Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3244/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin Xaliq oğluna qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin Xaliq oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 May filialı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsinə əsasən, faiz dərəcəsi 24.5% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Zamin Xaliq oğlu arasında 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsinə əsasən 16 iyul 2021-ci il tarixinədək 8,000 (səkkiz min) manat əsas borc, 1,508.14 (min beş yüz səkkiz manat, on dörd qəpik) manat faiz borcu, 1,671.44 (min altı yüz yetmiş bir manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 11,179.58 (on bir min yüz yetmiş doqquz manat, əlli səkkiz qəpik) manat borcu vardır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB- 323 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcdan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 24.5% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa. Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə. Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3cü bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4cü bəndə əsasən borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 May ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh banka olan 8,000 (səkkiz min) manat əsas borc, 1.508.14 (min beş yüz səkkiz manat, on dörd qəpik) manat faiz borcu, 1,671.44 (min altı yüz yetmiş bir manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 11,179.58 (on bir min yüz yetmiş doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh, zamin - Zamin Xaliq oğlu) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 13.08.2021-ci il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 May filialı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh banka olan 8,000 (səkkiz min manat) manat əsas borc, 1,904.93 (min doqquz yüz dörd manat, doxsan üç qəpik) manat faiz borcu, 1,671.44 (min altı yüz yetmiş bir manat, qırx dörd qəpik) cərimə borcu olmaqla, ümumilikdə 11,576.37 (on bir min beş yüz yetmiş altı manat, otuz yeddi qəpik) manat məbləğində borcun və bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh, zamin - Zamin Xaliq oğlu) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin Xaliq oğluna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya faiz dərəcəsi 24.5% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən kreditin ödənişi gecikdirildikdə borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda müqavilədə və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və.s xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ var. İş materiallarında olan Zamin Xaliq oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Zamin Xaliq oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş materiallarında olan 23.09.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən borcluya 8000 manat məbləğində pul təhvil verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 23-dən gec olmayaraq ilk 3 ay müddətinə 163.33 manat, qalan 21 ayı 472.25 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 May filialı ilə X4 arasında 23.09.2020-ci il tarixində MKOS- FB-323 saylı kredit müqaviləsi bağlanmışdır. Borcalan həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. 13.08.2021-ci il tarixinə 8000 manat əsas, 1904.93 manat faiz, 1671.44 manat dəbbə borcu olaraq ümumilikdə 11576.37 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC-nin 28 May filialı arasında bağlanmış 23.09.2020-ci il tarixli, MKOS-F13-323 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh illik 24.5% olmaqla 24 (iyimi dörd) ay müddətinə 8 000 (səkkiz min) Azərbaycan manatı məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinə əsasən ayrılmış kreditin aylıq ödənişi hər ayın 23-ü tarixində icra edilməli idi. Lakin, borclu üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən borcluya dəfələrlə şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq, kredit üzrə borc ödənilməmiş qalmışdır. Verilmiş kreditin təminatı kimi Zamin Xaliq oğlu ilə İddiaçı ASC-nin 28 May fıiialı arasında 23.09.2020-ci il tarixli, MKOS-KB-323 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2 və 2.3 cü maddəsinə əsasən zaminlər onlara məxsus olan bütün əmlakları ilə borclu kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etmədikdə borclu ilə birlikdə eyni həcmli məsuliyyəti öz üzərlərinə götürür. Həmçinin «Bank» zamin şəxslərdən kredit məbləğini onun faizini və kredit borcuna hesablanmış cərimə faizini tələb etmək ixtiyarına malikdir. Kredit müqaviləsinin şərtlərinə əsasən 16.04.2021-ci il tarixə, ödəniş cədvəli üzrə 945.8 manat əsas borc, 799.84 manat faiz borcu, 451.89 manat gecikən günlərə görə cərimə olmaqla 2 197.53 manat cədvəl üzrə ödənilməmiş borc və ümumilikdə 9 393.23 manat ödənilməmiş borc qalmışdır. İddiaçı ASC-nin 28 May filialı borclulara xəbərdarlıq edərək bildirir ki, 3 iş günü müddətində banka olan borcun ödənilməsinin tam təmin edilməsi, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və bank tərəfindən götürülmüş kreditin ödənilməmiş hissəsinin əmlaka yönəldilməsinə dair iş materialları hazırlanıb aidiyyatı üzrə məhkəmə orqanlarına, göndəriləcəkdir. Məhkəmədə iddia qaldırılması məqsədi ilə çəkilən məhkəmə xərcləri ümumi borcun 7%-i miqdarında əlavə məbləğin və dövlət rüsumunun ödənilməsinə səbəb olur ki, həmin vəsait də məhkəmə tərəfindən borclulardan tutulacaqdır. İş materiallarında olan 22.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Zamin isə zaminlik vəzifəsini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsi üzrə 1671.44 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 1671.44 manat məbləğində dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 May filialı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməli, cavabdehlər Cavabdeh və Zamin Xaliq oğlundan müştərək qaydada 8,000 (səkkiz min) manat əsas borc, 1.904.93 (min doqquz yüz dörd manat, doxsan üç qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 10004,93 (on min dörd manat, doxsan üç qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumundan 26 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 04 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 May filialı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli MKOS-FB-323 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilsin. Cavabdehlər Cavabdeh və Zamin Xaliq oğlundan müştərək qaydada 8,000 (səkkiz min) manat əsas borc, 1.904.93 (min doqquz yüz dörd manat, doxsan üç qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 10004,93 (on min dörd manat, doxsan üç qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumundan 26 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 04 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3244/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3244/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver