Məhkəmə qərarları › İş №2(007)-3615/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3615/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3615/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 ilə Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “kredit müqaviləsi”nin ləğv edilməsi və Cavabdeh2 4650 (dörd min altı yüz əlli) manat əsas borc, 232 (iki yüz otuz iki) manat 50 (əlli) qəpik illik 5 faiz, 1000 (min) manat dəbbə pulu və 65 (altmış beş) manat olmaqla, ümumilikdə 5947 (beş min doqquz yüz qırx yeddi) manat 50 (əlli) qəpik pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Cavabdeh2 ilə Bakı şəhəri, 52 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 4650 (dörd min altı yüz əlli) manat pul verilmişdir. “Borc alan” krediti xx.xx.2024-cü il tarixinədək hər ay 310 manat olmaqla “Borc verən”ə yəni, iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. “Borc alan”a müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmaqda qanunvericilikdə nəzərdə tutumuş qaydada məsuliyyət daşıması barədə göstəriş verilmişdir. Müqaviləyə əsasən hər iki tərəfin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə, məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikiliklər və ya əlavələr olunma, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq əsasında olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, həmin məbləğdən bir manat belə ödəməmişdir. Bununla da, kredit müqaviləsinin şərtlərini pozmuşdur. Borc alan 4650 (dörd min altı yüz əlli) manat pul vəsaitini ayda 310 manat olmaqla qaytarmalı olduğu halda, ödəməmişdir. Borclu 4650 (dörd min altı yüz əlli) manat pul vəsaitini ödəməlidir. Borclu pul aldıqdan sonra hər dəfə müxtəlif bəhanələrlə faktiki aldatmaqla məşğul olmuşdur. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alana” 4650 (dörd min altı yüz əlli) manat məbləğində pulu borc verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2024-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini vaxtında yerinə yetirməmişdir, bu səbəbdən də, həmçinin iddiaçıya ziyan vurmuşdur. Cavabdeh almış olduğu məbləği tam həcmdə geri qaytarmalıdır. Kredit müqaviləsində qeyd edilən məbləği qaytarmamaqla yanaşı, üstəlik, razılığa əsasən hissə-hissə, yəni hər ayda 310 manat məbləğində pul vəsaitini vermək öhdəliyini də, yerinə yetirməmişdir.

Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia bir neçə cavabdehə verildikdə iddia ərizəsində onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qanunvericiliyin qeyd edilən tələbi pozulduğu halda məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

7. İddia ərizəsi ona əlavə edilmiş materiallar ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı Cavabdeh2 ilə Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “kredit müqaviləsi”nin ləğv edilməsi və ümumilikdə 5947.5 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulmasına dair tələb irəli sürmüşdür.

8. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh2 qarşı tələbi aydın olsa da, cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı hansı tələbin yönəldiyi aydın deyil.

9. Həmçinin iddia ərizəsindən görünür ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi öz pozulmuş hüquqlarının bərpası üçün xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 ümumilikdə 5947.5 manat məbləğində pul vəsaitinin tutulmasını təmin etməkdir.

10. Belə olan halda tələbə cavab verməli olan şəxs Cavabdeh2 olduğu üçün iddia onun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İddia ərizəsindən görünür ki, cavabdeh Bayramov X1 Muxtar Respublikası Naxçıvan şəhəri, Hərbi Şəhərcik-1, ev ZY 1, mənzil 107-də qeydiyyatdadır.

11. Mülki prosessual qanunvericiliyə əsasən əgər qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.

12. Məhkəmə qeyd edir ki, tələbə cavab verən şəxsə münasibətdə, onun rəsmi qaydada qeydiyyatda olduğu ünvan ünvan 1ına baxmayaraq, Bakı şəhəri 52 saylı notariat ofisinin yerləşdiyi yer üzrə formal olaraq Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət olunması qanunvericiliyin tələbinə zidd olmaqla bərabər, əsassızdır.

13. Belə olan halda, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə yəni, Naxçıvan şəhər Məhkəməsinə verilməli olduğu halda, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Hansı ki mülki prosessual qanunvericiliyə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

Nəticə :

14. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunu və ərazi aidiyyatı qaydalarına dair mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh2 və Cavabdeh1na qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

15. İddiaçı hazırki iddia tələbi ilə Naxçıvan şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

16. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün, hazırki mülki iş materiallarına əlavə edilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; qəbzin nömrəsi: **********; büdcə təsnifat kodu: 142211; xəzinə hesabı: AZ17CTRE********************; transaksiya nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 13:42) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 149; 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh2 və Cavabdeh1na qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; qəbzin nömrəsi: **********; büdcə təsnifat kodu: 142211; xəzinə hesabı: AZ17CTRE********************; transaksiya nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 13:42) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar