Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3621/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1976-cı ildə Ağdam rayonunda anadan olmuş, qaçqın kimi ünvan 1 ünvanında olan yataqxanada yaşayan, 2018-ci ildən başlayaraq 8-ci km. Bazarında onunla bir yerdə alver etmiş, etibardan sui-istifadə edərək 2019-cu ildən 2020-ci ilə qədər ondan 90.000 manat pul alan, sonralar həmin pulun 16000 manatını ona qayataran, borclu qaldığı 74000 manatını indiyə qədər qaytarmayan, barəsində polisə etdiyi şikayətdən sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən aparılan təhqiqat araşdırmasının yekunu olaraq 10 iyul 2024-cü il tarixində verdiyi “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda göstərilənlərlə ona borclu olduğunu etiraf etdiyi 30.500 manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.
5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.
6. Belə ki, iş üzrə iddiaçı tərəfindən cavabdeh qismində Cavabdeh cəlb edilsə də, onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verən eyniləşdirmə məlumatları göstərilmişdir.
7. Həmçinin hazırki iddia tələbi cavabdeh qismində cəlb edilən şəxslərin iddiaçıya məxsus mənzildə yaşamaları ilə bağlıdır. Lakin iddiaçı tərəfindən iş materiallarına cavabdehin həqiqətən də, ona məxsus olan mənzildə yaşamasını təsdiq edən sübut əlavə edilməmişdir.
8. Həmçinin məhkəmə onu da qeyd edir ki, mülki qanunvericiliyə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
9. İddiaçı tərəfindən tərtib edilmiş iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı kimi ünvan 2iyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
11. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
12. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 162 (bir yüz altmış iki) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı, FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu: 14221104, Transaksiya nömrəsi:**********5; tarix:xx.xx.20242, saat:14:21) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 162 (bir yüz altmış iki) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı, FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə səviyyə kodu: 14221104, Transaksiya nömrəsi:**********5; tarix:xx.xx.20242, saat:14:21) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva