Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3062/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcmini azaldılmasına dair ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış 11.09.2018-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən, aylıq faiz dərəcəsi 2,0833% olmaqla 24 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 5000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 11.06.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz hissəsindən ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan cəmi 4782,02 manat ödəniş etmişdir. Onun iddiaçıya 217,98 manat kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü madəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 06.05.2021-ci il tarixə 329 gün üçün cavabdehin hesablanmış faiz borcu 198,18 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 06.05.2021-ci il tarixə 329 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 348,23 manat təşkil edir. Bundan başqa Cavabdeh3 "xxxx" QSC ilə 23.08.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,9167% olmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3500 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 11.06.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcundan və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 656,63 manat ödəniş etmiş və onun iddiaçıya 2843,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.Məhkəmə prosesinin gedişində cavabdeh 23.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə banka olan borcunu tam olaraq ödəmişdir.Ona görə də həmin kredit müqaviləsi üzrə hazırda cavabdehdən tələbləri yoxdur.X1 və X3 həmin kredit müqaviləsi üzrə zaminlik öhdəlikləri götürdükləri üçün onlara qarşı da heç bir tələbləri yoxdur. Qeyd edilənlərə əsasən, Cavabdeh3 Behcət oğlu ilə bağlanmış 23.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3, "xxxx" QSC-nin xeyrinə 23.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə 2740,33 manat məbləğində kredit borcu, 523,58 manat məbləğində faiz borcu, 1270 manat məbləğində cərimə olmaqla, cəmi 4534,15 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, həqiqətən də bankdan 23.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə 3500 manat kredit götürmüşdür. İlk vaxtlar borcunu ödəsə də sonradan ödəmək qabiliyyətini itirdiyi üçün ödənişləri həyata keçirə bilməmişdir. O, məhkəmədən faiz və cərimə borclarının silinərək iddianın qismən təmin olunmasını xahiş edir və söz verir ki, qalan borcu hissə-hissə ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 23.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 1,9167% olmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 36 ay müddətinə hər ay 136 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.08.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, cavabdehə 3500 manat pul ödənilmişdir. İş materiallarında olan 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 002A********** saylı 23.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin 2843,37 manat məbləğində əsas borcu, 529,17 manat faiz borcu və 1084,65 manat məbləğində cərimə borcu olmaqla cəmi 4457,19 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan Cavabdeh3 ünvanlanmış 09.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, o, kredit müqaviləsi üzrə yaranmış borc tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,iddiaçı "xxxx" QSC ilə Cavabdeh3 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviəsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 23.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1,9167% olmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 3500 manat kredit verilmişdir, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 2740,33 manat məbləğində kredit borcu, 523,58 manat məbləğində faiz borcu, 1270 manat məbləğində cərimə olmaqla, cəmi 4534,15 manat məbləğində borcu qalmışdır. Ona görə də iddia əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 23.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə 1270 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 1076,05 manat məbləğində dəbbə pulu azaldılmalı və 120 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 002A********** saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh3 2740,33 manat məbləğində kredit borcu, 523,58 manat faiz borcu, 120 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 23.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh3 002A********** saylı kredit müqaviləsi üzrə yaranmış 2740,33 manat kredit borcu, 523,58 manat faiz borcu və 120 manat cərimə, cəmi 3383,91 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulsun Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3062/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3062/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver