Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3071/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MMQBKT ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2020-ci il tarixli, **********6731 saylı kredit nüqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 2600 (iki min altı yüz manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 252 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard”adı qeyd edilmiş, kredit karımda təqdim edilir. Kredit müqaviləsinin 1.1ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin 11 fevral 2020-ci il tarixli, **********6731 saylı kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq 31 may 2020-ci il tarixli **********0064 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2548 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 11 iyun 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 2548.00 manat, faiz borcuna görə 185,86 manat, cərimə borcuna görə 0,00 manat, cəmi 2733.86 (iki min yeddi yüz otuz üç manat, səksən altı qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kedit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 2548,00 manat, faiz borcuna görə 185,86 manat, cərimə borcuna görə 0,00 manat, cəmi 2733,86 (iki min yeddi yüz otuz üç manat, səksən altı qəpik) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, izahatında göstərdi ki, pandemiya ilə bağlı dövlət tərəfindən iş yerlərinin bağlanması səbəbindən ödənişlərini yerinə yetirə bilməmişdir, bununla bağlı əsas məbləğin faizini ödəmək üçün müraciət etmiş və müraciəti qeyri-bank təşkilatı tərəfindən qəbul olunmuşdur. O, həmin qayda ilə ödənişlərini etmişdir. Lakin hal-hazırda ondan əsas məbləğ tələb olunur. O, işsiz olduğu üçün ayda 40-50 manat ödəniş etmək iqtidarındadır. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2020-ci il tarixli **********6731 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 28,00% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Cavabdeh 12 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 11 fevral 2020-ci il tarixli **********6731 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 31 may 2020-ci il tarixli, **********0064 saylı sazişdən görünür ki, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq 31 may 2020-ci il tarixli **********0064 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2548 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir; - 11 fevral 2020-ci il tarixli Fincard kredit vermə qəbzindən görünür ki, həmin tarixli kredit müqaviləsi üzrə 2600 manat məbləğində pul “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh hesabına köçürülmüşdür; - 18 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatının 11 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31 may 2020-ci il tarixli **********0064 saylı saziş üzrə 11 iyun 2021-ci il tarixinə 2548,00 manat əsas borcu, 185,86 manat faiz borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “FİNCA Azerbaijan” MMQBKT ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2020-ci il tarixli, **********6731 saylı kredit nüqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28,00% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə pul vəsaiti həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. 11 fevral 2020-ci il tarixli, **********6731 saylı kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq 31 may 2020-ci il tarixli **********0064 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2548 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Lakin cavabdeh kredit borcunun ödənilməsinə dair saziş ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı “FİNCA Azerbaijan” X3- Bank Kredit Təşkilatı ilə bağladığı 11 fevral 2020-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanmış 31 may 2020-ci il tarixli saziş ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 31 may 2020-ci il tarixli, **********0064 saylı saziş üzrə 2548 manat əsas borc, 185,86 manat faiz borcu olmaqla, cəmi 2733,86 manat borc Cavabdeh "FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ondan iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2548 manat əsas borc, 185,86 manat faiz borcu olmaqla, cəmi 2733,86 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3071/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3071/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver