Məhkəmə qərarları › İş №2(007)-3089/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3089/2022

23.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3089/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzi olaraq 13.870 (on üç min səkkiz yüz yetmiş) manat, vəkilə xidmət haqqı ilə bağlı ödənilmiş 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsai üçün ödənilmiş 132 (yüz otuz iki) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, iddiaçının maddi zərər olaraq tələb etdiyi yararsız hala düşmüş əşyalarla bağlı məhkəmə tərəfindən çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnamələri vardır. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)-172/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıya məxsus əmlaklar-yataq dəsti (krovat, şifoner, komod və stol)-1 ədəd, uşaq yataq dəsti-1 ədəd, divan-kreslo dəsti, kəfkirli saat-1 ədəd, qorka-1 ədəd, soyuducu-1 ədəd, stol- 1 ədəd, stul-6 ədəd, bagema meyvə qabı yaşıl-2 ədəd, bagema konfet qabı göy rəngli-2 ədəd, xrustal güldan 1 ədəd, madonna güldan-1 ədəd, maddona uzun meyvə qabı-2 ədəd, madonna ağzı qapalı qənd qabı-1 ədəd, xrustal iri rumka-5 ədəd, xrustal orta rumka-6 ədəd, xrustal rumka araq stəkanı-6 ədəd, xrustal üzun mürəbbə qabı-2 ədəd, xrustal hündür meyvə qabı-1 ədəd, xrustal ağzı qapalı konfet qabı-2 ədəd, dərin dayaz kasa qab dəsti-60 ədəd, kravin rumkası 6 ədədli-2 dəst, çay stəkanı xrustal-6 ədəd, nəlbəki-6 ədəd, oxlov-1 ədəd, dayaz qab 3 buludlu-10 ədəd, kasa balaca-6 ədəd, kasa yekə-6 ədəd, çörək qabı-2 ədəd, madonna salfet qabı-2 ədəd, çay dəzgahı 6 rumkalı-1 dəst, padnos-2 ədəd, 3 mərtəbəli madonna qab-2 ədəd, dəmir çaynik, qəfədan-1 ədəd, tok çayniki -1 ədəd, sokçəkən maşın-1 ədəd, ütü-1 ədəd, vedrə yekə-1 ədəd, vanna yekə-2 ədəd, vedrə zibil üçün-1 ədəd, su kruşkası-1 ədəd, divan kreslo üstü boz qara rəngli-1 dəst, stolüstü (kətanlı)-2 ədəd, zərli qara-1 ədəd, jurnalnı üstü süfrə (qara rəngli)-1 ədəd, stolüstü bənövşəyi gül-1 ədəd, kofeyni dəsti (göy)-6 ədəd, çay dəzgahı (maddona göy)-6 çaşkalı-dəst, balaca içi qırmızı sulu rumka-3 ədəd, zərli iri tort qabı boz-1 ədəd, narıncı rəngdə 6 dayaz tarelkası, səd buludlu-1 ədəd, qaşıq dəsti-bıçaq, çay, xörək, limon qaşığı- 12 ədəd, iri qaşıq dəsti-6 ədəd, çörək kəsmək üçün yaşıl kauçuk dəst 1 bıçaqlı-1 dəst, emalirovanıy göy qazan dəsti- 5 ədəd, sarımsaq əzən, qayçılı bıçaq dəst taxtada-1 dəst, lyustr-1 ədəd, yastıq-3 ədəd, iki yataqlı döşək 1 ədəd, iki yataqlı yorğan-1 ədəd, uşaq üçün yastıq-1 ədəd, uşaq üçün döşək-2 ədəd, uşaq üçün yorğan-2 ədəd, uşaq üçün pokrıval (çəhrayı)-1 dəst, pərdə kətan-2 ədəd, üstü tünd qırmızı rəngli 2 ədəd, adyal-1 ədəd, tünd qırmızı rəngli pakrıval-2 yastıqlı-1 dəst, kostyum şalvarla-1 dəst, kostyum yubkayla-1 dəst, şalvar cins-2 ədəd, cins kapri-1 ədəd, yubka -1 ədəd, koftalar qış üçün-6 ədəd, koftalar yay üçün-11 ədəd, toy geyimi don ağlı-qaralı-1 ədəd, tək atlasdan kostyum-1 ədəd, jaket-2 ədəd, sumka-3 ədəd, ayaqqabı payız-3 ədəd, boyun şərfləri–3 ədəd, kəmərlər-2-3 ədəd, saş feni-1 ədəd, fen dəsti, uzun geyimləri: payız kurtkası-3 ədəd, palto–2 ədəd, papaq-2 ədəd, çəkmə-2 cüt, yay ayaqqabısı-4 cüt, payız ayaqqabısı-4-5 cüt, idman dəsti-4ədəd, jaket-2 ədəd, koftalar, alt paltarı, kalqotka və s. oyuncaq iri maşın, at, maral, yekə oyuncaqlar-Cavabdeh alınaraq İddiaçı verilməsi və 20 manat dövlət rüsumu cavabdehdən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3789/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra X6 cavabdehlər Cavabdeh, X2 və X3 qarşı əmlaklardan istifadəyə maneələrin aradan qaldırılması, əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi və sıradan çıxarılmış əmlakların əvvəlki vəziyyətinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-189/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, ünvan 1 ünvanda yerləşən iddiaçı X4 məxsus 2 ədəd çarpayı, yanında olan iki ədəd tumba ilə birlikdə, bir ədəd şifoner, iki kreslo 1 divan, 1 ədəd kəfkirli saat, 1 ədəd yemək masası, iki ədəd stul, 5 ədəd xrusttal iri rumka, bir ədəd xrustal hündür meyvə qabı, 2 dəst qrafin rumkası (5əd), 1 dəst 6 nəfərlik çay dəstgahı (nəlbəkiləri yoxdur), 1 boz qara rəngdə kreslo-divan üstü (iki ədəd kreslo üçün örtük yoxdur), 1 dəst 6 nəfərlik göy rəngli kofeyni dəst (bir ədəd fincan çatışmır), 4 ədəd şüşə qapaqlı qazan dəsti, 1 ədəd taxta karniz əşyalarından iddaçı tərəfindən istifadəyə cavabdehlər Cavabdeh, X5 və X7 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qeyd olunan əşyaların yerinin dəyişdirilməsinin Cavabdeh, X2 və X3 qadağan edilməsi, qalan hissədə iddianın təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manatın Cavabdeh və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmşdir. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, hal-hazırda mənzildə olan və ekspert rəyinə təqdim olunmuş əşyalarda mövcud olan qüsurlar, çatışmazlıqlar, köhnəlmə uzun müddət istifadə olunmaqla baş vermiş təbii aşınma nəticəsində əmələ gəlmişdir və cavabdehlər tərəfindən həmin əşyalara ziyan vurulması öz təsdiqini tapmır. Ekspert rəyində də qeyd olunur ki, “rəyin tədqiqat hissəsində qeyd edilən mövcud olan qüsurlar həm insan amili və həm də təbii aşınma nəticəsində baş verməsi istisna deyil”. Bununla yanaşı, iddiaçı X5 cavabdeh X4 qarşı “əmlakın məcburi qaydada mənzildən çıxarılması” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1904/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2ünvanından 1) yataq dəsti; 2) stolstul; 3) şkaf-qorka; 4) uşaq yataq dəsti 1 ədəd; 5) divan kreslo dəsti; 6) kəfkirli saat; 7) qırmızı rəngli bagema qrafin 5 ədəd rumka (biri sınıb); 8) xrustal güldan 1 ədəd; 9) Madonna güldan 1 ədəd, 10) Madonna üzüm-meyvə qabı 2 ədəd; 11) 1 ədəd xrustal hündür meyvə qabı; 12) 2 ədəd çörək qabı; 13) dəmir çaynik qəfədan 1 dəst; 14) sok çəkən maşın 1 ədəd; 15) 1 ədəd yekə vanna; 16) 1 ədəd kiçik vanra; 17) zibil vedrəsi 1 ədəd; 18) qaşıq dəsti, bıçaq, çay, xörək, limon qaşığı, tort qaşığı 12 ədəd; 19) 2 ədəd şüşə qapaqlı qazan dəsti; 20) emalirovannı göy qazan dəsti 4 ədəd; 21) fındıq qıran, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxta 1 dəst; 22) taxta karniz 1 ədəd; 23) çil-çıraq 1 ədəd; 24) yastıq 3 ədəd; 25) iki yataqlı döşək 1 ədəd; 26) iki yataqlı yorğan 1 ədəd; 27) uşaq üçün yastıq 1 ədəd; 28) uşaq üçün döşək 1 ədəd; 29) uşaq üçün yorğan 1 ədəd; 30) uşaq üçün pokrıval çəhrayı 1 dəsti çıxarılılaraq məcburi qaydada X4 təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli məktubla İddiaçı məlumat üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1904/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindəki əmlakın təhvil alınmasını qəsdən yubatması əmlakların saxlanca verilməsinə və saxlanc xərclərinin ondan tutulmasına və qətnamənin icrasından qəsdən qərəzli yayınmanın inzibati və cinayət məsuliyyətinə səbəb ola biləcəyi bildirilmiş və 5 gün ərzində icra şöbəsinə müraciət edilməsi xahiş edilmişdir. Bundan sonra İddiaçı məhkəməyə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət vermiş və şikayət Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı icra məmurunun hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 8(103)-657/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadla bağlı xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, hazırda tələb olunan əşyalar vurulmuş maddi ziyan məbləği yuxarıda göstərilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında artıq qiymət verilmiş əşyalar ilə bağlıdır və həmin əşyaların bəzisinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-189/2019 saylı qətnaməsi ilə cavabdeh tərəfindən ziyan dəymədiyi də müəyyən olunmuşdur. Həmçinin məhkəmə izah edir ki, əşyaların yararsız hala salınmasına görə əgər həmin əşyalar icra qaydasında cavabdeh tərəfindən qaytarılmamışdırsa, məhv olmuş və ya zədələnmişdirsə bu faktlar icra mərhələsində öz təsdiqini tapdığı halda, iddiaçı icra qaydasında eyni növ əşyaların alınıb ona verilməsini qarşı tərəfdən tələb edə bilər. Belə olan halda, hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qətnamələr olması, həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğundan iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad iddiaçı tərəfindən ödənilmiş 133,0 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar