Məhkəmə qərarları › İş №2(007)-316/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-316/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-316/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, X3 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı borc tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər X2 Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 vəvat etməsi ilə əlaqədar onun hüquqi varisi Cavabdeh2 işə cəlb olunmasını xahiş etmiş və ərizə təmin olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı ilə X4 arasında bağlanan 03 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən cavabdehə illik 28 faizlə 36 ay müddətinə 5000 ABŞ dolları kredit verilmişdir.Cavabdeh1 ilə bank arasında 03 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar.04 may 2020-ci ilədək X1 banka cəmi 4786,71 ABŞ dolları borcu vardır. X8 25 iyun 2018-ci il tarixdə vəfat etdiyi üçün onun arvadı Cavabdeh2 qanun üzrə vərəsəsi müəyyən edilib, buna görə də, iddia tələbinə ona aid hissədə dəqiqləşmə ərizəsi vermişlər. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar.Qeyd olunanlara əsasən iddianın təmin edilməsi,cavabdehlər Cavabdeh2 vəCavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 03 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 2095.59 ABŞ dolları əsas borcun,2251.27 ABŞ dolları faiz borcunun,170.ABŞ dolları cərimənin və 03.06.2018-ci il tarixdən 04.05.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 269.2 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 4786.71 ABŞ dolları borcun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs hər hansı bir zaminlik müqaviləsi bağlamayıb. Tərəflər arasında olan iddia ərizəsi ilə bağlı digər hakimin icraatında olan işdə xətşünaslıq ekspertizası təyin edilib və bununla bağlı müvafiq rəy verilib.Həmin rəydə qeyd edildiyi kimi zaminlik müqaviləsində olan imzalar hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən icra olunmayıb. Ona görə də, hesab edir ki,iddia Cavabdeh1 aid hissədə rədd edilməlidir, eyni zamanda onun imzasının saxtalaşdırılması ilə qanun pozuntusu baş verdiyindən iş üzrə xüsusi qərardad çıxarılmalıdır. Cavabdeh2 qız məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: «xxxx» İKB ASC- ilə cavabdeh X4 arasında bağlanmış 03 iyun 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 28 faizlə 36 ay müddətinə 5000 ABŞ dolları kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. 03.06.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, X2 5000 ABŞ dolları kredit verilmişdir. «xxxx» İKB ASC- ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsində qeyd olunur ki,zamin Cavabdeh1 «xxxx» İKB ASC- ilə X4 arasında bağlanmış 03 iyun 2015-ci il tarixli kredit müqaviləsi ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Maliyyə arayəşəndan görünür ki,cavabdehin 03 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2095.59 ABŞ dolları əsas borcu,2251.27 ABŞ dolları faiz borcu,170.ABŞ dolları cərimə və 03.06.2018-ci il tarixdən 04.05.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 269.2 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 4786.71 ABŞ dolları borcu vardır. ünvan 1 ünvanlanmış 26 aprel 2021-ci il tarixli məktubdan və həmin məktuba əlavə olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki,25.06.2018-ci il tarixdə ölmüş X1 vərəsəsi arvadı Quliyeva Rəsmiyyə Mirzəağa qızıdır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş və məhkəmənin 01 aprel 2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanmış 2(007)138/2019 saylı mülki işin materialları tədqiq olunmuşdur.Həmin işə baxılan zaman xətşünaslıq ekspertizası təyin olunmuş,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Murad Kərimovun tərtib etdiyi 27 fevral 2017-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Ekspertizaya təqdim edilmiş ,mülki işin 75ci vərəqində olan «xxxx» İKB ASC-nin Lökbatan filialı ilə X4 arasında bağlanmış 03 iyun 2015-ci il tarixli,19-Z1-2-0-298-15 saylı zaminlik müqaviləsinin aşağı sol küncündə “Zamin”qrafasındakı imza Cavabdeh1 tərəfindən yox,başqa şəxs tərəfindən icra olunmuşdur.Həmin imzanın Cavabdeh1 imzasına oxşadılmaqla icra olunması əlamətləri müşahidə olunmadı” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı X4 ilə «xxxx» İKB ASC-nin Lökbatan filialı arasında 03 iyun 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən «xxxx» İKB ASC-dən cavabdehə illik 28 faizlə 36 ay müddətinə 5000 ABŞ dolları kredit verilmişdir.Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunaraq razılışdırılmış məbləğdə kredit X2 verilsə də sonuncu öz öhdəliklərini tam və lazimi qaydada icra etməmişdir. 25.06.2018-ci il tarixdə X4 vəfat etmişdir və onun vərəsəsi olan arvadı Quliyeva Rəsmiyyə Mirzəağa qızı cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia X2(hal hazırda onun hüquqi varisi Quliyeva Rəsmiyyə Mirzəağa qızına)münasibətdə əsaslı olduğundan qismən təmin edilməli, Quliyeva Rəsmiyyə Mirzəağa qızından 2095.59 ABŞ dolları əsas borc,2251.27 ABŞ dolları faiz borcu,170.ABŞ dolları cərimə və 03.06.2018-ci il tarixdən 04.05.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 269.2 ABŞ dolları əldən çıxmış fayda(əlavə faiz borcu) olmaqla cəmi 4786.71 ABŞ dolları borcuİddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qabul edərək hesab edir ki, Cavabdeh1 münasibətdə iddia rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Quliyeva Rəsmiyyə Mirzəağa qızından 2095.59 ABŞ dolları əsas borc, 2251.27 ABŞ dolları faiz borcu,170.ABŞ dolları cərimə və 03.06.2018-ci il tarixdən 04.05.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 269.2 ABŞ dolları əldən çıxmış fayda(əlavə faiz borcu) olmaqla cəmi 4786.71 ABŞ dolları borcuİddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar