Məhkəmə qərarları › İş №2(007)-3614/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-3614/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3614/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh Cavabdeh 3461 nömrəli, 13.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən mağazadan dəyəri 2650 manat olan məişət avadanlığı əldə edib. Məişət avadanlığı 16.01.2019-cu il tarixli satış qaiməfakturasına əsasən Cavabdeh təhvil verilib. Cavabdeh ilkin ödəniş olaraq 200 manat ödəniş etdiyinə görə 16.01.2020-ci ilədək 12 ay müddətində hər ay 204,2 manat sonuncu ay 203.8 manat olmaqla cəmi 2450 manat məbləğin ona ödəniş etməsi barədə öhdəlik götürüb. Cavabdehin həmin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra ona 1425 manat borcu qalıb. Lakin cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır, borc məbləğini ödəməkdən yayınır. Buna görə də borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 1425 manat borcun və 20 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdeh məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə 14.07.2021-ci il tarixli məlumatdan görünür İddiaçı sahibkarlıq vəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir.(VÖEN:1********) Cavabdeh ilə ünvan 1 ünvanında yerləşən NAF elektronik mağazasının sahibkarı arasında bağlanmış 16.01.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 2650 manat olan “Hitaçi”markalı soyuducu satılmışdır.Həmin müqaviləyə əsasən müştəri 12 ay müddətində hər ay 204,2 manat, sonuncu ay 203.8 manat olmaqla cəmi 2450 manat məbləği ödəmək barədə öhdəlik götürmüşdür. 16.01.2019-cu il tarixli təhvil təslim aktından görünür ki, müştəri həmin gün “Hitaçi”markalı qara rəngli soyuducunu təhvil almışdır. Kontragentlərlə nəğd hesablaşma cədvəlindən görünür ki, müştərinin ödənilməmiş borcu cəmi 1425 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd olunan maddələrinə əsasən: 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin halları ilə müəyyən olunmuşdur ki tərəflər arasında sadə yazılı formada alqısatqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 2650 manat olan “Hitaçi”markalı soyuducu satılmışdır.Həmin müqaviləyə əsasən müştəri 12 ay müddətində hər ay 204,2 manat sonuncu ay 203.8 manat olmaqla cəmi 2450 manat məbləği ödəmək barədə öhdəlik götürmüşdür.Lakin satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etsə də,alıcı öz öhdəliklərinə tam və layiqincə əməl etməmiş, onun 1425 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia əsaslıdır. Ona görə də iddia təmin olunmalı, cavabdeh Cavabdeh 1425 manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 1425 manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar