Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3204/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə əsas borcun və gecikdirilmiş icra üçün illik 5% kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə əsas borcun və gecikdirilmiş icra üçün illik 5% kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 80.000 manat borc məbləğinin və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması müəyyən edilmiş, icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsində icraata başlanılmış və aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hansı ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu notariusun icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra – məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Həmin qanunun 6.1.4-cü bəndinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Göründüyü kimi, icra qeydi icra sənədi sayılır və icra qeydi üzrə olan ödənişlərin edilib-edilməməsi, bununla bağlı tədbirlərin görülməsi icra məmurunun səlahiyyətlərinə aiddir. Bu barədə müraciətlərə isə məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, məhkəmə qətnamələrinin icra qaydasında ərizə və ya şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. Halbuki, iddiaçının gecikdirilmiş icra üçün illik 5% kompensasiyanın tutulması hissəsində iddia tələbinə mülki iddia icraatında ayrıca mahiyyəti üzrə baxılması mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə əsas borcun və gecikdirilmiş icra üçün illik 5% kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3204/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3204/2025
26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver