Məhkəmə qərarları › İş №2(007)-3096/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3096/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3096/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" BOKT MMC-dən illik 35 faizlə 24 ay müddətinə 1050 manat kredit götürmüşdür. "xxxx" BOKT MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 953 nömrəli, 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 21 yanvar 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə FİNtrend” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə (hazırda İddiaçı ASC) ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 04 iyun 2021-ci il tarixədək Cavabdeh banka 14 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 881,21 manat əsas borc, 248,84 manat faiz borcu və 274,96 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1405,01 manat borcu vardır. Xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 881,21 manat əsas borc, 248,84 manat faiz borcu və 274,96 manat cərimə olmaqla, cəmi 1405,01 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, MMC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 35 faizlə 1050 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış gecikdirilən hər gün üçün cərimənin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 21 yanvar 2020-ci il tarixli sazişin surətindən görünür ki, "xxxx" BOKT MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 14 yanvar 2020-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" BOKT MMC-dən kredit götürməsinə dair müqavilə üzrə tələb etmək hüququ "xxxx" İKB ASC-yə (hazırda İddiaçı ASC) ötürülmüşdür. İşə əlavə olunmuş İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 14 yanvar 2020-ci il tarixli müqavilə üzrə 881,21 manat əsas borcu, 248,84 manat faiz borcu və 274,96 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh 14 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış gecikdirilən hər gün üçün faiz və cəriməni ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 14 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 881,21 manat əsas borc, 248,84 manat faiz borcu və 274,96 manat cərimə borcu olmaqla, cəmi 1405,01 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar