Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-327/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı borc tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanan 28 iyul 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə 4 nömrəli razılaşmaya əsasən cavabdehə 120 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaqla, 100000 manat kredit limitinin ayrılması nəzərdə tutulub.Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən,sonunca kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 veriləcək kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürüb. 28 iyul 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə 5 nömrəli razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 22 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilib. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il oktyabr ayının 14-dək Cavabdeh2 banka 28 iyul 2021-ci ıxİi kredit müqaviləsi üzrə 6749.84 AZN əsas borc, 638.37 AZN faiz borcu, 211.21 AZN cərimə borcu olmaqla, ümumilikdə 7599.42 AZN borcu vardır. Cavabdeh2 Ohəd oğlunun 28 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 211.21 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 105.61 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Qeyd olunanlara əsasaən cavabdehlər Cavabdeh1 və X1 İddiaçı ASC-nin xeyrinə 6749.84 AZN əsas borc, 638.37 AZN faiz borcu, 105.61 AZN cərimə borcu olmaqla, ümumilikdə 7493.82 manat borcun və 94.94 dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şıxsin izahatınl dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanan 28 iyul 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə 4 nömrəli razılaşmadan görünür ki, cavabdehə 120 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaqla, 100000 manat kredit limitinin ayrılması nəzərdə tutulub. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanan 28 iyul 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə 4 nömrəli razılaşmadan görünür ki, cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz olmaqla, 10000 manat məbləğində kredit limitinin verilmişdir. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki,zamin Cavabdeh1 həmin kredit xətti razılaşmasına uyğun olaraq öz üzrənə zaminlik öhdəlikləri götürmüşdür. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 9850 manat kredit nəğd olaraq verilmişdir. xx.xx.2022-ci il tarixili maliyyə arayışından görünür ki,Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 6749.84 manat əsas, 638.37 manat faiz,211.21 manat cərimə olmaqla cəmi 7599.42 manat borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 94.94 manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktubundan görünür ki iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə nəzərdə tutulan məbləğdə krediti nəğd şəkildə cavabdehə vermişdir. Lakin sonuncu müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir və xx.xx.2022-ci il tarixinə cavabdehin İddiaçı ASC-nə 6749.84 manat əsas, 638.37 manat faiz,211.21 manat cərimə olmaqla cəmi 7599.42 manat ödənilməmiş borcu qalmışdır.Digər Cavabdeh1 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1 və X1 İddiaçı ASC-nin xeyrinə 6749.84 AZN əsas borc, 638.37 AZN faiz borcu, 105.61 AZN cərimə borcu olmaqla, ümumilikdə 7493.82 manat borc və 94.94 dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və X1 İddiaçı ASC-nin xeyrinə 6749.84 AZN əsas borc, 638.37 AZN faiz borcu, 105.61 AZN cərimə borcu olmaqla, ümumilikdə 7493.82 manat borc və 94.94 dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-327/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-327/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver