Məhkəmə qərarları › İş №2(007)-3307/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3307/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3307/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia X2 iştirakı ilə, üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun ödənilməsi və müqavilənin ləğvi" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun ödənilməsi və müqavilənin ləğvi" tələbinə dair qarşılıqlı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə təqdim edərək ilk iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi X3 ilk iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmiş və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir, qarşılıqlı iddianın da baxılmamış saxlanılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı da iddianın baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun ödənilməsi və müqavilənin ləğvi" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar