Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3536/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər “Cavabdeh1” restoranına və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər “Cavabdeh1” restoranına və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən vergi ödəyicilərinin informasiya sistemindən əldə olunmuş çıxarışla müəyyən edilmişdir ki, cavabdeh “Cavabdeh1” restoranı adlı hüquqi şəxs (və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) ünvan 1 ünvanda qeydiyyatda deyil) Digər Cavabdeh2 isə ünvan 2 ünvanda qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə müraciət edərək işin ərazi aidiyyatı üzrə baxılması üçünYasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh2 işin ərazi aidiyyatı üzrə baxılması üçünYasamal Rayon Məhkəməsinə göndərilməsinə eriraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İş materiallarından görünür ki, cavabdeh “Cavabdeh1” restoranı adlı hüquqi şəxs (və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) ünvan 3 ünvanda qeydiyyatda deyil). Digər Cavabdeh2 isə ünvan 2 ünvanda qeydiyyatdadır. Belə olan halda bu işə Bakı Şəhəri Niazmi Rayon Məhkəmnəsində baxıla bilməz. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər “Cavabdeh1” restoranına və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3536/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3536/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver