə - uşaq hüquqlarının və şagirdlərin psixoloji-emosional sağlamlığının qorunmasının mütləq vacibliyi ilə bağlı ciddi xəbərdarlıq olunması, həmçinin, İX “ç” sinfinin valideyni X27 anası X13 tərəfindən təqdim olunan ərizə (xx.xx.2023-cü il tarixli, 130 №-li) əsasında operativ araşdırma, ərizədə yazılanların doğruluğu təsbit etmişdir. Yəni, Hacıyev Əli 2022-2023-cü tədris ilinində İ yarım ilin yekununda 40 bal, İİ yarım ilin yekununda 22 bal, cəmi 62 balla coğrafiya fənnindən qiymətləndiyi, yekun illik qiymət “3” aldığı halda müəllimə İddiaçı şagirdə “2” qiymət yazmışdır. X42 Mərkəzinin “Şagird-məzun sistemi”nə yüklənmiş, attestata yekun qiymət “2” yazılmışdır. Əmək funksiyasının icrasında nöqsanlarını, Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə KonsepsiyasTnın tələblərini, X15 Qaydalarının müəllimə tərəfindən ciddi şəkildə pozulduğunu nəzərə almaqla İddiaçı töhmət elan olması qərara alınmışdır. -Bakı şəhəri 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 624 saylı əmrindən görünür ki, Məktəbin coğrafiya müəllimi İddiaçı ünsiyyət, pedaqoji və metodiki bacarıqlarının inkişafına diqqət yetirməsi, müəllimlərin etik normalarına riayət etməsi və Vİ “A” və digər siniflərdə uşaq hüquqlarının və şagirdlərin psixoloji-emosional sağlamlığının qorunmasının mütləq, vacibliyinin tapşırılması və bu məsələ ilə bağlı ciddi xəbərdarlıq olunması, əmək funksiyasının icrasında nöqsanlara, İX “ç” sinif şagirdi X37 “3” qiymət əvəzinə “2” qiymət yazdığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi (a), bu məcəllənin 10-cu maddəsində nəzərdə tutulan “a” və “b" bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. Əsas: Təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid9 hesabatı, 43 №-li növbədənkənar direktoryanı müşavirənin protokolu, monitorinqin nəticələri, xidməti məlumatlar, müvafiq aktlar, Vİ “A” sinfinin şagirdlərinin ərizələri, xx.xx.2023-cü il tarixli, 5 nömrəli Pedaqoji Şuranın qərarı. -Bakı şəhəri 201 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 657 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəb üzrə iyul, avqust, sentyabr aylarında valideyn, sagird və məktbin pedoqoji heyətindən daxil olmuş şikayətlərin araşdırılması Həmkarlar İttifaqı üzvlərinin iştirakı ilə aşağıdakı tərkibdə Araşdırma Komissiyası yaradılmışdır: Sədr Şahid7, katib X1, üzvlər X18, Şahid12, X30, Şahid11, X23, X31, X19. -Bakı şəhəri, Nizami rayonu 201 nömrəli tam orta məktəbin Azərbaycan Təhsil İşçiləri X36 Komitəsinin və xx.xx.2023-cü il tarixdə 657 nömrəli əmrə əsasən yaradılmış Araşdırma Komissiyasının üzvləri tərəfindən coğrafiya müəllimi İddiaçı haqqında verdikləri rəyin surətindən görünür ki, məktəbdə yaradılan Araşdırma Komissiyasının üzvləri və məktəbin Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin apardığı araşdırmalar zamanı məktəbin coğrafiya müəllimi İddiaçı haqqında fikirlər söyləmiş və əməyini qiymələndirilməsi ilə bağlı fikirlər söyləmişlər: mMəktəbdə 1991-ci ildən coğrafiya müəllimi işləyən İddiaçı şagird, valideyn və müəllimlərlə münaqişə yaratmışdır; işlədiyi müddətdə dərs dediyi siniflərdə şagirdlər arasında ayrı-seçkiliyə, şagirdlərə qarşı psixoloji təzyiqə, şiddət və təhqir etdiyinə görə xx.xx.2022-ci il tarixdə 5 nömrəli X7 İddiaçı xəbərdarlıq olunmuşdur; xx.xx.2023-cü il tarixli, 609 nömrəli əmrə əsasən İddiaçı dərs dediyi siniflərdə monitorinq aparılmışdır; monitorinqin nəticəsində İddiaçı ünsiyyət bacarıqlarında ciddi problemlər, pedaqoji biliyinin və metodik bacarıqlarının ixtisas və peşə tələblərinə uyğun olmaması, dövlət tərəfindən təhsilin məzmununa verilən tələblərin və proqramların reallaşdırılmaması aşkarlanmışdır; İddiaçı Azərbaycan Respublikasının ümumi təhsil sistemində “Qiymətləndirmə Konsepsiyasının tələblərini bilmədiyi üçün İX ç sinif şagirdi X37 yekun qiymət “3" (üç) düşdüyü halda "2" (iki) yazmışdır; edilən xəbərdarlıqdan və inzibati tənbehlərdən nəticə çıxarmayan İddiaçı dərs dediyi siniflərdə 20 nəfər şagirdə “2” qiymət yazmış, müvafiq qanunvericiliyə vəzifə və əmək funksiyalarının tələblərinə zidd olaraq “2” (iki) verdiyi şagirdlərlə heç bir iş aparmamış, yay tapşırığı verməmiş, gördüyü işlərin hesabatını verməyə etiraz etməsi aşkarkanmışdır; xx.xx.2023-cü il tarixdən etibarən müxtəlif rəsmi orqanlara məktəb və məktəbin direktorunun nüfuzuna xələl gətirəcək ciddi böhtan və şər dolu şikayət məktubları ünvanlanmışdır; məktəb rəhbərinin nüfuzuna və məktəbin fəaliyyətinə zərər vurmaq niyyəti ilə Keşlə qəsəbəsində şayələr, şər-böhtan yaymaqla məşğuldur; İddiaçı peşəkarlığı müasir dövrün tələblərinə cavab verməməklə yanaşı eyni zamanda intizamsızdır; Belə ki, məktəb X5 üzvlərinin onunla bağlı keçirəcəyi iclası kobud şəkildə pozmuşdur; Coğrafiya müəllimi İddiaçı haqqında sadalanan faktlar göstərir ki, onun əmək müqaviləsinə və müəllim kimi fəaliyyətinə xitam verilməsi məqsədəuyğundur. -Bakı şəhəri 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 686 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsas: Direktor müavinlərinin təqdimatları, məktəbin Azərbaycan Təhsil İşçiləri X36 Komitəsinin rəyi, monitorinq nəticələri, xidməti məlumatlar, arayışlar, müvafiq aktlar, şagirdlərin ərizələri, məktəbin xx.xx.2023-cü il tarixli, 1 nömrəli Pedaqoji Şurasının qərarı. -Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə iləri üzrə direktor müavini Şahid9 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, onlar xx.xx.2023-cü il tarixində məktəbin coğrafiya müəllimi İddiaçı X “A” sinfində dərdi dinlənildi. Onlar müəllimin dərsini qeyri-qənaətbəxş hesab etmişlər. -X41 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ərizənin surətindən görünür ki, o, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı qarşı yay tapşırıqla bağlı heç bir şikayəti, tələbi və iddiası yoxdur. -Bakı şəhəri 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 706 saylı əmrindən görünür ki, məktəbin coğrafiya müəllimi İddiaçı əmək funksiyasını yerinə yetirmədiyindən Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Məktəbin Həmkarlar İttifaqı Komitəsinin rəyi, qərarlar, əvvəl verilmiş tənbehlər, aktlar, təqdimatlar. -Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Amilə Vəliyeva, məktəbin katibəsi Şəmsiyyə Məmmədova, kimya lobarantı Sevinc İmanova tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, həqiqətən də xx.xx.2023-cü il tarixində məktəbin coğrafiya müəllimi İddiaçı yaxınlaşıb “direktor sizi çağırır işdən azad edilməniz barədə əmr Sizə təqdim ediləcəkdir” - dedikdə “direktor məni hansı şəbədən görmək istəyirsə əvvəlcədən yazılı surətdə izahat, bildiriş təqdim etsin”- deyərək qəbul otağına gəlməkdən imtina etmişdir. -Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 saylı Xidmət və Əməliyyat Mərkəzinin xx.xx.2023cü il tarixli 239 saylı arayışının surətindən görünür ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbinin sabiq müəllimi İddiaçı 2023-cü ilin yanvar ayında 18 gün, fevral ayında 20 gün, mart ayında 17 gün, aprel ayında 15 gün, may ayında 21 gün, iyun ayında 18 gün və 56 gün məzuniyyət günü, iyul ayında məzuniyyətdə olmuş, avqust ayında 4 gün işləyib. 2023cü il üzrə cəmi 169 gün işləmiş və ona 5952,22 manat əmək haqqı hesablanmışdır. -Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023xx.xx.2023-cü il tarixlərində işdən azad edilmişdir. -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Şahid1 müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İDARƏSİNDƏ Bakı şəhöəri 201 saylı orta məktəbinin vəzifəli şəxləri barəsində fakta görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istinataqı aparılır. -Azərbaycan Respublikaslı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-5/2- H-48472/2/2023 saylı məktubun surətindən görünür ki, təqdim olunmuş sənədlər araşdırılarkən müxtəlif əsaslarla barəsində xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq 624 nömrəli əmrlə töhmət, eyni əsaslar üzərindən xx.xx.2023-cü il tarixində 686 nömrəli əmrlə qeyd olunan Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin verildiyi məlum olmuşdur. Eyni zamanda araşdırmanın aparıldığı dövrdə tərəfindən edilmiş ikinci müraciətdə əmək müqaviləsinə Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Bakı şəhəri 201 saylı tam orta məktəb tərəfindən xx.xx.2023-cü il tarixli, 706 nömrəli əmrlə xx.xx.2023-cü il tarixindən xitam verildiyi qeyd edilmişdir. Bildirirlər ki, barəsində verilmiş intizam tənbehi barədə əmrlər tərtib edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinin (Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz) tələblərinə riayət olunmamış və əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri gözlənilməmişdir. Bununla əlaqədar olaraq təqdim olunmuş sənədlərdən inzibati xətanın əlamətlərinin olması müəyyən edilmiş, bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə Bakı şəhəri 201 saylı tam orta məktəbin vəzifəli şəxsi X24 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət edilmişdir. Lakin araşdırma zamanı onun cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinə qarşı “intizam tənbehinin verilməsi barədə əmrlərin ləğv edilməsi” tələbinə dair iddiasına Nizami Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixli, 2(007)-3030/2023 nömrəli mülki iş üzrə baxıldığı, həmçinin tərəfindən xx.xx.2023-cü il tarixində “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsinə dair iddianın dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etdiyi məlum olmuşdur. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. -Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatından görünür ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin coğrafiya müəllimi vəzifəsində çalışmış X10 Elm və Təhsil Nqazirliyi tərəfindən təşkil olunmuş müəllimlərin bilik və bararıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirakı və əldə etdiyi nəticə haqında məlumat verilməsi barədə müraciətlə bağlı bildirirlər ki, İddiaçı coğrafiya müəllimi kimi müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək 60 mümkün baldan cəmi 42 bal (ixtisas üzrə 36, metodika üzrə 6 bal) toplamışdır. -Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Qanuni nümayəndə tərəfindən həmin məktəbin coğrafiya müəllimi İddiaçı ünvanlanmış məlumatın surətindən görünür ki, İddiaçı 2021-2022-ci dərd ilində tədris etdiyi siniflərin fənn üzrə keyfiyyət göstərililərini, İX siniflər üzrə keçirilən monitorinqin, dinlənilən dərslərin və DQ-nin nəticələrinə istinad edərək, onun ixtisas üzrə 18 dərs saatı ilə təmin olunması müvafiq hesab edilir, ona pedaqoji və metodiki bilik-bacarıqlarının, səriştələrinin inkişaf etdirilməsi və standarəsaslı nəticəyönümlü dərslər təşkil etməyi tövsiyə olunmuşdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Bakı şəhəri 201 nömrəli tam orta məktəbində coğrafiya müəllimi kimi işləmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 624 saylı əmri ilə iddiaçının barəsində “Töhmət elan edilməsi haqında”, xx.xx.2023-cü il tarixli 686 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında” və xx.xx.2023-cü il tarixli 706 saylı əmri ilə “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrlər qəbul edilmişdir. Hazırda isə iddiaçı həmin əmrləri mübahisələndirir. İddiaçı sonuncu tələbində məhkəmədən cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 624 nömrəli “töhmət elan edilməsi haqqında” əmrinin, xx.xx.2023cü il tarixli, 686 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında” əmrinin və xx.xx.2023-cü il tarixli, 706 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iddiaçının Bakı şəhəri 201 saylı tam orta məktəbində coğrafiya müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyana görə 5000 (beş min) AZN məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri 201 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 624 nömrəli “töhmət elan edilməsi haqqında” əmrinin ləğv edilməsinə münasibətdə qeyd edir ki, həmin əmrlə məktəbin coğrafiya müəllimi İddiaçı ünsiyyət, pedaqoji və metodiki bacarıqlarının inkişafına diqqət yetirməsi, müəllimlərin etik normalarına riayət etməsi və Vİ “A” və digər siniflərdə uşaq hüquqlarının və şagirdlərin psixoloji-emosional sağlamlığının qorunmasının mütləq, vacibliyinin tapşırılması və bu məsələ ilə bağlı ciddi xəbərdarlıq olunması, əmək funksiyasının icrasında nöqsanlara, İX “ç” sinif şagirdi X37 “3” qiymət əvəzinə “2” qiymət yazdığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi (a), bu məcəllənin 10-cu maddəsində nəzərdə tutulan “a” və “b” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. Əsas kimi Təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid9 hesabatı, 43 №-li növbədənkənar direktoryanı müşavirənin protokolu, monitorinqin nəticələri, xidməti məlumatlar, müvafiq aktlar, Vİ “A” sinfinin şagirdlərinin ərizələri, xx.xx.2023-cü il tarixli, 5 nömrəli Pedaqoji Şuranın qərarı göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “X15 Qaydaları”nın: 2.1.3-cü bəndinə əsasən peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. 2.1.5-ci maddəsinə əsasən mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Məhkəməyə təqdim edilmiş şagirdlərin qiymətləndirilməsinə dair cədvəldən görünür ki, Əli Hacıyev dərs ilinin İ yarımilində 40, yarimilində 22 bal, ümumilikdə 62 bal toplamış, yekun 2 qiyməti almışdır. Halbuki, şagirdin həmin bala uyğun olaraq (62:2=31) 3 qiymətini almalı olsa da, qiymətləmdirmədə şagirdə 2 qiyməti yazılmışdır. Bu səbəbdən məhkəmə əmri göstərilən hissədə əsaslı hesab edir. Mübahisələndirilən əmrdə qeyd edilən digər məsələlər bundan ibarətdir ki, iddiaçı müəllim və şagird münasibətlərində aqressiya, şagirdlərdə yaratdığı emosional gərginliyə görə daha əvvəl şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bundan nəticə çıxarmamış, xx.xx.2023-cü il tarixdə səbəbsiz iş buraxmış, onun fəaliyyətinin və Vİ “A” sinfinin monitorinqi göstərmişdir ki, o, X15 qaydalarının müvafiq maddələrinin tələblərini pozmuş, əmək funksiyalarını düzgün yerinə yetirməmiş və s., onun fənnin tədrisi və tərbiyə işinin metodikasında, coğrafiya fənni üzrə təlim məzmunu və təşkili prinsiplərində ciddi problemləri vardır. Adı çəkilən Qaydaların 4-cü bəndi müəllim və təhsilalanların münasibətinə həsr edilmişdir. Qeyd edilir ki, müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalıdır. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir və s. Göstərilənlərə münasibətdə qeyd edilir ki, iş materiallarında şagirdlərinin iddiaçının onlara göstərdiyi münasibətdən narazı olduğu, bəzi şagirdlərin isə razı olduğu, müəlimlərini sevdikləri ilə bağlı müxtəlif fikirlərin səsləndirildiyi izahatları var. Lakin bəzi şagirlərin iddiaçının onlara qarşı olan münasibətlərindən narazı olması, iddiaçının onları təhdid etməsi kimi fikirləri səsləndirməsi artıq müəllim-şagird münasibətlərində əlavə tədbirlər görülməli olduğunu göstərir. Həmçinin, əmrdə iddiaçının xx.xx.2023-cü il tarixdə işdə olmadığı və səbəbsiz yerə iş buraxdığı qeyd edilsə də, həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli akta iddiaçının xx.xx.2023-cü il tarixdə işə gəlmədiyi, lakin xx.xx.2023-cü il tarixdə tabelə imza çəkdiyi qeyd edilsə də, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda, gələcəkdə, yəni xx.xx.2023-cü il tarixdə baş verdiyi göstərilən hadisənin qeyd edilməsi mümkün olmadığından məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul etmir. Məhkəmə əmrdə göstərilən hallara ümumilikdə qiymət verərək qeyd edir ki, İX-cü sinfin şagirdinin yekun qiymətinin düzgün çıxarılmaması, nəticədə hazırda validenin müraciəti əsasında Elm və Təhsil Nazirliyində müvafiq araşdırma aparılması və şagirdin qiymətinin düzəldilməsi istiqamətində müvafiq işlər görülməsi iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir. Həmçinin, iddiaçı ilə şagirdlər arasında münasibətlərdə aqresiya olması müşahidə edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, həmin mübahisələndirlən əmrdə göstərilən halların hamısı öz təsdiqini tapmasa da, iddiaçının əmək funksiyalarını icra edərkən kobud səhvlərə yol vermiş və Əli Hacıyevin qiymətləndirilməsində obyektiv və qərəzsiz olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia “xx.xx.2023-cü il tarixli 624 saylı” əmrin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli 686 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin əmrə əsasən iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrin qəbul edilməsinə Direktor müavinlərinin təqdimatları, məktəbin Azərbaycan Təhsil İşçiləri X36 Komitəsinin rəyi, monitorinq nəticələri, xidməti məlumatlar, arayışlar, müvafiq aktlar, şagirdlərin ərizələri, məktəbin xx.xx.2023-cü il tarixli 1 nömrəli Pedaqoji Şurasının qərarı əsas olmuşdur. Əmrə əsasən iddiaçı məktəb tərəfindən dərs keçdiyi siniflərdə ayrı-seçkiliyə, psixoloji təzyiqlərə yol verməməsi, uşaqla qarşı təhqiramiz ifadələr işlətməməsi və s. ilə bağlı ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, əmək funksiyaları düzgün yerinə yetirməmiş, İX “ç” sinfinin şagirdi Əli Hacıyevin yekun illik qiyməti 3 olduğu halda 2 yazmış, edilən xəbərdarlıqlardan və inzibati tənbehdən nəticə çıxarmayaraq dərd dediyi siniflərdə 20 nəfər şahirdə 2 qiymətini yazmaqla yanaşı həmin şagirdlərlə işləməmiş, yay tapşırığı verməmiş, gördüyü işlərin hesabatını verməkdən imtina etmiş, izahat verməkdən kobud şəkildə imtina etmiş, xx.xx.2023-cü il tarixdə müxtəlif rəsmi orqanlara məktəb və məktəbin direktorunun nüfuzuna xələl gətirəcək ciddi böhtan və şər dolu məktublar ünvanlamış, oğlu məktəb direktorunu təhdid etmiş, Nizami rayon prokurorluğuna Şahid1 və Şahid2 ilə birləşərək şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı əmrə baxılarkən daha əvvəl iddia barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 624 saylı əmrdə qeyd edilmiş bir çox halın təkrarən qeyd edildiyini müəyyən edilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi 9 “ç” sinfinin şagirdi Əli Hacıyevin yekun illik qiyməti 3 olduğu halda 2 yazılması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış və məhkəmə yol verilmiş həmin nöqsana və digər hallar görə cavabdehin xx.xx.2023-cü il tarixli 624 saylı əmrini haqlı hesab etmişdir. Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən hala görə yenidən intizam tənbehi tətbiq etməklə qanunvericiliyinin qeyd edilən şərtini pozmuşdur. Bundan başqa, əmrdə iddiaçının Şahid1 və Şahid2 ilə birləşərək Nizami rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyi və bununla da məktəbin nüfuzuna və fəaliyyətinə ziyan vurduğu qeyd edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Şahid1 müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Bakı şəhəri 201 saylı orta məktəbinin vəzifəli şəxləri barəsində fakta görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istinataqı aparılır. Qeyd edilir ki, korrupsiya halı ilə bağlı adıçəkilən orqana Şahid1 müraciət etmiş və cinayət işinin istintaqı aparılan zaman iddiaçı və digər şəxslərin izahatının alınması halı istisna olunmur. Bununla belə, AR Əmək Məcəlləsinin 187.4-cü maddəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Lakin hazırkı iş üzrə cavabdeh mübahisələndirilən intizam tənbehini əsaslandırarkən birbaşa iddiaçının məktəb və məktəbin direktoru barəsində Nizami rayon prokurorluğuna şikayət verməsi, ayrı-ayrı orqalara müraciət etməsi səbəbindən ona sonuncu xəbərdarlıqla şiddətdli töhmət verdiyini vurğulamışdır. Halbuki, qeyd edilənlərə görə işçi barəsində intizam tənbeh tətbiq edilməsi yolverilməzdir. Əmrdə qeyd edilən digər hal iddiaçının dərs keçdiyi 20 nəfər şagirdə 2 yazmasına baxmayaraq onlarla heç bir iş aparmamış, yay tapşırığı verməmişdir. Məhkəməyə 9 “A”, 9 “Ç”, 9 “D”, 11 “A” siniflərinin qiymətlədirilmə jurnalının surəti təqdim edilmişdir. “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydaları”nın: 11-ci bəndinə əsasən 1 - 3 fəndən (fənlərdən) illik “qeyri-kafi” qiymət almış V-Vİİİ və X (Xİ) sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay-tədris tapşırıqları verilir. 12-ci bəndinə əsasən yay-tədris tapşırıqları fənn müəllimi tərəfindən fənn üzrə müəyyən bəhs və bölmələri əhatə etməklə hazırlanır və təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunduqdan sonra şagirdə onun valideyninin (digər qanuni nümayəndəsinin) iştirakı ilə yazılı təqdim edilir. Yay-tədris tapşırığının bir surəti ümumi təhsil müəssisəsində saxlanılır. 13-cü bəndinə əsasən yay-tədris tapşırığı hər il avqustun 25-dən sentyabrın 10-dək ümumi təhsil müəssisəsinin direktorunun təsdiq etdiyi cədvəl əsasında təlim-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə fənn müəllimi tərəfindən ümumi təhsil müəssisəsində qəbul olunur. Şagirdin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir. Məhkəmə tərəfindən qiymətləndirmə jurnalının surətləri tətqiq edilərkən müəyyən edildi ki, 9 “A”, 9 “Ç”, 9 “D” siniflərinin şagirdlərdən İ yarımildə 2 qiyməti alan şagirdlərin sayı yüksək olmuş, İİ yarımildə isə həmin şagirdələrin qiymətləri 3, 4 və 5 olmuş, 11 “A” sinfində 2 alan uşaqların davamiyyətləri isə müntəzəm olmamış, əksər dərslərdə iştirak etməmişlər. Bundan başqa, mübahisələndirilən əmrdə iddiaçının oğlunun “töhməti geri götürməsəniz barənizdə müvafiq orqanlara şikayət edəcəyik” deməklə məktəbin direktorunun təhdid etməsi qeyd edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin: İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İV bəndinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Bu səbəbdən qeyd edilənlərlə bağlı, yəni iddiaçının oğlunun mövcud mübahisə ilə bağlı aidiyyəti orqanlara müraciət etməsi ilə bağlı məktəbin direktorunu xəbərdar etməsi iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçının müraciətinə əsasən Azərbaycan Respublikaslı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti Bakı şəhər idarəsi tərəfindən hazırda mübahisəndirilən məqamlarla bağlı məlumat verilmişdir ki, İddiaçı barəsində verilmiş intizam tənbehi barədə əmrlər tərtib edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinin (Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz) tələblərinə riayət olunmamış və əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri gözlənilməmişdir. Bununla əlaqədar olaraq təqdim olunmuş sənədlərdən inzibati xətanın əlamətlərinin olması müəyyən edilmiş, bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə Bakı şəhəri 201 saylı tam orta məktəbin vəzifəli şəxsi X24 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət edilmişdir. Lakin araşdırma zamanı iddiaçının məhkəmədə iddia qaldırdığı müəyyən edildiyindən araşdırma davam etdirilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikaslı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti Bakı şəhər idarəsi tərəfindən aparılmış araşdırma zamanı da xx.xx.2023-cü il tarixli 686 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında əmri ilə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulması halı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilənləri, yəni cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulması, əmrdə göstərilən halların öz təsdiqini tapmamasını, qeyd edilən bir neçə əsasa görə şəxs barəsində intizam tənbehinin tətbiq edilməsinin yolverilməz olmasını nəzərə alaraq hesab edir ki, əmr əsassızdır və ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli, 706 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iddiaçının Bakı şəhəri 201 saylı tam orta məktəbində coğrafiya müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 706 saylı əmri ilə məktəbin coğrafiya müəllimi İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsaslar Həmkarlaq İttifaqı Komitəsinin rəyi, qərarlar, əvvəl verilmiş tənbehlər, aktlar və təqdimatlar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının “əmək funksiyalarını yerinə yetirməməsi” əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası barədə məlumatlar göstərilir. Hazırda mübahisələndirilən əmrin faktiki əsası kimi qeyd edilən bir çox hallar iddiaçının barəsində tətbiq edilmiş əvvəlki intizam tənbehlərində göstərilən hallardır ki, məhkəmə tərəfindən həmin hallara artıq qiymət verilmişdir. Hazırkı vaxtadək göstərilənlərdən ancaq iddiaçının İX “ç” sinfinin şagirdi Əli Hacıyevin coğrafiya fənnindən qiymətinin düzgün yazılmaması halı öz təsdiqini tapmış və həmin hala görə də iddiaçı barəsində tətbiq edilmiş xx.xx.2023-cü il tarixli, 624 nömrəli “töhmət elan edilməsi haqqında” əmri haqlı hesab edilmişdir. Mübahisələndirilən əmrdə əmrin qəbul edilməsi əsaslarından biri kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid9 tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının İddiaçı X “A” sinfindən dərsinin dinlədikləri və dərsin qeyri-qənaətbəxş qiymətləndirildiyi göstərilmişdir. İş materallarına əlavə edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatı ilə müəyyən edilir ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin coğrafiya müəllimi vəzifəsində çalışmış X10 Elm və Təhsil Nqazirliyi tərəfindən təşkil olunmuş müəllimlərin bilik və bararıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək 60 mümkün baldan cəmi 42 bal (ixtisas üzrə 36, metodika üzrə 6 bal) toplamışdır. Əmək Məcəlləsinin: 64.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. 65.1-ci maddəsinə əsasən İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3-ci maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-ci maddəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Hazırkı halda cavabdeh tərəfindən qanunvericiliyin qeyd edilən normalarına uyğun atesstasiya komissiyası yaradılmadan işçinin müvafiq bilik və bacarıqlara malik olmadığı qənaətinə gəlməsi qanunvericiliyin tələblərinin pozulmasıdır və bu əsasla işçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi düzgün hesab edilmir. Bundan başqa, qeyd edilən hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən deyil, həmin maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilər. Mübahisələndirilən əmrdə qeyd edilən digər hal, iddiaçının xx.xx.2023-cü il tarixdə məktəbin tədbirlər planına əsasən həyata keçiriləcək tədbirlərdən və açıq dərsdən imtina etməsi olmuşdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 27 sentyabr Anım günü və 08 noyabr Zəfər Günü münasibəti ilə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək məktəbdə açıq dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının açıq dərs keçməkdən imtina etməsi halı ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, həmçinin açıq dərslər yekunlaşmamışdan daha öncə, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr verilmişdir. Əmrdə qeyd edilən digər hallar isə iddiaçının kollektivdə digər işçilərlə kobud rəftar etməsi, təhqir etməsi olmuşdur ki, qeyd edilənlər şəxsin işdən çıxarılması üçün əsas ola biləcək hallar ola bilməz və bu istiqamətdə işəgötürən tərəfindən digər addımlar atılması daha məqsədəmüfaviqdir. İş materiallarına əlavə edimiş Azərbaycan Respublikaslı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti Bakı şəhər idarəsinin məlumatdan görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən məktəb tərəfindən qanunvericiliyin tələbləri gözlənilməmişdir. Lakin bu istiqamətdə araşdırma aparılmamasının səbəbi iddiaçının artıq məhkəməyə müraciət etməsi olmuşdur. Ümumiyyətlə məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq barəsində verilmiş intizam tənbeh tədbirlərinin məhkəmədə mübahisələndirmiş və iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan sonra isə iş üzrə məhkəmə araşdırması davam edən zaman cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmr verilmişdir. Məhkəmə araşdırması davam edən cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi məqsədəmüvafiq deyil. Məhkəmə qeyd edir ki, Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Hazırkı iş üzrə cavabdeh tərəfindən ardıcılıq və məqsədyönlü şəkildə iddiaçının barəsində xx.xx.2023-cü il tarixli 624 saylı “töhmət verilməsi” haqqında intizam tənbehi, xx.xx.2023-cü il tarixli 686 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” haqqında intizam tənbehi və xx.xx.2023-cü il tarixli 706 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərini qəbul etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçının barəsində hərəkətlərində qərəzlilik göstərdiyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək müqabiləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən bir çox hal öz təqdiqini tapmamış, müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2023-cü il tarixli 706 saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, 201 nömrəli tam orta məktəbi tərəfindən əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi ziyana görə 5000 (beş min) AZN məbləğində pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “vurulmuş mənəvi ziyana görə 5000 (beş min) AZN məbləğində pul vəsaitinin ödənilməsi” hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 686 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə” əmri və xx.xx.2023-cü il tarixli, 706 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - Bakı şəhəri 201 saylı tam orta məktəbinin coğrafiya müəllimi vəzifəsinə bərpa olumalı, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə İddiaçı əmək haqqı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 686 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə” əmri və xx.xx.2023-cü il tarixli, 706 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə - Bakı şəhəri 201 saylı tam orta məktəbinin coğrafiya müəllimi vəzifəsinə bərpa olunsun, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə İddiaçı əmək haqqı verilsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinə aid edilsin və cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbindən 40 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar