Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3369/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı Cavabdehnə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdehnə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küşəsi, ev 21, 77 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. ünvan 1 ünvanında yerləşən mənzil, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanan 77 saylı müqaviləyə əsasən ona (iddiaçıya) məxsusdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışına görə sözügedən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küşəsi, ev 21 ünvanında yerləşən 77 saylı mənzilə hər hansı borcu müəyyən olunmamışdır.
3. Sözügedən mənzilə onun qeydiyyata alınmağına dair Nizami Rayonu Polis İdarəsinə ünvanlasa da, həmin idarə bundan imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Nəticədə onu mənzilə qeydiyyata almamaqları mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Ona məxsus olan mənzil üzərində sərəncam hüquqlarını realizə edə bilmir. Bu səbəbdən, dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuş olur.
Tətbiq edilən hüquq :
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. “Dövlət rüsumu haqqında” Qanun :
8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.
6. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
Nəticə :
7. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehna qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva