Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-309/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank olmayan Kredit Təşkilatı "xxxx"QSC ilə Cavabdeh oğlu arasında bağlanmış 20 iyun 2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərti ilə1680 manat kredit verilmişdir.Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozur,krediti ödəməkdən yayınır.Borcluya bir-neçə dəfə xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməyib.Borclunun 20 iyun 2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsi üzrə 30.09.2021-ci il tarixinə gecikdirilmiş əsas borcu 1187.01 manat,faiz borcu 486.39 manat,cəmi borc 1673.40 manat təşkil edir.Qeyd olunanlara əsasən 20 iyun 2019-cu il tarixli 219-0***-******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 1187.01 manat əsas borc, 486.39 manat faiz borcu olmaqla cəmi 1673.40 manat kredit borcunun və 37 manat dövlət rüsumunun Bank olmayan Kredit Təşkilatı "xxxx"QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx"QSC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ünvanlandığı ərizədə iddiaçının nümayəndəsi Hüseynov Arif işə onun iştirakı ilə baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh ilə «Bank olmayan Kredit Təşkilatı "xxxx"QSC arasında bağlanmış 20 iyun 2019-cu il tarixli 219-0***-******* saylı nəğd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 12 ay müddətinə ödəmək şərti ilə1680 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka həmin müqavilə üzrə 1187.01 manat əsas borcu, 486.39 manat faiz borcu olmaqla cəmi 1673.40 manat kredit borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, bank tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.İddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, cavabdeh isə öz öhdəliklərinə əməl etməmişdir.Hal-hazırda cavabdehin 1673.40 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan Bank olmayan Kredit Təşkilatı "xxxx"QSC-nin xeyrinə 20 iyun 2019-cu il tarixli 219-0***-******* saylı krediti müqaviləsi üzrə 1187.01 manat əsas borc, 486.39 manat faiz borcu olmaqla cəmi 1673.40 manat kredit borcu və 37 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh oğlundan Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə 20 iyun 2019-cu il tarixli 219-0***-******* saylı krediti müqaviləsi üzrə 1187.01 manat əsas borc, 486.39 manat faiz borcu olmaqla cəmi 1673.40 manat kredit borcu və 20 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-309/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-309/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver