Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-330/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan avtomaşına vurulmuş maddi ziyanın əvəzi olaraq 1570 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun, cəmi 1606 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, buraxılış ili 2007-ci il olan "Toyota Priıus" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətindədir. Həmin avtomaşını etibarnamə əsasında idarə elmək üçün Cavabdeh vermişdir. Cavabdeh 19 sentyabr 2022-ci il tarixdə saat 12.10 radələrində "Toyota Prius" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Topçubaşov küçəsi ilə hərəkət edərək B.Səfəroğlu küçəsinin kəsişməsində stop işarəsini gözləyərək hərəkətə başlayarkən B.Səfəroğlu küçəsi ilə hərəkət edən "Toyota Prius" markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə ilə əlaqədar Bakı şəhəri Yasamal rayon Pİ-nin Təhqiqat şöbəsində araşdırma aparılaraq xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsi və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal rayon Pİ-nin DYPŞ-nə gəndərilmişdir. Yasamal rayon Pİ-nin DYPŞ-nin Yol Patrul Xidməti İnspektoru Polis baş leytenantı X1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə nəticəsində onun mülkiyyətində olan "Toyota Prius" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Ziyan məbləğini müəyyənləşdirmək üçün "xxxx" MMC-yə müraciət etmiş və "xxxx" MMC tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli 53/2022 nömrəli qüsur aktına əsasən avtomaşınına dəymiş ziyanın məbləği 1570 manat müəyyən edilmişdir. Hadisə baş verəndən sonra Cavabdeh mülkiyyətində olan avtomaşına vurulmuş ziyanın ödənilməsini bildirsə də sonradan ziyanı ödəməkdən boyun qaçırmışdır. Cavabdeh təqsirli hesab edilməsinə baxmayaraq indiyə kimi ona vurduğu zərəri aradan qaldırmamış və buna cəhd etməmişdir. Dəfələrlə cavabdehə ziyanın ödənilməsini bildirməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. O da hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096cı maddəsinin tətbiqi üçün üç hüquqi şərt mövcud olmalıdır. Birinci hüquqi şərtin mövcudluğu işdə olan Azərbaycan Respublikasının DİN-in Bakı şəhəri Yasamal rayon Pİnin DYPS-nin 03 oktyabr 2022-ci il tarixli, İP ******* nömrəli X2rarı ilə öz təsdiqini tapırmışdır. İkinci hüquqi şərtin mövcudluğu, yəni onun əmlakına maddi zərərin vurulması iddia ərizəsinə əlavə olunmuş "Avtoservis 555“ MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı ilə öz təsdiqini tapmışdır. Onun əmlakına vurulmuş zərərin məhz cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində vurulması va əməllə nəticə arasında səbəbli əlaqənin olması iddia ərizəsinə əlavə olunmuş sübutlarla təsdiqini tapmışdır. Səbəbli alaqə əməllə nəticə arasında elə bir əlaqəni nəzərdə tutur ki, həmin nəticəni yalnız həmin səbəb doğursun və digər səbəblər istisna edilsin. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyinə etiraz etmir və rəydə qeyd edilən məbləğ ilə razıdır. Avtomobilə çəkilmiş xərcin qiyməti 1570 manat müəyyən edilmişdir. O, həmin məbləğə heç əlavə xərcləri daxil etməmiş, buraya yalnız kosmetik xərclər daxil edilmişdir. Onun qəzadan sonra 2500 manat xərci çıxmışdır. Qəzadan sonra cavabdeh bir dəfə də olsun maşınla, təmiri, digər xərcləri ilə maraqlanmamış və heç bir şey etməmiş, o da avtomobili məcbur servisə göndəmişdir. Onun avtomobilinin qəzadan sonra motoru yanmış, avtomobil qəzadan sonra ustalara aparılaraq onlarda qalmışdır. Avtomobil ilə bağlı bütün ustalar ehtiyyat hissələri baha olduğu üçün 600-700 manatdan yuxarı qiymət demişdir. O, özünə işçi götürmür, şəriki də yoxdur. Sadəcə cavabdeh ilə icarə müqaviləsi bağlamış və avtomobili sürülməsi üçün etibarnamə ilə icarəyə vermişdir. Cavabdeh də etibarnamə ilə verdiyi avtomobili sürdükdən 2 gün sonra qəza etmişdir. Əgər avtomobil xarab idisə cavabdeh necə işə çıxmışdır. Cavabdeh avtomobili doğru idarə etmədiyinə, qırmızı işıqda keçdiyinə görə 40 manat məbləğində cərimə edilib. Cavabdeh tərəfindən 160 manat evakuatora görə pul ödənilmişdir. O, cavabdehdən özü üçün heç nə istəmir, uşağın müalicəsinə kömək etməsini istəyir və pulu da sərt şəkildə tələb etməmiş, sadəcə yazılı olaraq ilk ondan xərci tələb etmişdir. Əgər cavabdeh avtomobili vaxtında təmir etdirsəydi, ona verdiyi formada qaytarsa idi məsələ bu vəziyyətə gəlməzdi. Məhkəmə iclasında Cavabdeh ekspert rəyi ilə və rəydə qeyd olunan məbləğ ilə razı olmadığını, iddianı qismən, yəni 400-500 manat məbləğ qeyd edilən hissədə qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, avtomobilə o qədər ziyan dəyməmiş, avtomobilə dəymiş zərər çox göstərilmişdir. Əgər avtomobilin xərci çoxdursa nə üçün iddiaçı ondan 1500 manat deyil, 400-500 manat tələb edir. Bununla bağlı qəza anının videosu var. O, işə çıxdığı ilk gün maşın çalışmamış, bir gün qapıda qalmış, avtomobilin motorunda əvvəlcədən də problem olmuş, o, dispetçerə xəbər verib düzəltdirdikdən sonra avtomobil çalışmışdır. Dispetçer ona hal-hazırda maddi cəhətdən alınmadığı üçün problemi aradan qaldıra bilməyəcəyini, tezliklə düzələcəyini bildirmişdir. Bundan sonra o, işə çıxmışdır. Avtomobil əvvəlcədən xarab olanda bu qəzadan sonra özünü göstərməzdi. O, həmçinin bildirdi ki, iddiaçı sahibkardır, o isə onun işçisidir. İddiaçı ilə onun arasında əmək müqaviləsi belə bağlanmamışdır. Lakin, o, iddiaçı ilə danışarkən ona işin rəsmi olduğunu demişdir. İddiaçı ondan zərərə görə 400-500 manat tələb edən zaman o, hal-hazırda işsiz olduğunu, iş tapan kimi ödəyəcəyini söyləmiş,ondan 1 gün keçməmiş iddiaçı bir daha yenidən pul tələb etmişdir. Daha sonra iddiaçının şəriki onunla əlaqə saxlayaraq onu hədələmişdir. Qəza günü şəriki polis bölməsindən çıxanda qarşı tərəfi məhkəməyə verəcəyini söyləmişdir. Eyni zamanda, qaydanı pozduğuna görə təyin edilən 40 manat cəriməni də ödəmişdir. Onun tərəfindən 50 manat əlbəəl depozit ödənilmiş, 32 manat əmək haqqı verilmiş, evakuatora 160 manat ödənilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 8 il 8 ay 1 gün müddəti olmaqla, xx.xx.2023-cü il tarixədək "Toyota Prius" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. Cavabdeh 19 sentyabr 2022-ci il tarixdə idarə etdiyi "Toyota Prius" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Topçubaşov küçəsi ilə hərəkət edərək B.Səfəroğlu küçəsinin kəsişməsində stop işarəsini gözləyərək hərəkətə başlayarkən B.Səfəroğlu küçəsi ilə hərəkət edən "Toyota Prius" markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə ilə əlaqədar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılaraq xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh barəsində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsi və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal rayon Pİnin DYPŞ-nə gəndərilməsi qərara alınmışdır. Yasamal rayon Pİ-nin DYPŞ-nin xx.xx.2022ci il tarixli, TP ******* nömrəli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi barədə “iş materiallarına əlavə edilmiş “Avtoservis 555" MMC-nin xx.xx.2022-ci il tarixli, 53/2022 nömrəli qüsur aktına əsasən "Toyota Prius" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1570 manat müəyyən edilmişdir. Məhkəmə qərardadı əsasında mülki iş üzrə məhkəmə-avtotexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının ekspertinin 8/3683 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə qeyd edilmişdir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının ekspertinin 9/9460 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə “Avtoservis 555" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı "Toyota Prius" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1370,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə ki, hadisə baş verdiyi zaman "Toyota Prius" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı, hadisə baş verdiyi anda sürücüsü etibarnamə ilə Cavabdeh olmuşdur və cavabdeh avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək iddiaçının avtomobilinə zərər vurmuşdur. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən xx.xx.2023-cü il tarixli ekspert rəyi nəzərə alınmalı, Cavabdeh vurulmuş maddi zərərə görə 1370 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Cavabdeh “iddiaçı sahibkardır, o isə onun işçisidir. İddiaçı ilə onun arasında əmək müqaviləsi belə bağlanmamışdır. Lakin, o, iddiaçı ilə danışarkən ona işin rəsmi olduğunu demişdir” dəlili münasibətdə bildirir ki, cavabdeh həmin dəlillər ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 36,0 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50,0 manat və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Əlı̇ yev Ceyhun Hı̇ dayət oğlundan İddiaçı Fı̇ rudı̇ n qızının xeyrinə maddi ziyanın əvəzi olaraq 1370 manat və dövlət rüsumunun əvəzi olaraq 36 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Əlı̇ yev Ceyhun Hı̇ dayət oğlundan İddiaçı Fı̇ rudı̇ n qızının xeyrinə maddi ziyanın əvəzi olaraq 1370 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat vəsait tutul əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50,0 manat və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 50,0 manat manat pul Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-330/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-330/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver