Məhkəmə qərarları › İş №2(007)-3340/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-3340/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3340/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə ödənilməli olan pulun və cərimə məbləğlərinin tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdehnə və X2 qarşı “müqavilə üzrə ödənilməli olan pulun və cərimə məbləğlərinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh MMC-dən və X1 2000 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC şirkətinin baş direktoru X3 ilə 16 avqust 2024-cü ildə müqavilə bağlayıblar. Həmin müqaviləyə əsasən icarəverən, qanuni əsaslarla ona məxsus olan “BMW 528İ” markalı minik nəqliyyat vasitəsini (sonradan “Nəqliyyat vasitəsi” adlandırılır, dövlət nömrə nişanı **-CJ-***, buraşılış ili 2014, mühərrik №A200812, rəngi tünd göy metalik, tip sedan, ban WBA5A5C57ED509586) icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti, icarəyə verməmək və öz istifadəsi üçün qəbul edir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı 1500 manat müəyyən olunur. Müqavilə bağladıqdan sonra, yəni 16 avqust 2024-cü ildə X3 “BMW 528İ” markalı, **-CJ-*** dövlət qeydiyyat nömrəli avtomaşını ondan tam yararlı vəziyyətdə təhvil alıb. Həmin avtomaşını 40 gün istifadə etdikdən sonra nə icarə haqqını, nə də avtomaşına dəymiş ziyanını ona ödəyir. Avtomaşını ons geri təhvil verilərkən məlum olub ki, avtomaşını idarə edərkən yol hərəkəti qaydalarını pozaraq 210 manat məbləğində cərimə olunublar. X3 ona avtomaşına görə nə icarə haqqını, nə cərimələri nə də avtomaşına dəymiş ziyanı ödəyir. Həmin avtomaşına görə ona 2000 manat pul borcludur. Ona görə də, məhkəməyə müraciət etməli olub. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraicət edərək, cavabdeh "GUADRİGA” MMC-dən müqavilə üzrə ödənilməli olan 1500 AZN pulun, cavabdehin əvəzinə ödədiyi 210 AZN cərimə məbləğinin və ödədiyi 40 AZN dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi nəzərə alaraq X3 cavabdehlər siyahısından çıxarılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini qeyd etmiş və işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının yazılı razılığı əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcarəçi "xxxx" MMC ilə icarəyəverən İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, icarəverən ona məxsus olan “BMW 528İ” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək aylıq 1500 manat icarə haqqı ödənilməklə icarəçiyə icarəyə vermişdir. - Məhkəməyə təqdim edilmiş çıxarışlardan görünür ki, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə xx.xx.2024-cü ildə 20 manat, xx.xx.2024-cü ildə 80 manat, xx.xx.2024-cü ildə 40 manat, xx.xx.2024-cü ildə 10 manat, xx.xx.2024-cü ildə 40 manat, xx.xx.2024-cü ildə 20 manat cərimə tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilib. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı ona məxsus olan “BMW 528İ” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü ildən xx.xx.2025-ci il aylıq 1500 manat icarə haqqı ödənilməklə icarəçiyə icarəyə vermişdir. Əmlak bir ay müddətinə cavabdehin istifadəsində olmuş və bu müddət üzrə ödənilməli olan aylıq 1500 manat icarə haqqı ödənilməmiş qalmışdır. Həmçinin, xx.xx.2024-cü il tarixdən avtomobilin istifadəsi zamanı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törədilmiş və ümumilikdə 210 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmin cərimə məbləğləri iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən iddiaçı bir aylıq icarə haqqı kimi 1500 manatın və ödənilmiş 210 manat maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun: 8-ci maddəsini İ bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməyərək, “BMW 528İ” markalı, **- CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçıya qaytarmış və avtomobilin onun istifadəsinə olan müddət üçün icarə haqqını ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 1500 manat icarə haqqı tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, xx.xx.2024-cü il tarixdən avtomobilin istifadəsi zamanı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törədilmiş, həmin vaxt avtomobil cavabdehin istifadəsinə olmuş və ümumilikdə 210 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Həmin cərimə məbləğləri iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, "xxxx" MMC-nin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh "xxxx" MMC Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 210 manat məbləğin cavabdehin tutulması hissəsində də əsaslıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 1500 manat icarə haqqı, 210 manat maddi ziyanın əvəzi, cəmi 1710 manat məbləğində pul tutularaq iddaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,1 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 2,9 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 21, 52, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1500 manat icarə haqqı, 210 manat maddi ziyanın əvəzi, cəmi 1710 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,1 manat məbləğində pul vəsaiti tutularaq iddaçı İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 2,9 manatı iddaçı İddiaçı aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar