Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-358/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 üçün tutulan 193 manat aliment məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya xidməti üçün ödənilmiş 61 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslər:
2. Məhkəmə iclasında İddiaçı ərizə verərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında Cavabdeh mülki işin baxılmamış saxlanmasına etiraz etmədi.
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
Məhkəmənin mövqeyi:
5. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
Nəticə:
6. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
7. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova