Məhkəmə qərarları › İş №2(007)-324/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-324/2022

23.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-324/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı qarşı dəymiş ziyanın və hüquqi yardıma görə ödədiyi xərcin tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı dəymiş ziyanın və hüquqi yardıma görə ödədiyi xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC adı "xxxx" MMC-nə dəyişdirildiyi üçün 13.05.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" MMC "xxxx" MMC ilə əvəz olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, 12 may 2021-ci il tarixdə,’’Davinci Hospitalıda” (indiki "xxxx") həmin hospitalın həkim cərrahı Elnur Mehrəli tərəfindən ona “blefaroplastika” və “üz gərmə” əməliyyatı edilmişdir.Həkimlə görüşərkən o, əməliyyatın icra olunması üçün 3200 manat istəmişdir.Mən həmin pulu klinikaya ödəmiş və əməliyyat olunmuşdur. Əməliyyatdan öncə Elnur Mehrəli on əməliyyatının uğurlu və tam qüsursuz olacağına söz vermiş,hətta bir problem olarsa klinikanın və onun etdiyi əməliyyatın arxasında olacaaqlarını söyləmişdir.Artıq əməliyyatdan 5 ay keçməsinə baxmayaraq üzündə şişkinlik,üz cizgilərinin günü-gündən əyilməsi,gözlərinin aşağıya doğru dartılması gözlərində quruluga səbəb olub və bu da görmə qabiliyyətinin zəifləməsinə doğru gedir.İddia ərizəsinə əlavə olunan fotoşəkillərdə üz nahiyəsinin şişkinliyi,gözün birinin aşağıda,birinin isə yuxarıda olması,bir sözlə estetik cəhətdən çox bərbad olması görünür.Həm sağlamlığı,həm də psixoloji gərginlik onun cəmiyyətdən təcrid olunmasına gətirib çıxarıb. Dr.Elnur Mehrəli ilə əməliyyatdan 3 ay sonra görüşmüş və ona üzünün çox bərbad olması barədə söyləmişdir, o isə 6 aydan sonra hər şeyin normal vəziyyətə düşəcəyini söyləymişdir.Lakin axır iki aydı ki, Elnur Mehrəli telefonlarına cavab vermir.Bundan sonra klinika ilə baş həkim Elşən Kələntərli ilə həm özü,həm də vəkili vasitəsilə əlaqə saxlamasına baxmayaraq, pulunu qaytarmaqdan imtina etmişlər.Yenidən üzündə və gözündə əmələ gələn fəsadları aradan qaldırmaq üçün ödədiyi 3200 manat pulu geri tələb etsə də,klinika və həkim bundan boyun qaçırır,onu öz laqeydlikləri ilə daha da alçaldırlar. Əməliyyatın fəsadlarının aradan qaldırılması üçün digər həkimlərə müraciət etmişdir,lakin bunun üçün ondan ödəniş tələb olunur.Ödəniş etməyə isə hazırda maddi imkanı yoxdur.Hazırda gözündə,həm estetik,həm də sağlamlıq cəhətdən ciddi problemlər mövcuddur,görmədə problem yaranıb. Bunun üçün də dərmanlardan,göz damcısından daimi istifadə etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən əməliyyat üçün ödədiyi 3200 manat pulun vəkil xərcləri üçün ödədiyi 500 manat pulun "xxxx" MMC-dən alınıb ona verilməsinə dair qətnamə çıxsrılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki,məhkəməyə təqdim etdiyim epikrizlərdən və əməliyyat sənədlərindən də, göründüyü kimi iddiaçıya edilən əməliyyat düzgün aparılıb,hər hansı bir nöqsana yol verilməyib. Bunu məhkəməyə təqdim olunan ekspert rəyi də təsdiq edir. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, iddia ərizəsi əsassız olduğundan təmin olunmasın. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydad xəbərdar olunsa da məhkəməyə gəlməmişdir.Əvvəlki məhkəmə iclasında iddiaçı,onun nümayəndəsi-vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izhat vermişlər. Məhkəmə MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və onun nümayəndəsinin-vəkilinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3 X7 31.01.2022-ci il tarixli, 1015/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı aparılan estetik əməliyyat zamanı həkim səhvinə yol verilməmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert X1 izahat verərək göstərdi ki,məhkəmə tibbiekspertizası keçirilib, xanım müayinə olunub və bununla bağlı müvafiq rəy tərtib olunub.Rəydə göstərilənləri müdafiə edir. Məhkəmə iclasında dindirilmiş ekspert ekspert X2 izahat verərək göstərdi ki, o da qeyd etmək istəyir ki, tibbi-ekspertizaı keçirilib, xanım müayinə olunub və bununla bağlı müvafiq rəy tərtib olunub.Rəydə göstərilənləri müdafiə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.İddiaçının və onun nümayəndəsinin-vəkilinin məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatları iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir.Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı dəymiş ziyanın və hüquqi yardıma görə ödədiyi xərcin tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar