Məhkəmə qərarları › İş №2(007)-3443/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3443/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3443/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli KM051T12160067S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit xətti açılmışdır. 27.12.2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2004.01 (iki min dörd manat 01 qəpik) AZN təşkil etmiş, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1333.91 AZN təşkil edir. Bundan 472.74 AZN əsas, 414 AZN faiz, 379.41 AZN cərimə, kredit müqaviləsi bitən dən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********312 saylı 26.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunanlara əsasən 472.74 manat əsas, 414 manat faiz, 379.41 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AK konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat faiz borcu, cəmi 1333.91 manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, X4 “Dəmirbank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və hesabdan çıxarışı məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçı X4 "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-in xeyrinə 19 fevral 2015-ci il tarixli kredit müqaviləsi və 27.12.2016-ci il tarixli əlavə sazişə əsasən 1333,91 manat cəmi borc, bundan 472,74 manat əsas borc, 414 manat faiz borcu, 379,41 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən 67,76 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2015-ci il 19 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən dəyəri 2 000 manat məbləğində olan kredit kartı götürmüşdür. Həmin kredit xətti üzrə 27.12.2016-cı ildə əlavə saziş imzalanmış əsasən kreditin qalıq məbləği 2004,01 manat təşkil etmiş və kreditin müddəti 27.06.2018-ci il tarixinədək uzadılmışdır. Sazişə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, borc götürən həm əsas borcdan, həm də faizlərdən ödəniş etməli idi. Həmin kredit müqaviləsinə əlavə edilmiş sazişin müddəti 27.06.2018-ci il tarixinə qədər müəyyən edilmişdir. Bununla da, İddiaçı ASC öz hüququnun pozulduğunu həmin vaxtdan, 27.06.2018-ci il tarixdən bilirdi və ya bilməli idi. Lakin İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə yalnız 29.07.2021-ci il tarixdə, yəni 3 illik müqavilə tələbləri və vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətini ötürməklə müraciət etmişdir. Beləliklə, hazırki iddia tələbi iddia müddətinin axımı başlandıqdan 3 ildən artıq müddət keçməsi səbəbindən, yəni 27.06.2018-ci ildən 3 il müddət hesablandıqda 27.06.2021-ci il tarixindən iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Keçən müddət ərzində iddiaçı cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş və bununla da müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçının 27.06.2021-ci il tarixdən iddia müddətini ötürdüyündən hazırki sözügedən tələb üzrə mübahisəyə məhkəmə qaydasında baxıla bilməz. AR Konstitusiya Məhkəməsinin sözügedən Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş, yaranmış mübahisənin həll edilməsini cavabdehdən vaxtında tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə iddia müddətinin ötürülməsini göstərir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilə bilər. Hesab edirik ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. İddiaçı X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair mülki iş üzrə qətnamə qəbul edilərkən qanunvericiliklə nəzərdə tutulan 3 illik iddia müddətini tətbiq edəsiniz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.02.2015-ci il tarixli 4268 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə görə bank tərəfindən Cavabdeh 2000.00 manat məbləğində kredit kart limiti ayrılmışdır və o, həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 18.02.2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsinə 01 nömrəli 27.12.2016-cı il tarixli Əlavə Sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2004.01 (iki min dörd manat 01 qəpik) AZN təşkil etmiş, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir. kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15.38 faiz təşkil edir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 18 ay müddətinə hər ayın 27-dən gec olmayaraq 136.63 manat ödəniş etməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 26.02.2021-ci il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC ilə borclu arasında 27.12.2016-cı il tarixində kredit verilməsi haqqında KM051T12160067S01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən borcluya illik 27(iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 18 ay müddətinə ilkin məbləğ 2004.1 (iki min dörd manat 10 qəpik) manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri borclu tərəfinindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində borclunun 3 Fevral 2021-ci il tarixinə LPO Banka 472.74 manat məbləğində əsas borc, 408.73 manat məbləğində faiz borcu, 374.14 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan faiz məbləği 66.64 manat, ümumilikdə isə 1322.25 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, tələb olunur ki, borclu 1322.25 manat məbləğində borcun ödənilməsini 3 (üç) gün ərzində təmin etsin. Əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.02.2015-ci il tarixli 4268 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 19.02.2021-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 472.74 manat əsas, 414 manat faiz, 379.41 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat faiz borcu vardır. İş materiallarında olan 23.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 28.03.2016-29.10.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, borclu Cavabdeh 27.02.2019-cu il tarixdə kredit borcundan 40 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.02.2015-ci il tarixli 4268 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən müqavilənin şərtlərinə görə bank tərəfindən Cavabdeh 2000.00 manat məbləğində kredit kart limiti ayrılmışdır və o, həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 18.02.2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsinə 01 nömrəli 27.12.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2004.01 (iki min dörd manat 01 qəpik) AZN təşkil etmiş, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15.38 faiz təşkil edir. Cavabdeh 18.12.2020-ci il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 19.02.2021-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 472.74 manat əsas, 414 manat faiz, 379.41 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat faiz borcu təşkil edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərərək bildirmişdir ki, kreditin müddəti 27.06.2018-ci il tarixədək müəyyən edilmişdir iddiaçı isə 29 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin borclu Cavabdeh 27.02.2019-cu il tarixdə kredit borcundan 40 manat ödəniş etmişdir bu səbəbdən iddiaçı iddia müddətini ötürməmiş olur. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 19.02.2015-ci il tarixli 4268 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 379.41 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 379.41 manat məbləğində dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 472.74 manat məbləğində əsas, 414 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat məbləğində faiz borcu, 21.90 manat məbləğində dövlət rüsumu X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 8.10 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 472.74 manat məbləğində əsas, 414 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.76 manat məbləğində faiz borcu, 21.90 manat məbləğində dövlət rüsumu X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 8.10 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar