Məhkəmə qərarları › İş №2(007)-3336/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3336/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3336/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Yelo Bank” ASC. Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2. Tərəflər arasında bağlanmış müqavilələr- Cavabdeh1 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əlavə saziş və Cavabdeh2 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əlavə saziş. Müqavilənin predmeti- kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ- 2635,62 manat əsas borc, 980,91 manat faiz borcu, 428,04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% ilə hesablanmış 88,1 manat əldən çıxmış fayda olmaqla, cəmi 4132,67 manat borc və 61,33 manat dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilələrə əlavə saziş, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 462.1-ci, 467ci, 470.1-ci, 472.1-ci və 472.2-ci maddələri. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 "Yelo Bank” ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Cavabdeh2 da həmin kredit müqaviləsi üzrə zamin durmuşdur. Məhkəmə iddianı əsas və faiz borcunun, dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2635,62 manat əsas borc, 980,91 manat faiz borcu, 180 manat cərimə borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% ilə hesablanmış 88,1 manat əldən çıxmış fayda olmaqla, cəmi 3884,63 manat borc və 61,33 manat dövlət rüsumu tutularaq "Yelo Bank” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar