Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3619/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı oğlunun Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı oğlu Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iştirak edən İddiaçı oğlu iddia tələbini onunla əsaslandırdı ki, təxminən 2019-cu ilin aprel ayının əvvəlləri Kənan Qurban oğlu adlı bəstəkar-şair kimi tanıdığı Cavabdeh onunla görüşərək bəzi maddi problemlərinin olduğunu, bu səbəbdən ona borc qismində 1800 ABŞ Dolları məbləğində pul verməyi xahiş etdi, bir neçə günə qaytaracağını bildirdi.O da cavabdehi tanıdığından, müxtəlif şənliklərdə görüşdüklərindən, ortaq tanışları olduğundan ona istədiyi 1800 ABŞ Dolları borc verdi. Lakin cavavabeh söz verdiyi vaxt pulu qaytarmadı. 21 aprel 2019-cu ildə cavabdehlə yenidən görüşərək ondan aldığı borcu qaytarmasını tələb etdi. Cavabdeh hələ də problemlərini həll edə bilmədiyindən borcu vaxtında qaytara bilmədiyini bildirdi və bir neçə gün əlavə vaxt istədi.O,cavabdehlə razılaşsa da aldığı 1800 ABŞ Dolları borcla bağlı qəbz verməyini tələb etdi. Cavabdeh bununla razılaşdı,lakin borc qismində götürdüyü 1800 ABŞ Dolları puldan yarıdan çoxunu axşama qaytaracağını, qalan 1200 manatı isə 3 aya ödəcəyini bildirdi və tərtib etdikləri qəbzi imzalayaraq ona təqdim etdi.Qəbzdə qeyd edilib ki, “Mən Cavabdeh İddiaçı 1200 manat borcum var. Bu məbləği 3 aydan sonra hissə-hissə ödəməyi öhdəmə götürürəm. Bu yazdığımı imzamla təsdiq edirəm. İmza: Cavabdeh 21 aprel 2019-cu il” 21 aprel 2019-cu ildə axşam saatlarında cavabdeh onunla yenidən görüşərək axşama ödəməyi söz verdiyi 1800 manatı tam toplaya bilmədiyini, cəmi 800 manat tapdığını, bildirdi və 800 manatı ona verdi. Qalan 2200 manat borcdan 1200 manata artıq qəbz verdiyindən öz xəttiylə əlavə 1000 manatlıq yeni qəbz yazaraq imzaladı və ona təqdim etdi. Qeyd edilənlərə baxmayaraq cavabdeh bu günə qədər üzərinə götürdüyü öhdəliyi icra etmir və ona olan 2200 manat məbləğində borcunu geri qaytarmır.Qeyd olunanlara əsasən Cavabdeh 2200 manat əsas borcun,220 manat faiz borcunun,30 manat dövlət rüsumunun, 5.40 manat məhkəmə xərcinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf etdi və izahat verərək göstərdi ki, iddiaçıdan borc almışdır.Onun iddiaçıya cəmi 1000 manat borcu var, onu da, imkan verilsə hissə-hissə ödəyəcək. İş materiallarında olan 1000 manatlıq qəbzi o, imzalamışdır.Qəsdən soyadını İsmayılov yazmışdır.Digər sənədlərdən xəbəri yoxdur. Xahiş edir ki, iddia qismən təmin edilsin. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş 21.04.2019-cu il tarixli qəbzdə qeyd olunmuşdur ki, “mən X1 Nizami Ramazan oğluna 1000(min) manat borcluyam.Bu məbləği ödəməyi öhdəmə götürürəm.İmza: İsmayılov Kənan. 21.04 2019-cu il” İşə əlavə olunmuş 21 aprel 2019-cu il tarixli digər qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh İddiaçı 1200(min) manat borcum var.Bu məbləği 3 aydan sonra hissə-hissə ödəməyi öhtəmə götürürəm.Bu yazdığımı imzamla təsdiq edirəm.İmza:Cavabdeh21.04 2019-cu il” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 21.04 2019-cu il tarixdə sadə yazılı formada borc müqaviləsi bağlanmış və Adıgözəlov X2 Kənan Qurban oğluna 1000 manat borc vermişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda bunu etiraf etmiş,bununla əlaqədar yazıb imzaladığı qəbzdə bilərəkdən soyadını İsmayılov kimi göstərdiyini bildirmişdir. İddiaçı isə verilən suallara cavab verərəkən ikinci qəbzi(1200 manat)özünün tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında hər iki qəbz tutuşdurularkən qəbzlərdə həm xəttin həm də imzaların fərqli olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı oğlunun xeyrinə 1000 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat,5.40 məhkəmə xərci tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı oğlunun xeyrinə 1000 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat,5.40 manat məhkəmə xərci tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3619/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3619/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver