Məhkəmə qərarları › İş №2(007)-345/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-345/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-345/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Mirzəyevin sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehnin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mirzəmməd qızına qarşı pul tələbinə ilkin iddia, iddiaçı Cavabdeh Mirzəmməd qızının cavabdeh İddiaçı qarşı tərəflər arasında bağlanmış 27 may 2019-cu il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən əmlakla bağlı ipoteka qeydinin ləğv edilməsinə dair qarşılıq iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Mirzəmməd qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırıımışdır ki, Cavabdeh ilə onunı arasında bağlanmış 27.05.2019-cu il tarixli notariat qaydasında təsdiqlənmiş «Kredit miiqaviləsi"nə əsasən iddiaçı cavabdehə 100000 (bir yüz min) manat məbləğində borc pul vermişdir. Həmin «Kredit müqaviləsi"nə əsasən cavabdeh 01.07.2019-cu il tarixdən başlamaqla hər ay 1000 (bir min) manat olmaq şərti ilə 27.09.2027-ci il tarixədək krediti qaytarmağı öhdəsinə götürmüşdür və ödəniş hər ayın 1-5 arasında həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, öhdəliyin yarandığı tarixdən cavabdeh öhdəlik məbləğindən heç bir vəsaitin ödənişini həyata keçirməmiş, bununla da öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir. Cavabdeh kredit vəsaitini götürsə də, «Kredit müqaviləsi" üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Bununla əlaqədar olaraq, onun tərəfindən cavabdehə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu bildirilsə də borclu bu günədək öhdəliklərini icra etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, 100000 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkan Babayeva X2 Nicat Eldar oğluna qarşı tərəflər arasında bağlanmış 27 may 2019-cu il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən əmlakla bağlı ipoteka qeydinin ləğv edilməsi barədə qarşılıq iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslaqndırılmışdır ki, onunla Nicat arasında notarial qaydada borc müqaviləsinin bağlanmasına səbəb oğlu Emil Babayevin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hökm çıxarılması olmuşdur.Həmin cinayət işi üzrə zərərçəkmiş qismində qismində keçən İddiaçı onu bu müqaviləni bağlamağa məcbur etmişdir.Belə ki, İddiaçı ilə X1 arvadı Ellada Babayeva arasında bilet alqısatqısı ilə yaranmış borc olmuşdur.Həmin fakt üzrə cinayət işinin məhkəmə istintaqı zamanı İddiaçı X4 azadlıqdan məhrum olmayan cəza verilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir.Həmin ərizə verilməmişdən qabaq isə onunla İddiaçı arasında 10000 manat borc barəsində notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlanmışdır.Təsadüfü deyil ki,həm 24.05.2019-cu il tarixli ərizə,həm də 27.05.2019cu il tarixli kredit müqaviləsi eyni notariat kontorunda,yəni 51 saylı notariat ofisində tərtib olunmuş,qeyd olunan notariat ofisi İddiaçı içlədiyi “xxxx”ASC-nin filialı ilə üzbəüz yerləşir.Belə ki, bankın müvafiq ipoteka müqavilələri həmin notariat ofisində bağlanır.Bundan başqa borcun qaytarılmasının təminatı kimi tərəflər arasında 27.05.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus Bakı şəhri,Nizami rayonu Q.Qarayev prospektindəki 59 saylı evin 95 saylı mənzili ipoteka ilə yüklü edilmişdir.Lakin ipoteka müqaviləsinin surəti ona verilməmişdir.Qeyd olunanlara əsasən 27 may 2019-cu il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzillə bağlı ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehnin nümayəndəsi Vəkil ilk iddianı müdafiə etdi,qarşılıqlı iddianı qəbul etmədi,ilk iddianın təmin,qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mirzəmməd qızı,məhkəmə iclsının vaxtı və yeri barədə xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh Mirzəmməd qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin olunmalı,qarşılıqlı iddia isə rədd olunmalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh Mirzəmməd qızı arasında bağlanmış,27.05.2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş kredit miiqaviləsinə əsasən Məmmədov X5 Sevda Mirzəmməd qızına 100000 (bir yüz min) manat məbləğində borc pul vermişdir. Notarial qaydada təsdiq olunmuş,27.05.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki,ipotekaqoyan Cavabdeh Mirzəmməd qızı ipotekasaxlayan İddiaçı xeyrinə özünə məxsus olan Bakı şəhəri,Nizami rayonu Q.Qarayev prospektindəki 59 saylı evin 95 saylı mənzili ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ilə Cavabdeh Mirzəmməd qızı arasında bağlanmış,27.05.2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş kredit miiqaviləsinə əsasən Məmmədov X5 Sevda Mirzəmməd qızına 100000 (bir yüz min) manat məbləğində borc pul vermişdir. Borcun qaytarılmasının təminatı qısnində notarial qaydada təsdiq olunmuş,27.05.2019-cu il tarixli ipoteka müqaviləsi ilə ipotekaqoyan Cavabdeh Mirzəmməd qızı ipotekasaxlayan İddiaçı xeyrinə özünə məxsus olan Bakı şəhəri,Nizami rayonu Q.Qarayev prospektindəki 59 saylı evin 95 saylı mənzili ipoteka ilə yüklü etmişdir. Borclu krediti hər ay 1000 manat olmaqla qaytarmaq barədə öz üzərinə öhdəlik götürsə də müqavilənin şərtlərinə əməl etməmişdir.Qeyd olunanlara əsasən məhkəmə ilk iddianı əsaslı hesab edir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərkən belə nəticəyə gəlir ki,qarşılıqlı iddianın təmin olunması üçün əsaslar mövcud deyil.Belə ki,qarşılıqlı iddia üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki,ilk iddia təmin olunmalı Cavabdeh İddiaçı xeyrinə 100000 manat məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Qarşılıqlı iddia təmin olunmamlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlk iddia təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 100000 ( yüz min)manat məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qarşılıqlı iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar