Məhkəmə qərarları › İş №2(007)-3515/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3515/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3515/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 200804-811888/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 29%-lə 4000 manat kredit verilmişdir.Borcalan öz öhdəliklərinə lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur.Cavabdəhə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də Banka olan borcunu ödəməmişdir 27.07.2021-ci il tarixinə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə 3208.14manat əsas,1105.27 manat faiz borcu olmaqla cəmi 4313.41 manat kredit borcu qalmışdır.Qeyd olunanlara əsasən Cavabdeh Ekspressbank”ASC-nin xeyrinə üzrə 3208.14 manat əsas,1105.27 manat faiz borcu olmaqla cəmi 4313.41 manat kredit borcunun və 30.40 dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx"ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da öz nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə issiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da öz nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə issiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan: "xxxx"ASC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 200804- 811888/1 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 29%-lə 4000 manat kredit verilməsi ilə əlaqədar tərəflər arasında razılıq əldə olunmuşdur. 27.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki,cavabdeh bankdan götürdüyü 2338 manat kredit borcunu hər ay 167.62 manat olmaqla 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə məhkəmə iclası keçirilsə də Bank tərəfindən məhkəməyə kassa məxaric orderi təqdim olunmamışdır. 29 oktyabr 2021-ci il tarixdə iddiaçının nümayəndəsi növbəti məhkəmə iclasında kassa məxaric orderini təqdim edəcəyini bildirmiş və bu məqsədlə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Lakin növbəti, 05 noyabr 2021-ci il tarixli iclasda iştirak etməmiş və həmin sənədi rəsmi qaydada göndərməmişdir. Məhkəmə cavabdeh tərəfindən kredit məbləğinin alınmasını təsdiq edən yeganə sənədin kassa məxaric orderi olmasını nəzərə alaraq hesab edir ki,iddiaçı iddia tələbinin qismən və ya tam təmin olunması üçün kifayət qədər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad halları sübuta yetirə bilmədiyi üçün iddia tamin olunmamalıdır. İddia təmin olunmadğından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar