Məhkəmə qərarları › İş №2(007)-3473/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3473/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3473/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli nzaz8820_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz ödənilmək şərti ilə cavabdehə 60 (altmış) ay müddətinə 1338,08 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 30 dekabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 30 dekabr 2019-cu il tarixli nzaz8820KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Həmin müqavilənin şərtlərinə görə borc alan Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsələr də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişlər. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, nzaz8820KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 22,88 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 30 dekabr 2019-cu il tarixli, nzaz8820KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1338,08 manat, faiz borcuna görə 16,64 manatdır. Borcun cəmi məbləği 1354,72 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 30 dekabr 2019-cu il tarixli, nzaz8820KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 1338,08 manat, faiz borcuna görə 16,64 manat, cəmi 1354,72 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli nzaz8820KMP saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 1 faiz ödəmək şərti ilə 60 ay müddətinə 1338,08 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan nzaz8820KMP saylı 30.12.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün zamin məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan nzaz8820KMP saylı 30.12.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün zamin məsuliyyəti öz üzərinə götürmüşdür İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 30-dan gec olmayaraq 60 ay müddətinə 28,45 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, 30.12.2019-cu il tarixdə İddiaçı ASC tərəfindən borclu Cavabdeh2 1338,08 manat kredit verilmişdir. İşə əlavə olunmuş İddiaçı ASC-nin 28.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 1338,08 manat əsas borc, 16,64 manat faiz borcu, cəmi 1354,72 manat kredit borcu vardır. İşə əlavə olunmuş 29.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 22.06.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan halları ilə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 30.12.2019-cu il tarixli nzaz8820_KMP saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələbini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 1338,08 manat əsas borc, 16,64 manat faiz borcu, cəmi 1354,72 manat borc və həmçinin dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar