Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3516/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 ay müddətinə 1293,00 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh qızı arasında 07 mart 2020-ci il tarixli, 444-LUX- 0285-20 saylı kredit müqaviləsi bağlanmışdır. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətilə 22.07.2021-ci il tarixə əsas borcu 917.07, faiz borcu 65,40 manat , cərimə borcu 137,56 manat olmaqla ümumi borcu 1120,03 manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh qızı götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 26 avqust 2020-ci il tarixli, 10362/20 saylı pretenziya məktubu da göndərilmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh əsas borcu 917,07 manat, faiz borcu 65,40 manat , cərimə borcu 137,56 manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 1150,43 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "Embafinans QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "Embafinans QSC məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 mart 2020-ci il tarixli, 444-LUX-0285-20 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borcu 917,07 manat, faiz borcu 65,40 manat, cərimə borcu 87,56 manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1100,43 manat məbləğin tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "Embafinans QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, iddia ərizəsi ilə tanış olmuşdur. İddia tələbini qismən qəbul edir. Pandemiya olduğuna görə ödəniş edə bilməmişdir. Bu gün 50 manat məbləğində ödəniş etmişdir. Bununla bağlı ödəniş qəbzini təqdim edir. Cəriməni qəbul etmir. İmkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Əsas borcu qəbul edir. Cərimə borcu çox hesablanıb. Cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 07 mart 2020-ci il tarixli, 444-LUX-0285- 20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 34.02 faiz dərəcəsi ilə 1293,00 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 07 mart 2020-ci il tarixli, 444-LUX-0285- 20 saylı kredit müqaviləsinin 2.1.1-ci bəndindən görünür ki, borcalan müqaviləyə və onun əlavəsinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə ödəniş məbləğlərini ödəmədikdə, vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini borcludan tələb etmək hüququna malikdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 07-dən gec olmayaraq 24 ay müddətinə 75 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli, 444-LUX-0285-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 22.07.2021-ci il tarixinə 917,07 manat əsas borc, 65,40 manat faiz borcu, 137,56 manat cərimə borcu, cəmi 1120,03 manat borcu vardır. İş materiallarında olan 01.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 07 mart 2020-ci il tarixli, 444-LUX-0285-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 01.11.2021-ci il tarixinə 917,07 manat əsas borc, 65,40 manat faiz borcu, 87,56 manat cərimə borcu, cəmi 1070,03 manat borcu vardır. İş materiallarında olan 26.08.2020-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli, 444-LUX-0285-20 saylı kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında "xxxx"dan 1293,00 manat məbləğində kredit 2657 manat məbləğində illik 34 %-olmaqla kredit götürmüşdür. Müqavilənin 2.4.2-ci bəndinə əsasən müqaviləyə və onun əlavəsinə/əlavələrinə uyğun olaraq ödəniş məbləğini “borcverənə" ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən müqaviləyə və onun əlavəsinə/əlavələrinə (tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə) uyğun olaraq ödəniş məbləğini vaxtında ödəmədikdə "xxxx" kreditin qalıq məbləğinin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmçinin "Kredit müqaviləsinin" 3.1-ci bəndinə əsasən öhdəliyin lazımi qaydada icra edilmədiyi hər günə görə ümumi gecikdirilmiş məbləğinin 1% faizi miqdarında penya (cərimə) hesablanır. Nəzərinə çatdırılır ki, (tərəflər arasında tərtib olunmuş razılaşmada göstərilən qrafikə uyğun olaraq borclu tərəfindən əsas borcun 110,15 AZN hissəsi, hesablanmış 67,30 AZN faiz borcu, müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyinə görə 0.00 AZN cərimə borcu olmaqla bu günə 177,45 AZN borcu ödənilməmiş olaraq qalmaqdadır. Yuxanda göstərilən gecikmənin aradan qaldırılması ilə əlaqədar əvvəlki bildirişlərlə xəbərdarlıq edilmiş, lakin bugünə kimi müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı lazımi tədbir görülməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərinə çatdırmaqla bir daha bildirirlər ki, 5 gün ərzində yuxarıda qeyd edilən məbləğdə olan borc "xxxx"a ödənilməlidir. Əks təqdirdə müqavilənin ləğv edilməsi, əsas borc, ona görə hesablanmış faiz və borcunun məcburi ödənilməsi, borcun girov predmetinə yönəldilməsi tələbi ilə "xxxx" tərəfindən müvafiq məhkəməyə müraciət ediləcəkdir. Belə olan halda əsas hesablanmış faiz və cərimə borcunu ödəməklə yanaşı məhkəmə və icra xərclərinin ödənilməsi də borclunun üzərinə yönəldiləcəkdir. İş materiallarında olan 25.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 07 mart 2020-ci il tarixli, 444-LUX-0285-20 saylı kredit müqaviləsi üzrə 87,56 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 87,56 manat məbləğində cərimə pulu azaldılmalı və 05 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli, 444-LUX-0285-20 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 07 mart 2020-ci il tarixdə baglanmış kredit müqaviləsi üzrə 917.07 manat əsas, 65.40 manat faiz borcu, 05 manat cərimə, cəmi 987.47 manat və ödənilmiş dövlət rüsumunun 27,70 manat Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 2.30 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli, 444-LUX-0285-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 07 mart 2020-ci il tarixdə baglanmış kredit müqaviləsi üzrə 917.07 manat əsas, 65.40 manat faiz borcu, 05 manat cərimə, cəmi 987.47 manat və ödənilmiş dövlət rüsumunun 27,70 manat Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 2.30 manatı iddiaçıya aid edilsin İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3516/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3516/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver