Məhkəmə qərarları › İş №2(007)-3562/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3562/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3562/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 36 faizlə 12 ay müddətinə 509 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 855 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 15 oktyabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə keçmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyulun 23-dək Cavabdeh banka 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 164.33 manat əsas borcu, 42.85 faiz borcu , 173.13 manat, kredit müqaviləsi üzrə 15.10.2020-ci il tarixdən 23.07.2021-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.70 manat əldə çıxmış fayda olmaqla, ümumilikdə 383.01 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 164.33 manat əsas borcu, 42.85 faiz borcu , 173.13 manat, kredit müqaviləsi üzrə 15.10.2020-ci il tarixdən 23.07.2021-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.70 manat əldə çıxmış fayda olmaqla, ümumilikdə 383.01 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh oğlu arasında bağlanmış 15.10.2019-cu il tarixli 338-1***-******* saylı kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən Cavabdeh illik 36 faizlə 12 ay müddətinə 509 manat kredit götürmüşdür. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.05.2018-ci il tarixli 0004 nömrəli tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, 15 oktyabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh oğlu ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə keçmişdir. İşə əlavə olunmuş "xxxx" ASC-nin 23.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 164.33 manat əsas borcu, 42.85 faiz borcu , 173.13 manat, kredit müqaviləsi üzrə 15.10.2020-ci il tarixdən 23.07.2021-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.70 manat əldə çıxmış fayda olmaqla, ümumilikdə 383.01 manat borcu vardır. İş materiallarında olan 15.10.2019-cu il tarixli 338-1***-******* saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 15dən gec olmayaraq 12 ay müddətinə 51.14 manat pul ödəməlidir. İş materiallarında olan 15.10.2019-cu il tarixli ödəmə tapşırığından görünür ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı tərəfindən 509 manat pul Cavabdeh oğluna təhvil verilmişdir. İş materiallarında olan 20.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə olunmuş 05.08.2021-ci il tarixli ödəniş tapsırığından görünür ki, “Yelo Bank" ASC məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh oğlu arasında bağlanmış 15.10.2019-cu il tarixli 338-1***-******* saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələbini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 164.33 manat əsas borcu, 42.85 faiz borcu, 173.13 manat, kredit müqaviləsi üzrə 15.10.2020-ci il tarixdən 23.07.2021-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.70 manat əldə çıxmış fayda olmaqla, ümumilikdə 383.01 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar