Məhkəmə qərarları › İş №2(007)-3310/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3310/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3310/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanaraq, Hyundai Elantra markalı, **-BZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Yol vərəqəsinə əsasən, 08.04.2021-ci il tarixdən-15.04.2021-ci tarixədək İcarəyə verilmişdir. Cavabdeh icarə müqaviləsinin 8.4-cü bəndini pozaraq idarəetməni başqa şəxsə ötürmüş və 1000 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun alınaraq, "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, müqavilənin şərtinə görə Cavabdeh icarəyə götürdüyü Hyundai Elantra markalı, **-BZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini özü şəxsən "xxxx" MMC-yə təhvil verməli idi. Lakin qeyd olunan tarixdə özü yox atası Bağırlı Camal həmin avtomobili Cəmiyyətə təhvil vermişdir. Bu səbəbdən icarə müqaviləsinin 8.4cü bəndinin tələbi pozulmuş, belə olan halda cavabdehin müqavilə üzrə 1000 manat cərimə borcu yaranmışdır. Buna görə də, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh Bakı şəhərində anadan olmuşdur. Subaydır, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AD seriyalı 079345 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh “B” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ mövcuddur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsindən görünür ki, Cəmiyyət tərəfindən Hyundai Elantra markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Cavabdeh Yol vərəqəsinə əsasən, 08.04.2021-ci il tarixdən-15.04.2021-ci tarixədək İcarəyə verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 08.04.2021-ci il tarixli Yol vərəqəsinə əsasən, Cavabdeh Hyundai Elantra markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə icazə verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 05.06.2021-ci il tarixli №02 saylı Bildirişdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi "xxxx" MMC ilə X3 arasında müqaviləsi bağlanaraq, Hyundai Elantra markalı, **-BZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarəyə edilmişdir. Lakin Cavabdeh tərəfindən İcarə müqaviləsinin müddəaları pozularaq, zərər yetirilib, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Yuxarıda göstəilənlərə əsasən, icarə müqaviləsində göstərilənlərin icra edilməlidir, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə öhdəlikləri 3 (üç) iş günü ərzində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 10.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi Cavabdeh icarə müqaviləsinin 8.4-cü bəndini pozaraq idarəetməni başqa şəxsə ötürməsini iddia etdiyi halda, bu faktı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 2 saylı təhvil təslim aktında həmin avtomobilin kim tərəfindən təhvil verildiyi və kim tərəfindən təhvil alınmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçi İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar