Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3519/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 28.07.2017-ci il tarixli 001388 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 28 faizlə 12 ay müddətinə 500 manat kredit götürüb. Lakin borclu müqavilənin şərtlarini pozaraq, borc öhdəliyini icra etməkdan boyun qaçırır. 30.06.2021-ci il tarixə Cavabdeh oglunun banka kredit müqaviləsi üzrə 170.29 manat asas borc, 152.46 manat faiz borcu və 142.61 manat cərimə, 21.18 manat əsas faiz borcu olmaqla cəmi 486.54 manat borcu vardir və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh "xxxx" ASC-nin xeyrinə 486.54 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh ilə DamirBank” ASC arasında bağlanmış 28.07.2017-ci il tarixli 001388 nömrəli kredit müqaviləsinə Əlavədən görünür ki, cavabdehə “illik 28 faizlə 12 ay müddətinə 500 manat kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, borclu 12 ay müddətinə hər ayın 28-dənn gec olmayaraq 48.25 manat ödəməlidir. 30 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 170.29 manat asas borcu, 152.46 manat faiz borcu və 142.61 manat cərimə, 21.18 manat əsas faiz borcu olmaqla cəmi 486.54 manat borcu vardir. Ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. 22 iyun 2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borclu borcun ödənilməsi barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 28.07.2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əsas borc və faiz borcu hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, qeyd olunan kredit müqaviləsi üzrə 142.61 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 142.61 manat məbləğində dəbbə pulu azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 170.29 manat asas borc, 152.46 manat faiz borcu və 10 manat cərimə, 21.18 manat əsas faiz borcu və 20 manat dövlət rüsumu olmaqla cəmi 353.93 manat Ləğv Prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 170.29 manat asas borc, 152.46 manat faiz borcu və 10 manat cərimə, 21.18 manat əsas faiz borcu və 20 manat dövlət rüsumu olmaqla cəmi 353.93 manat Ləğv Prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3519/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3519/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver