Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3495/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1790 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 18 noyabr 2019-cu il tarixli, 036-EMB-1346-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən ‘’Borcalan’’ Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə ‘’Borcverən’’ kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər.Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə Borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC-ə 22.07.2021-ci il tarixə əsas borcu 130.00 azn,cərimə borcu 19.50 azn olmaqla ümumi borcu 149.50 azn qəpik təşkil edir.Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Cavabdehə 05 fevral 2021-ci il tarixli, 13746/21 saylı və 03 mart 2021-ci il tarixli,14042/21 saylı pretenziya məktubları da göndərilmişdir.Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.Qeyd olunanları nəzərə alaraq Cavabdeh 130.00 manat əsas borc,19.50 manat cərimə, həmçinin dövlət rüsumuna görə 20.40 manat, ümumilikdə 169.90 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019cu il tarixli 036-EMB-1346-19 saylı kredit müqaviləsindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh faizsiz 12 ay müddətinə 1790 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş BOKT "xxxx" MMC-nin 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli 036-EMB-1346-19 saylı kredit müqaviləsinə əsasən borclunun 22.07.2021-ci il tarixə əsas borcu 130.00 azn, cərimə borcu 19.50 azn, ümumi borcu 149.50 azn təşkil edir. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borclu 12 ay müddətinə hər ayın 20-dən gec olmayaraq 149 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 03.03.2021-ci il və 05.02.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh ödənişin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olunmuş 23.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC məhkəməyə müraciət etmək 20,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan halları ilə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 18.11.2019-cu il tarixli 036-EMB-1346-19 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələbini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh əsas borcu 130.00 manat, cərimə borcu 19.50 manat, ödənilmiş 20.40 manat dövlət rüsumu, ümumilikdə 169.90 manat borc iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3495/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3495/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver