Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3309/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 06 avqust 2019-cu il tarixdə 51 saylı DNK-da bağlanaraq təsdiq edilmiş kredit müqaviləsinə əsasən 01 oktyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə cavabdehə faizsiz 10.000 manat kredit verilmişdir. Lakin kreditin qaytarılma müddətinin bitməsinə baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borcu qaytarmamışdır. Cavabdehə dəfələrlə borcun qaytarılması barədə bildirsə də, borclu borcunu qaytarmaqdan yayınmış, telefonlarına zəng vurmasına baxmayaraq müxtəlif bəhanə gətirərək borcunu ödəməmişdir. Qeyd olunanlara əsasən 06 avqust 2019-cu il tarixdə 51 saylı DNK-da bağlanaraq təsdiq edilmiş kredit müqaviləsinə əsasən 10.000 manat borc, notariat qeydinin təstiq edilməsinə görə 10 manat və iddianın verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu, cəmi 10.040 manat Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, onda olan məlumata görə cavabdeh hazırda Moskva şəhərindədir. Onlar arasında iki müqavilə bağlanılıb. Biri notariusda, o biri isə öz aralarında bağlanmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 06.08.2019-cu il tarixli öz aralarında bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı 06.08.2019-cu il tarixdə Cavabdeh 5.882 ABŞ dolları məbləğində yəni 10.000 manat məbləğində pul verilmişdir. Cavabdeh həmin pulu 5.882 ABŞ dolları kimi qaytaracığı barədə öhdəlik götürmüşdür İş materiallarında olan Bakı şəhəri 51 saylı notariat ofisində 06.08.2019-cu il tarixli 3M-1107 reyestri ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı 06.08.2019-cu il tarixdə Cavabdeh 10.000 manat pul verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh 01.10.2019-cu il tarixədək krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş pretenziya məktubundan görünür ki, Cavabdeh ilə aralarında 06 avqust 2019-cu il tarixdə 51 saylı DNK-da bağlanaraq təsdiq edilmiş kredit müqaviləsinə əsasən 01 oktyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə cavabdehə faizsiz 10.000 manat kredit verilmişdir. Borc barədə hazırkı məktub borcluya göndərildiyi vaxtdan 10 gün müddətində qeyd edilən borcu ödənilməsi təklif edir. Bu müddətdə borc ödənilmədiyi halda onun və digər xərcləri borcludan alınacaq, müvafiq sənədlərlə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə aralarında 06 avqust 2019-cu il tarixdə 51 saylı NK-da bağlanaraq təsdiq edilmiş kredit müqaviləsinə əsasən 01 oktyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə cavabdehə faizsiz 10.000 manat kredit verilmişdir. Lakin kreditin qaytarılma müddətinin bitməsinə baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş müqavilədən də göründüyü həqiqətən İddiaçı Cavabdeh 10.000 manat məbləğində pul vermişdir. Lakin notariat qeydinin təstiq edilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənildiyini iddia edən iddiaçı bu faktı təsdiq edən qəbzi iş materiallarında əlavə etməmişdir. Ona görə də iddia tələbi bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş 23.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 06 avqust 2019-cu il tarixli 51 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 10.000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 10.030 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumundan 15.66 manat iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 06 avqust 2019-cu il tarixli 51 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 10.000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 10.030 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3309/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3309/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver