Məhkəmə qərarları › İş №2(007)-3272/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3272/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3272/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09.07.2021-dək Cavabdeh banka 01.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3574.86 manat əsas borc, 1062.38 manat faiz borcu, 346.23 manat cərimə və kredit müqaviləsi üzrə 01.07.2021 il tarixdən, 09.07.2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 4 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4987.47 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01.04.2019-cü il tarixli kredit müqaviləsi üzrə 3574.86 manat əsas borc, 1062.38 manat faiz borcu, 346.23 manat cərimə və kredit müqaviləsi üzrə 01.07.2021-ci il tarixdən, 09.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 4 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4987.47 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Bankdan 6000 manat pul məbləğini 28 %-lə 24 ay müddətinə kredit götürmüşdür. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 01 aprel 2019-cu il tarixli 11-MY-1-0-683-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh Nikoyl İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə hər ay 329.33 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.05.2020-ci il tarixli 11-MY-1-0-683-19 saylı 01.04.2019-cu il tarixli kredit müqaviləsinə Əlavə Saziş 1-dən görünür ki, kredit müqaviləsinin tarixi 01.07.2021-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. İş materiallarında olan 11-MY-1-0-683-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavənin ödəniş cədvəlindən görünür ki, borclu 3623.26 manat əsas borcu 28 % olmaqla 14 ay müddətinə ilk 3 ay əsas məbləğdə güzəşt olunmaqla birinci ay 256.50 manat, 2-ci və 3-cü ayları 84.54 manat yalnız faiz borcu, qalan 11 ayı isə 377.27 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin 16.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 01 aprel 2019-cu il tarixli 11- MY-1-0-683-19 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz olmaqla 24 ay müddətinə verilmiş kredit üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 09.07.2021-ci il tarixə İddiaçı ASC-yə 3574.86 manat əsas borc, 1062.38 manat faiz borcu, 346.23 manat cərimə və kredit müqaviləsi üzrə 01.07.2021-ci il tarixdən, 09.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 4 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4987.47 manat borcu vardır. İş materiallarında olan 01.04.2019-cu il tarixli kassa məxaric qəbzindən görünür ki, "xxxx" İKB ASC-dən Cavabdeh 6000 manat məbləğində pulu qəbzə imza etməklə əldə etmişdir. İş materiallarında olan 02.03.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilmiş və İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli 11- MY-1-0-683-19 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 28 faiz olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.05.2020-ci il tarixli 11-MY-1- 0-683-19 saylı 01.04.2019-cu il tarixli kredit müqaviləsinə Əlavə Saziş 1-dən görünür ki, kredit müqaviləsinin tarixi 01.07.2021-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 11-MY-1-0-683-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavənin ödəniş cədvəlinə əsasən borclu 3623.26 manat əsas borcu 28 % olmaqla 14 ay müddətinə ilk 3 ay əsas məbləğdə güzəşt olunmaqla birinci ay 256.50 manat, 2-ci və 3-cü ayları 84.54 manat yalnız faiz borcu, qalan 11 ayı isə 377.27 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 3574.86 manat əsas borc, 1062.38 manat faiz borcu, 346.23 manat cərimə və kredit müqaviləsi üzrə 01.07.2021-ci il tarixdən, 09.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 4 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4987.47 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 01 aprel 2019-cu il tarixli 11-MY-1-0-683-19 saylı kredit müqaviləsi üzrə 346.23 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 346.23 manat məbləğində dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 01 aprel 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 3574,86 manat əsas, 1062.38 manat faiz, 50 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 4691,24 manat və 27 manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 01 aprel 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 3574,86 manat əsas, 1062.38 manat faiz, 50 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 4691,24 manat və 27 manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar