Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3391/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 5989,22 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 5988,16 manat əsas, 65,54 manat faiz, cəmi 6053,70 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5988,16 manat əsas, 65,54 manat faiz, cəmi 6053,70 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1” ASC-nin nümayəndəsi 28.10.2021-ci il il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin müdafiə etdikləri məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh izahatında bildirdi ki, iddianı tam qəbul edir, pulu iş yoldaşına götürüb verib o, da ödəmədi. Kredit götürülən vaxt işləyirdi sonra işdən çıxartdılar ixtisara düşdü 109 xidmətində işləyirdi. Anası rəhmətə getdi, atası da xəstədir gözləri görmür onu evdə qoyub işləyə bilmir. Pandemiya düşdü işdən çıxarıldı ödəyə bilmədi. Atasının pensiyası ilə dolanırlar, imkanları yoxdur. Amma ödəmək fikri var onlar 52 yaşında pensiyaya çıxırlar zərərli iş olduğu üçün. Pensiyasını verməlidirlər alanda deyəcək pensiyadan çıxsınlar. İndi ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli 5839rstBANK/19 güzəşli kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 5989,22 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli 5839rstBANK/19 güzəşli kredit və bank hesabı müqaviləsinin 3.5.6-cı bəndinə əsasə müştəri krediti vaxtında və lazımi qaydada ödəməzsə bank bütün dövr üçün hesablanmış kredit faizini, qalıq məbləği ilə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 60 ay müddətinə hər ayın 10-dan gec olmayaraq ilk 12 ay 4.99 manat, qalan 48 ay müddətinə 128 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X1” ASC-nin 03.06.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli 5839rstBANK/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" KB ASC-yə 5988,16 manat əsas, 58,55 manat faiz, cəmi 6046,71 manat borcu vardır. Kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi təmin edilməlidir. Əks təqdirdə, bank borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 15.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5839rstBANK/19 saylı kredit müqaviləsi üzrə 5988,16 manat əsas, 65,54 manat faiz, cəmi 6053,70 manat borcun “X1” ASC-yə borcu vardır. İş materiallarında olan 15.07.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X1” ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ona qarşı verilmiş iddianı tam qəbul etdiyini bilbirmişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 5988,16 manat məbləğində əsas borc, 65,54 manat məbləğində faiz borcu, cəmi 6053,70 manat borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X1” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5988.16 manat məbləğində əsas borc, 65.54 manat məbləğində faiz borcu, cəmi 6053.70 manat borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3391/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3391/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver