Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-331/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilmiş 2077 manat və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17.11.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh X1 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-nəzarətçi, kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. 09.01.2018-ci il tarixli 007-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, 26.01.2018-ci il tarixli 037-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 26.07.2018-ci il tarixli 312-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 06.06.2018-ci il tarixdə Oba – Neftçilər 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 06.06.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 2077 manat məbləğində zərər vurması məlum olmuşdur. Cavabdehin qalıq borcu 2077 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək bildirmiş dir ki, iddia heç bir əsası olmadan tərtib edilmişdir. Belə ki, iddiadan cavabdehin iddiaçıya məxsus Neftçilər-3 mağazasında satıcı nəzarətçi, baş satıcı və administrator işləməsi və 26 avqust 2018-ci il tarixdə onunla bağlanan əmək müqaviləsinin ləğv edilməsi, cavabdehin iş vaxtı ərzində intizam xətası törətməsi, Neftçilər 3 mağazasında çalışdığı zaman aparılan inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurmasının müəyyənləşdiyi və 2077 manat məbləğində əskikgəlməsi olduğu göstərilir. İddia ərizəsində və ya onun əlavə edilən materiallarda cavabdeh tərəfindən hansı intizam xətasının törədilməsi, haçan törədilməsi, cəmiyyətə haçan zərər vurulduğu, hansı vəzifədə işlərkən zərər vurulduğu, zərərin hansı hərəkətlə vurulduğu, onun tərəfindən hansı qanunazid hərəkətin edildiyi və sair göstərilməlidir. Sadəcə olaraq bircə cümlə ilə zərərin vurulduğu bildirilir. İddia ərizəsinə əlavə olunan materiallardan görünür ki, cavabdeh mağazanın administratoru vəzifəsinə 26 yanvar 2018-ci ildə keçirilib. 26 iyul 2018-ci il tarixdə onunla bağlanan əmək müqaviləsi ləğv edilib.Əgər həqiqətən 06 iyun 2018-ci il tarixdi onun hesabına əskikgəlmə müəyyən edilibsə nə məqsədlə cavabdeh 26 iyul 2018ci il tarixədək cəmiyyətin işçisi olduğu halda onun barəsində heç bir tədbir görülməyib və onunla bağlanan əmək müqaviləsi onun ərizəsi əsasında ləğv edilib. Həmçinin əgər işçi öz əmək funksiyasını yerinə yetirməyib və bununla da işəgötürənə maddi ziyan vurubsa onunla bağlanan əmək müqaviləsinin Əmək Məcəlləsinin 68.2a bəndi ilə ləğvi nə dərəcədə doğrudur. Əmək müqaviləsini bu əsasla ləğvi cavabdehin əməlində heç bir intizam və ya digər pozuntunun olmamasını bildirir. İddia ərizəsində xavabdeh tərəfindən intizam xətasının törədildiyi göstərildiyi halda onun barəsində heç bir intizaim cəzası tətbiq edilməyib. Cavabdehlə bağlanan əmək müqaviləsi 27 iyul 2018-ci ildə ləğv edilməsi göstərilsə də həqiqətən isə cavabdeh 06 iyun 2018-ci il tarixdən 26 iyul 2018-ci il tarixədək həmin mağazada yox, iddiaçının Neftçilər 10 mağazasında kassir işləyib. İddia ərizəsində bununla bağlı heç nə gstərilməyib. İddiaçının əsaslandığı investisiya aktı is əcavabdehin iştirakı olmadan tərtib edilib. 06.06.2018-ci il tarixdən 26 iyul 2018-ci il tarixədək vurulan ziyanın tutulması cavabdehdən ilə bağlı iddiaçı tərəfindən heç bir tədbirin görülməməsi belə bir faktın baş verməməsi bildirir. Qeyd edirəm ki, cavabdehin administrator təyin edilməsi ilə bağlı onunla bağlanan əmək müqaviləsi və X2 haqqında müqavilə məhkəməyə təqdim olunmayıb. Əmək qanunvericiliyin tələblərinə əsasən işəgötürənlə işçi arasında X2 barədə müqavilə bağlandığı hallarda işçi X2ə cəlb oluna bilər. Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən X2 haqqında müqavilə bağlanılan işçilərin dairəsi işəgötürən tərəfindən müvaiq əmrlə müəyyənləşdirilir. Belə bir sənəd də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməyib. Cavabdeh X2 haqqında müqavilə tərtib olunmasına baxmayaraq həmin müqavilədə cavabdehin imzası yoxdur. Deməli cavabdeh barədə X2dən söhbət gedə bilməz. Əmək Məcəlləsinin 200-cü maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən X2 haqqında müqavilə bağlanmadığı halda işçinin cinayət əməli və təqsirli hərəkətləri istisna olmaqla qalan bütün hallarda işçi bir orta aylıq əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Deməli cavabdehlə iddiaçı arasında X2 haqqında müqavilə imzalanmadığından belə bir məsuliyyətdən söhbət gedə bilməz. Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsində bildirilir ki, işçilər tərəfindən əmək funksiyalarının yerinə yetiriilməsi üçün işəgötürən əmək şəraiti yaratmalı, işçilərə əmək funksiyalarının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki vasitələrin və sair verilməsini və onların lazımi keyfiyyətdə olmasının təmin etməlidir. Qanunveriilyin bu tələbinə baxmayaraq iddiaçı tərəfindən mağazada oğurluq və digər halların baş verməsinin qarşısının alınması üçün tədbir görməyib, müşahidə kamerası belə quraşdırılmamışdır. Baxmayaraq ki, təhlükəsizlik xidmət rəisi tərəfindən 10.04.2018-ci il tarixdə iddiaçıya satış zalında müşahidə kamerasının quraşdırılmasının vacibliyi bildirilib. Buna isə iddiçı tərəfindən heç bir reaksiya verilməyib. Bundan başqa cavabdeh və mühafizə əməkdaşı tərəfindən dəfələrlə mağazada baş verən oğurluq halları barədə yazılı məlumatlar verilməsinə baxmayaraq iddiaçı belə halların qarşısının alınması üçün tədbir görməyib. Həmçinin mağazaya qəbul olunan malların mağazaya daşınıb yerləşdirilməsi üçün iddiaçı tərəfindən fəhlə işinə adam qəbul edilmədiyindən həmin işlərin görülməsi cavabdehdən tələb olunub və o, da bunu məcburiyyət qarşısında qalaraq yerinə yetirməli olub. Belə vaxtlarda o, administrator kimi öz əmək funksiyalarını yerinə yetirmək imkanından məhrum olunub. Onu da qeyd edirəm ki, iddiaçı tərəfindən həmin mağazaya kassir peşəsinə tez tez yeni işçilər qəbul edilib və işi öyrəndikdən sonra başqa mağazalarına işləməyə göndərilib. Bu da kassada işin keyfiyyətinə pis təsir göstərib. Həmin mağazanın kassası ididaçı tərəfindən bir işi öyrənmək sahəsi kimi istifadə edilib. Bunda əlavə onuda qeyd etmişdir ki, o, iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə təqdim etmişəm. Odur ki, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 41, mənzil 45-də qeydiyyatdadır. 17.11.2017-ci il tarixli 508-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh Fuad oğlu Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin xxxxlər Şəbəkəsinə 17.11.2017-ci il tarixdən 3 ay müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, Əmək haqqı ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilməsi əmr edilmişdir. 17.11.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən tərəflər X2 haqqında müqavilə imzalamışlar. 09.01.2018-ci il tarixli 007-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh Fuad oğlu 09 yanvar 2018-ci il tarixindən Baş satıcıvəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 167 manat müəyyən olunmuşdur. 26.01.2018-ci il tarixli 037-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh Fuad oğlu 26 yanvar 2018-ci il tarixindən Administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 175 manat müəyyən edilmişdir. 09.06.2020-ci il tarixli, DN-2427 xəbərdarlığın surətinə əsasən cavabdehdə 3 gün müddətinə maddi ziyanı cəmiyyətə ödənilməsi barədə xəbərdarlıqedilmişdir. 09 iyun 2020-ci il tarixli arayışa əsasən 06.06.2018-ci il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2077 manat çatışmazlıq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vur-ma¬yan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız şəxslərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. maddəyə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüş və tələbini də yetərincə əsaslandıra bilməmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-331/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-331/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver