Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-307/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanan 04.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 29,5% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilib. Tərəflər arasında bağlanan kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunan müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozub. Nəticədə onun 19.06.2020-ci il tarixinə 2645,70 manat əsas,411,40 manat faiz,2,48 manat cərimə olmaqla cəmi 3059,58 manat borcu yaranmışdır.Qeyd olunanlara əsasən Cavabdeh 2645,70 manat əsas,411,40 manat faiz, 2,48 manat cərimə olmaqla cəmi 3059,58 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulmasını xahiş edir. İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə nümayəndəsini göndərməmişdir.İddiaçının məhkəməyə ünvanlandığı ərizədə işə onun iştirakı olmadan baxılmasını,iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" KB ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 04.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 29,5% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. 19 iyun 2020-ci tarixli maliyyə arayışından görünür ki,həmin kredit müqaviləsi üzrə Cavabdeh banka 2645,70 manat əsas,411,40 manat faiz, 2,48 manat cərimə olmaqla cəmi 3059,58 manat borcu vardır. Ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.Bank həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə onun banka 3059,58 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki iddia əsaslıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli arşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh 2645,70 manat əsas,411,40 manat faiz, 2,48 manat cərimə olmaqla cəmi 3059,58 manat borc və 30 manat dövlət rüsumunun "xxxx" KB ASCnin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2645,70 manat əsas,411,40 manat faiz, 2,48 manat cərimə olmaqla cəmi 3059,58 manat borc və 30 manat dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-307/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-307/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver