Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3359/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, Cavabdeh Fərhad oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Fərhad oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fərhad oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 27 yanvar 2018-ci il tarixdə cavabdeh X3 qarşı “alimentin verilməsi“ tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri 27 mart 2018-ci il tarixli 2(007)-732/2018 saylı qətnamə ilə iddia tələbi qismən təmin edilmişdir və qızları X4 və X1 üçün 154 manat məbləğində aliment təyin edilmişdir. Məhkəmə onun məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən hər ay hər bir uşaq üçün 154 manat, cəmi 308 manat pul məbləğində aliment tutulması məqsədəmüvafıq hesab etmişdir. 2021-ci il 2-ci dəfə mediasiya təşkilatının vasitasilə qanun çərçivəsində cavabdehin razılığı ilə 21 manat əlavə olunmuşdur və uşaqların hər birinə 175 manat verilir. Hazırki dövrə qədər cavabdeh öz uşaqlarının saxlanılması və böyüdülməsində iştirak etməyərək əlavə maddi yardım göstərməmişdir. Buna görə də, o, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburətindədir. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşaqların tələbatlarını heç cür ödəmir. O, 09 sentyabr 2022-ci il tarixli mediasiya sessiyasında iştirak etmiş, cavabdeh şəxs X7 xx.xx.2022-ci il tarixində, 16:00- 16:15 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. O, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı (əslində 25 manat cavabdeh şəxs ödəməlidir) 50 manat məbləğində mediasiyaya dair xərci tək ödəmişdir. Qeyd edilənlərə əsasən cavabdeh X7 tərəfindən xx.xx.2022-ci il tarixdən 23 fevral 2016-cı il təvəllüdlü (ekiz) X4 və X5 yetkinlik yaşına çataadək saxlanılması üçün hər biri üçün ayrılıqda 193 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin şəxsi həyatı ilə qətiyyən maraqlanmır. O, sadəcə hər uşağı üçün 193 manat alimentin tutulmasını istəyir. Məhkəmə iclasında Cavabdeh Fərhad oğlu iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, hazırki aliment məbləğini ödəyir. Əvvəllər 150 manat aliment ödəyirdi. Daha sonra Mediasiya təşkilatında aralarında olan barışıq sazişinə əsasən məbləğ artırılaraq, hər uşaq üçün 175 manat, ümumlikdə 350 manat müəyyən olunmuşdur. Hazırda həmin alimenti ödəyir. Uşaqları üçün lazım olan hər şeyi edir. İddiaçının məqsədi onun yeni ailə həyatı qurmağına mane olmaqdır. İddiaçı tərəfindən artırılması tələb olunan aliment məbləğini ödəyə bilməyəcəkdir. O, işləmir və taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı 157338 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23 fevral 2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X2r; - AZ-T seriyalı 157339 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 fevral 2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X2r; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-732/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia təmin edilərək, Cavabdeh ilə Məmmədova (Süleymanova) Lamiyə Şahismayıl qızı arasında 04 aprel 2015-ci il tarixdə Səadət sarayında (Bakı nikah evində) bağlanmış 319 №-li akt qeydli nikahın pozulması, qarşılıqlı iddia qismən iddia təmin edilərək, birgə nikahdan anadan olmuş 23 fevral 2016-cı il təvəllüdlü X4 və X5 anaları Məmmədova (Süleymanova) Lamiyə Şahismayıl qızının himayəsində qalması, Cavabdeh Məmmədova (Süleymanova) Lamiyə Şahismayıl qızının xeyrinə 23 fevral 2016-cı il təvəllüdlü X4 və X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 154 (yüz əlii dörd) manat olmaqla, ümumilikdə 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; - Birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh Fərhad oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, İddiaçı (birinci tərəf) Cavabdeh Fərhad oğlundan (ikinci tərəf) birgə nikahdan dünyaya gəlmiş iki uşaqları - X8 və X9 məhkəmə qətnaməsi ilə qət olunmuş alınan 308 manat aliment məbləğini dəyişdirərək, 350 manat aliment məbləğinə qaldırılması ilə razılığa gəlirlər; - “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə edlmiş çıxarışlardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində məsləhətçi vəzifəsində işləyir və əmək haqqı məbləği 840 manat təşkil edir. Cavabdeh Fərhad oğlunun əmək müqaviləsi məlumatı aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh Fərhad oğlunun rəsmi nikahda olduqları müddətdə 23 fevral 2016-cı il tarixdə Sehri və İnci adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-732/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Fərhad oğlundan uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə tərəflər uşaqların saxlanılması üçün alimentin məbləği hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarına görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-732/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 23 fevral 2016-cı il təvəllüdlü X4 və X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə tərəflər məhkəmə qətnaməsi ilə qət olunmuş 308 manat aliment məbləğini dəyişdirərək, 350 manat məbləğində alimentin ödənilməsi ilə razılığa gəlmişlər. Hazırda isə İddiaçı maddi cəhətdən çətinlik çəkməsi əsası ilə aliment məbləğinin dəyişdirilərək artırılması tələbini irəli sürmüşdür. Alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyil. Eyni zamanda, iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsinə dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd etmək lazımdır ki, Cavabdeh Fərhad oğlu işləmir və onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Əksinə cavabdeh maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, daha artıq aliment tələb olunması onun özünü ağır maddi duruma saldığını, iddia tələbində qeyd olunan alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olması halını sübut edə bilmədiyinə görə iddia tələbi təmin oluna bilməz. Məhkəmə əlavə hal olaraq xatırladır ki, baxılan tələb xarakterinə görə davam edən münasibətlərə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada və əsaslarla iddiaçı yenidən məhkəməyə müraciət edə bilər, hazırkı halda iddianın təmin edilməməsi həmin tələblə məhkəməyə müraciət imkanını məhdudlaşdırmır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Fərhad oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumundan azad edilməli və məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Fərhad oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3359/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3359/2022
12.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver