Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-351/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinə əsasən müəyyən olunan faizlərin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinə əsasən borc məbləğinin və müəyyən olunan faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cu il tarixli “Borc müqaviləsinə” əsasən müəyyən edilən 10000 (on min) ABŞ dolan məbləğində borc pulun qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin və ödənilmiş dövlət rüsumunun tutulmaqla ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli “Borc müqaviləsinə” əsasən müəyyən edilən 10000 (onmin) - ABŞ dolları məbləğində borc pulun qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin və ödənilmiş dövlət rüsumunun tutulmaqla iddiaçıya, yəni mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(011)- 6063/2022 saylı qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərinin məhkəmə tərəfindən geri qaytarılmasına səbəb odur ki, iddia ərizəsində iddiaçı yəni, o, özünün poçt ünvanı kimi ünvan 1 ünvanı kimi isə ünvan 2a olan “Elektron məhkəmə” informasiya sistemindən elektron çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında rəsmi qeydiyyatdadır. İddia ərizəsi, qanunvericiliyə uyğun olaraq, cavabdehin qeydiyyat ünvanı üzrə Nizami Rayon Məhkəməsinə verilməli olduğu halda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qeyd edilən ünvanın yerləşdiyi ərazi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün olmadığından, hazırki işi ərazi adiyyatına uyğun olaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə vermək zərurəti yaranmışdır. Bildirir ki, 21 aprel 2012-ci il tarixində iddiaçı, yəni o, İddiaçı ilə Bakı şəhəri 9 saylı Notariat kontorunda Cavabdeh aralarında “Borc” müqaviləsi bağlanılmış, Bakı şəhərinin 9 saylı Notariat kontorunun notariusu Sadıqov R.Z tərəfindən həmin müqavilə təsdiq edilmişdir. Həmin borc müqaviləsinə əsasən o, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Vunq Tatı küçəsi, ev 15, yataqxanada qeydiyyatda olan, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (AZE 01628383, Xətai RPİ, 11, 2003) gələcəkdə borc verən adlandırılan və bir tərəfdən də Bakı şəhəri, A.Novruzov küçəsi, ev 23D-də qeydiyyatda olan, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh (AZE 0*******, Xətai RPİ, xx.xx.2005) gələcəkdə “borc alan” adlandırılan digər tərəfindən həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar. Belə ki, “Borc verən” hazırki iş üzrə o, “Borc alanın” yəni, Cavabdeh mülkiyyətinə, əməli idarəçiliyinə 10000 (on min) ABŞ dolları, kurs üzrə manatla (1 ABŞ-0,7875 AZN) 7875 AZN məbləğində pul verir, “borc alan” isə həmin pul məbləğini xx.xx.2013-cü (iyirmi bir aprel iki min ön üçüncü) il tarixinədək tam qaytarmağı öhdəsinə götürür. Bu müqavilədə göstərilən məbləğ, borc pulu alanın arzusu ilə xx.xx.2013-cü il (iyirmi bir aprel iki min on üçüncü) il tarixədək qaytarıla bilər. Belə ki, Cavabdeh həmin məbləğin axırıncı qalığını xx.xx.2013-cü il tarixdən gec olmayaraq qaytarması nəzərdə tutulmuşdur. Bildirir ki, bu müqavilə müəyyən nəbləğ pulun “borc verən” tərəfindən borcluya faktiki olaraq verildiyi andan bağlanmış hesab olunmuşdur. Eyni zamanda Borc müqaviləsinə əsasən verilən borc qaytarılmadığı təqdirdə .Azərbaycan Respublikasının qanununa uyğun olaraq həmin müqavilənin məcburi icra edilməsi nəzərdə tutulmuşdur. Onu da bildirir ki, xx.xx.2012-ci il tarixli “Borc” müqaviləsi üzrə icra qeydi verilmiş, lakin bugünədək Cavabdeh bugünədək bilərəkdən qərəzli olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Dəfələrlə cavabdehə bu barədə məlumat verilməsinə baxmayaraq, o, qərəzli şəkildə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır, bilərəkdən üzərinə düşən vəzifəni yerinə yetirmir. Ona görə də, hesab edir ki, Cavabdeh onun pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, pulun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, onunla cavabdeh arasında “Borc” müqaviləsi bağlanarkən qanunvericiliyin bütün tələblərinə əməl olunmuş, hətta AR Mülki Məcəlləsinin 739-746-cı maddələrinin məzmunu notarius tərəfindən tərəflərə izah olunmuşdur. Digər tərəfdən onu da bildirir ki, cavabdeh bilərəkdən borc müqaviləsində nəzərdə tutan öhdəliyi icra etməmiş və bu gün də icra etməkdən boyun qaçırır. Ona görə də, hesab edir ki, cavabdeh tərəfindən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi nəzərə alınmaqla Cavabdeh tutularaq ona qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində iddia tələbinin “xahiş edirəm” hissəsinə dəqiqləşmə vermək zərurəti yaranmışdır. Belə ki, iddia tələbinin “xahiş edirəm” hissəsində “Borc ” müqaviləsinin tarixi xx.xx.2013-cü il tarixli kimi qeyd edilmiş, həmin hissədə dəyişiklik edərək müqavilənin tarixini-xx.xx.2012-ci il tarixli “Borc” müqaviləsi olaraq qeyd edilməsini və müqaviləyə əsasən 10000 (on min) ABŞ dolları məbləğində pulun qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə-xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin qaytarılması hissəsində də dəyişiklik edərək, həmin hissədə - 10000 (on min) ABŞ dollarının, manatın iddia ərizəsinin verildiyi günün məzənnəsinə uyğun olaraq (1 ABŞ x 1,70)- 17000 manat və xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin qaytarılması hissəsində isə həmin pulun illik 5% hesablamaqla (17000 x 5:100 = 850), (850 x 9 il, yəni 2014-2023-cü il) -7650 manat, cəmi 24650 (iyirmi dört min altı yüz əlli) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 164 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması barədə müəyyən edilərək qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh xx.xx.2012-ci il tarixli “Borc” müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları, manatın iddia ərizəsinin verildiyi günün məzənnəsinə uyğun olaraq (1 ABŞ x 1,70) - 17000 manat və xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin qaytarılması hissəsində isə həmin pulun illik 5% hesablamaqla (17000 x 5:100=850), (850 x 9 il, yəni 2014-2023-cü il) -7650 manat, cəmi 24650 (iyirmi dört min altı yüz əlli) manat, ilkin iddia tələbi üzrə isə ödənilmiş 100 (bir yüz) manat, hal-hazırki ərizə üzrə ödənilmiş 164 (bir yüz altmış dört) manat, cəmi 264 (iki yüz altmış dört) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinə əsasən borc məbləğinin və müəyyən olunan faizlərin qaytarılması” tələbinə dair mülki işin icraatına “Cavabdeh xx.xx.2012-ci il tarixli “Borc” müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları, manatın iddia ərizəsinin verildiyi günün məzənnəsinə uyğun olaraq (1ABŞ x 1,70) - 17000 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsinə” dair hissədə xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhərinin notariusu Sadıqov R.Z tərəfindən tərəfindən təsdiqlənərək 21 aprel 2012-ci il tarixdə reyestrdə 3-M-03/719 nömrə ilə qeyd edilmiş borc müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (borc verən) həmin müqaviləyə əsasən Cavabdeh (borc alan) 10000 (on min) ABŞ dolları, kurs üzrə manatla 7875 AZN məbləğində borc pul vermiş, boralan həmin məbləği 21 aprel 2013-cü il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. - Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 25 may 2016-cı il tarixdə verilmiş icra qeydinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı oğunun xeyrinə xx.xx.2013-cü il tarixədək ödənilməmiş 10000 ABŞ dolların bu günü ekvivalenti manatka kurs üzrə (1 ABŞ dolları=1,40 manat) 14900 manatın tutulması, borcludan tələbkar tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14910 manat pulun tutulması təklif edilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri 9 saylı Notariat kontorunun 8İ-10866 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra tədvirlərinin davam etdirilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 165 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Bakı şəhərinin notariusu Sadıqov R.Z tərəfindən tərəfindən təsdiqlənərək 21 aprel 2012-ci il tarixdə reyestrdə 3-M-03/719 nömrə ilə qeyd edilmiş borc müqaviləsinə əsasən İddiaçı 10000 ABŞ dolları məbləğində pulu borc almışdır. Müqavilənin şərtinə əsasən cavabdeh borca aldığı pulu 21 aprel 2013cü il tarixədək qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəçiliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya ödəməmişdir. Bununla da, iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. İddiaçı sonuncu tələbində Cavabdeh xx.xx.2012-ci il tarixli “Borc” müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları, manatın iddia ərizəsinin verildiyi günün məzənnəsinə uyğun olaraq (1 ABŞ x 1,70) - 17000 manat və xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin qaytarılması hissəsində isə həmin pulun illik 5% hesablamaqla (17000 x 5:100=850), (850 x 9 il, yəni 2014-2023-cü il) -7650 manat, cəmi 24650 (iyirmi dört min altı yüz əlli) manat, ilkin iddia tələbi üzrə isə ödənilmiş 100 (bir yüz) manat, hal-hazırki ərizə üzrə ödənilmiş 164 (bir yüz altmış dört) manat, cəmi 264 (iki yüz altmış dört) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin “Cavabdeh xx.xx.2012-ci il tarixli “Borc” müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları, manatın iddia ərizəsinin verildiyi günün məzənnəsinə uyğun olaraq (1ABŞ x 1,70) - 17000 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsinə” dair hissədə icraatına xitam verilmişdir. Belə ki, hazırda iddiaçı xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin qaytarılması hissəsində həmin pulun illik 5% hesablamaqla (17000 x 5:100=850), (850 x 9 il, yəni 2014- 2023-cü il) -7650 manat, ilkin iddia tələbi üzrə isə ödənilmiş 100 (bir yüz) manat, halhazırki ərizə üzrə ödənilmiş 164 (bir yüz altmış dört) manat, cəmi 264 (iki yüz altmış dört) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş edir. İddiaçı həmin pulu tələb edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin tələblərinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Hazırkı halda müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2012-ci il tarixli borc müqaviləsində tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər, iddianın əsasını təşkil edən sübut qismində təqdim və tədqiq olunan müqavilədən göründüyü kimi, iddiaçı borc məbləğini cavabdehə məhz faizsiz vermişdir. O cümlədən, iddiaçı borc pulu peşəkarlıq qaydasında verməklə məşğul olması ilə bağlı sübutlarını təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən ödənişin gecikməsinə görə pul tələb etməsinin əsası yoxdur, bu barədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin qaytarılması hissəsində həmin pulun illik 5% hesablamaqla (17000 x 5:100=850), (850 x 9 il, yəni 2014-2023-cü il) -7650 manat, ilkin iddia tələbi üzrə isə ödənilmiş 100 (bir yüz) manat, hal-hazırki ərizə üzrə ödənilmiş 164 (bir yüz altmış dört) manat, cəmi 264 (iki yüz altmış dört) manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hesabına ödənilmiş 165 (ümumi tələb olan 24650 manata mübasibətdə 163,95 manat dövlət rüsumun ödənilməsi tələb olunur) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 101 manat dövlət rüsumu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsa da, ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması müəyyən olunmamışdır. Belə olan halda isə, iddiaçı MPM-in 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixindən bu günədək faizlərin qaytarılması hissəsində həmin pulun illik 5% hesablamaqla (17000 x 5:100=850), (850 x 9 il, yəni 2014- 2023-cü il) -7650 manat, ilkin iddia tələbi üzrə isə ödənilmiş 100 (bir yüz) manat, halhazırki ərizə üzrə ödənilmiş 164 (bir yüz altmış dört) manat, cəmi 264 (iki yüz altmış dört) manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-351/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-351/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver