Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3552/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı MTK-nin Cavabdeh qarşı kompensasiya verilməklə qeyri-yaşayış sahəsindən çıxarılma barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK Cavabdeh qarşı kompensasiya verilməklə qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən,yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamı ilə Bakı şəhər Nizami rayonu Bəkir Çobanzadə, Məhsəti Gəncəvi və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədəki torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. Bakı Şəhəri Nizami rayonu Ə.Hacıyev 2 (B.Çobanzadə 2) ünvandakı 14 mənzilli üçmərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılan torpaq sahəsində yerləşir. Həmin yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq, fəaliyyət göstərmək həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbətx hadisələr törədə bilər. Bu barədə 11 fevral 2016-cı il tarixli akt tərtib olunub.İddiaçıMTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri,Nizami rayonu, Bəkir Çobanzadə, Məhsəti Gəncəvi və İmadəddin Nəsimi küçəllərinin kəsişməsindəki 2532 saylı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işləri həyata keçirilir.İddiaçı Bakı şəhəri,Nizami rayonu, Əlif Hacıyev 2 ünvanda yerləşən binadakı yaşayış sahələrinin,o, cümlədən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə razılıq əldə edərək onların mənzillərinin və əksər qeyri-yaşayış sahələrinin əvəzləşdirilməsi işlərini yekunlaşdıraraq sakainləri köçürür. Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli (Ə.Hacıyev 2) binanın 1-ci mərtəbəsində Cavabdeh mülkiyyətində ümumi sahəsi 33,8 kv.m olan qeyri-yaşayış sahəsi var. Cavabdeh həmin qeyri-yaşayış sahəsini mağaza kimi istifadə edir.Cavabdehə 33,8 kv.m. olan qeyriyaşayış sahəsi əvəzinə, həmin ünvanda inşa ediləcək 4 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40.0 kv.m. qeyri-yaşayış sahəsi verilməsi təklif olunub. Lakin cavabdeh əsassız varlanmaq və İddiaçı MTK-ya bilərkdən ziyan vurmaq məqsədilə müqavilə bağlamaqdan, yararsız binadan köçməkdən və qeyri-yaşayış sahəsini təhvil verməklə bağlı təklifdən imtina edərək daha da artıq sahəsi olan qeyriyaşayış sahəsi və hətta həmin sahə ilə yanaşı əlavə mənzil də verilməsini tələb edir.Cavabdeh yeni binanın tikintisinə başlamağa imkan vermir, qalan 14 ailənin yeni mənzillərlə təmin oulnmasına maneçilik törədir. Nəticədə isə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamın icrası və tiknti işlərinə başlanması mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzilin tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlayan şəxslərin haqlı etiraz və narazılıqlarına səbəb olub.Qeyd olunanlara əsasən cavabdeh X3 Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli(Ə.Hacıyev 2)binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin sökülərək əvəzinə iddiiaçının Bakı şəhəri Bəkir Çobanzadə,M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni tikilən binada 40 kv.m qeyri-yaşayış sahəsi tikilib təhvil verilməklə,yeni qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək fəaliyyət göstərməsi üçün həmin ərazidə müvəqqəti qeyri yaşayış sahəsi ayrılmaqla Cavabdeh Bakı şəhəri Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli(ƏHacıyev 2)binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki,ona təklif olunan sahə onun sahəsinin sənədinə uyğun qəlmir. Gəlib sahənin çöldən-çölə ölçülərini aparsınlar, həmin sahəyə uyğun 70 kv.m. əlavə sahə verilməklə, bina təhvil verilənə qədər ona aylıq 2000 manat ödəniş etsinlər. Onun əmlakı hal-hazırda mağaza kimi fəaliyyət göstərir və aylıq qəliri barədə vergilərdən məlumat əldə oluna bilər. Onu görə də,qarşı tərəfin təklifini qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki istifadədə olan torpaq sahəsində yerləşən 2 nömrəli binanın 1-ci mərtəbəsində 33.8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam pay (mülkiyyət) hüququ ilə Cavabdeh adına oğlunun adına qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 15.042008-ci il tarixdə qeydiyyat aparılmışdır; -Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 15 aprel 2014-cü il tarixli, 161 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 04 mart 2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır; - B.Çobanzadə küçəsindəki istifadədə olan torpaq sahəsində yerləşən 2 nömrəli binanın 1-ci mərtəbəsində 33.8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə keçirilən texniki baxış haqqında 11 fevral 2016-cı il tarixli aktın surətindən görünür ki, sözügedən ünvanda komissiyanın iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, bina 1950-ci ildə inşa olunmuşdur, 2 mərtəbəlidir, binada 14 mənzil mövcuddur. Binanın bünövrəsi dəmir-beton lentvaridir, divarlarda bəzi hissələrdə çatlar var, pilləkən qəfəsinin yükdaşıyıcı konstruksiyalarında aşınmalar var, karniz elementləri qəzalı vəziyyətdədir, dam örtüyünün texniki vəziyyəti qeyri-qənaətbəxşdir, binanın istismar müddəti bitib, şəhərsalma və tikinti normalarına cavab vermir; -Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10/İ-1425 nömrəli iş üzrə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 14/86 nömrəli ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 161 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və Nəsimi küçələrinin kəsişməsində yerləşən 3,4771 hektar sahə yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş ayrıc aktı) İddiaçı Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin 11 yanvar 2021-ci il tarixli, 30754 saylı rəyindən görünür ki, ekspertlər İddiaçı MTK üçün ayrılmış Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış binaları üzrə tikinti layihələri ilə razı olduqları barədə rəy vermişlər. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki istifadədə olan torpaq sahəsində yerləşən 2 nömrəli binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi, 2532-ci məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. Bundan sonra, ünvan 4 ünvanında yerləşən yaşayış evinə komissiyanın iştirakı ilə keçirilmiş baxış zamanı binanın divarlarında bəzi hissələrdə çatların olması, pilləkən qəfəsinin yükdaşıyıcı konstruksiyalarında aşınmaların olması, karniz elementlərinin, binanın dam örtüyünün texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, o cümlədən binanın istismar müddətinin bitməsi, şəhərsalma və tikinti normalarına cavab vermədiyi müəyyən edilmişdir. Bundan sonra, İddiaçı MTK-nın müraciətinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin 11 yanvar 2021-ci il tarixli, 30754 saylı rəyi ilə, ekspertlər İddiaçı MTK üçün ayrılmış Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış binaları üzrə tikinti layihələri ilə razı olmaları barədə rəy vermişlər. Bundan sonra İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli, 161 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, Cavabdeh iddiaçı ilə razılığa gələ bilməmişdir. Hazırda iddiaçı, cavabdehə onun 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin sökülərək Bakı şəhəri Bəkir Çobanzadə,M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni tikilən binada 40 kv.m qeyri-yaşayış sahəsi tikib təhvil verməyi,yeni qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək fəaliyyət göstərməsi üçün həmin ərazidə müvəqqəti qeyri yaşayış sahəsi ayrılmağı təklif etməklə onun Bakı şəhəri Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli(ƏHacıyev 2)binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin sökülərək Bakı şəhəri Bəkir Çobanzadə,M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni tikilən binada 40 kv.m qeyri-yaşayış sahəsi tikib təhvil verməyi,yeni qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək fəaliyyət göstərməsi üçün həmin ərazidə müvəqqəti qeyri yaşayış sahəsi ayrılmağı,təklif etməklə onun Bakı şəhəri Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli(ƏHacıyev 2)binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir.Cavabdeh prinsip etibarı ilə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsinə etiraz etmir,lakin bunun müqabilində eyni ərazidə iki dəfə çox,yəni 70 kv.m qeyri yaşayış şahısı,həmin qeyriyaşayış sahəsi tikilib təhvil verilənədək isə 2000 manat aylıq kompensasiya tələb edir. Göründüyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi 1950-ci ildə inşa olunmuş yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki əmlakın sahəsindən də artıq sahəsi olan, tam təmirli daşınmaz əmlak vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehi yeni tikiləcək yaşayış binasındakı qeyriyaşayış sahəsinə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni sahəyə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdehin hazırda mülkiyyətində olan 33.8 kv.m qeyri yaşayış sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X5 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan şəhərsalma və tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması(və ya qeyri-yaşayış sahəsindən istifadə etməsi) gələcəkdə məhz cavabdeh üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X9 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai maraga” uygun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıgı müəyyən etməlidir. Məhkəmə onu da nəzərə alır ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi B.Çobanzadə küçəsindəki istifadədə olan torpaq sahəsində yerləşən 2 nömrəli bina qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək,eləcə də cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli(Ə.Hacıyev 2)binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin sökülərək əvəzinə iddiiaçının Bakı şəhəri Bəkir Çobanzadə,M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni tikilən binada 40 kv.m qeyri-yaşayış sahəsi tikilib təhvil verilməklə,yeni qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək fəaliyyət göstərməsi üçün həmin ərazidə müvəqqəti qeyri yaşayış sahəsi ayrılmaqla Cavabdeh Bakı şəhəri Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli(ƏHacıyev 2)binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli (Ə.Hacıyev 2) binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin sökülərək əvəzinə Bakı şəhəri Bəkir Çobanzadə,M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni tikilən binada 40 kv.m qeyri-yaşayış sahəsi tikilib təhvil verilməklə,yeni qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək fəaliyyət göstərməsi üçün həmin ərazidə müvəqqəti qeyri yaşayış sahəsi ayrılmaqla,Cavabdeh Bakı şəhəri Bəkir Çobanzadə küçəsindəki 2 nömrəli (ƏHacıyev 2) binanın 1-ci mərtəbəsindəki 33.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılsın. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3552/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3552/2021
29.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver