Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3494/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı "xxxx"TELEKOM MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx"TELEKOM MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV-1” nişanı ilə fəaliyyət göstərən İddiaçı Məhdud Məsliyyətli Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli televiziya və Radio yayımları Şurasından 22 avqust 2005-ci il tarixli TR№-li 057 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı xüsusi razılıq (lisenziya) alıb. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar cəmiyyətlə müqavilə bağlamadan, qanunsuz olaraq “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısını almaq məqsədi ilə İddiaçı MMC və “Ədalət-A” hüquq firması arasında 15 may 2008-ci, 15 mart 2011-ci, 01 oktyabr 2014-cü, 29 mart 2015-ci və 04 yanvar 2018-ci il tarixlərdə 5 illik hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanıb. 88 saylı MKİS-nin arayışına əsasən ünvan 1 ünvanında yerləşən 59,5 saylı mənzil cavabdehə məxsusdur. Həmin ünvanda cavabdeh əvəllər iddiaçının abunəçisi olub və onunla şirkət arasında 05.06.2009-cu il tarixdə müqavilə bağlanıb. Belə ki, son abunə haqqı ödənilməsi 05.09.2009-cu il tarixdə baş verib və onunla şirkət arasında bağlanan müqavilə münasibətlərinə 07.11.2009-cu ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılıb. 30.08.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması faktı aşkar olunub. Bu barədə 1752K nömrəli akt tərtib olunub.Birinci qanunsuz qoşulma aşkar edilənədək həmin ünvana son baxış 12.06.2012-ci il tarixdə keçirilib.Daha sonra “Ədalət-A” hüquq firmasının Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvan 29.11.2016-cı il və 30.10.2017-ci il tarixlərdə baxış keçirilmiş və yenidən qanunsuz qoşulma faktları aşkar edilmişdir.Bu barədə 6283N və 6995N saylı aktlar tərtib edilmişdir. Həmin ünvana son baxış keçirildiyi 23.01.2016-cı il tarixdə keçirilmişdir.Belə olan halda hesab edir ki,qanunsuz qoşulma nəticəsində İddiaçı MMCyə maddi ziyan dəymişdir.Dəymiş ziyan 143,40 manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilib.Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Qeyd olunanları nəzərə alıb Cavabdeh İddiaçı MMC-nin xeyrinə 143,40 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 313.80 manat zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx"TELEKOM MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəməyə ünvanladığı ərizədə iddiaçı mübahisəyə iddia müddətinin tətbiq olunması və bu səbəbdən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Hazırkı iş üzrə mübahisə 2012-ci ildə yarandığından iddaçı məhkəməyə 2018-ci ildən gec olmayaraq(müqavilədən yaranan mübahisə olduğundan) müraciət etməli idi.Lakin iddia ərizəsi məhkəməyə 2021-ci ildə daxil olmuşdur.Göründüyü kimi iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini açıq-aşkar ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı "xxxx"TELEKOM MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3494/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3494/2021
23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver