Məhkəmə qərarları › İş №2(007)-3640/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3640/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3640/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında olan 00023829 nömrəli alqı-satqı müqaviləsində razılaşmaya əsasən 09 aprel 2018-ci il tarixində bir ədəd Tekstil (Yataq dəsti)-24.65 manata, bir ədəd Döşək-85 manata, altı ədəd Stul (lülpan)-280 manat, bir ədəd Taxt (Oskar)-243.35 manat, bir ədəd TV (Shivaki 43)-540 manat, bir ədəd Paltar yuyan (Midea MFE50)-360.02 manat, bir ədəd Jurnalnı-101.23 manat, bir ədəd Kamod (üskar)-220 manat,bir ədəd Stol (Oskar)-160 manat, iki ədod Qorka (Oskar)-37() manat,bir ədəd Dolab (Oskar)-720 manat,bir ədəd (Oskar)-203.72 manat,bir cüt Tumba (Oskar)-79.03 manat,bir ədəd divan Əlvan-940 manat, bir ədəd Soyuducu (Midea HD)-S80 manat, bir ədəd mətbbəx stolu-135 manat,və dörd ədəd mətbəx stulu-150 manat olmaqla ümumilkdə 5192 manatlıq nisyə alış veriş etmişdir. Alqısatqı müqaviləsində göstərildiyi kimi 492 manat ilkin ödəniş edərək qalan məbləği, yəni 4700 manatı 1 aya yəni 30 may 2018-ci ildə tam ödəməli idi. Lakin cavabdeh alq- satqı müqaviləsinin şərtlərini pozaraq müxtəlif zamanlarda ödənişlər edərək qalan məbləğin,yəni 450 manatın ödənişincən yayınmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdirlər. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunları nəzərə alaraq Alıcıyla bağlanmış alqı-satqı müqaviləsinin 6.2 ("Alıcı" ödəmələrin həyata keçirilməsini gecikdirərsə, hər gecikdirən gün üçün gecikdirilmiş ödəmənin 1%-i əlavə əlavə olaraq satıcıya dəbbə pulu ödəniləcəkdir) bəndini əsas tutaraq ödənilməyən məbləğin yəni 450 manatın hər gccikdirilən gün üçün (gecikmə günü 90) 1 manat faiz pulu üzərinə gəlib ümumi borcu 540 manat olmuşdur (əsas borc 450 manat, gecikən gün üçün hesablanan faiz pulu 90 manat). Qeyd olunanlara əsasən Cavabdeh 450 (dörd yüz əlli) manat əsas pulun 90 (doxsan) manat hesablanmış dəbbə pulu olmaqla ümumilikdə 540 (beş yüz qırx) manat və 30 (otuz) manat dövlət rüsumunu "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2018-ci il tarixli 00023829 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə bir ədəd Tekstil (Yataq dəsti)-24.65 manata, bir ədəd Döşək-85 manata, altı ədəd Stul (lülpan)-280 manat, bir ədəd Taxt (Oskar)-243.35 manat, bir ədəd TV (Shivaki 43)-540 manat, bir ədəd Paltar yuyan (Midea MFE50)-360.02 manat, bir ədəd Jurnalnı-101.23 manat, bir ədəd Kamod (üskar)-220 manat,bir ədəd Stol (Oskar)-160 manat, iki ədod Qorka (Oskar)-37() manat,bir ədəd Dolab (Oskar)-720 manat,bir ədəd (Oskar)-203.72 manat,bir cüt Tumba (Oskar)-79.03 manat,bir ədəd divan Əlvan-940 manat, bir ədəd Soyuducu (Midea HD)-S80 manat, bir ədəd mətbbəx stolu-135 manat,və dörd ədəd mətbəx stulu-150 manat olmaqla verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 26.03.2021-ci il tarixli borcla bağlı bildirişdən görünür ki, Cavabdeh bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə 3 gün müddətində "xxxx" MMC ilə razılığa gəlməsi barədə xəbərdar olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 13.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 09 aprel 2018-ci il tarixli 00023829 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə bir ədəd Tekstil (Yataq dəsti)-24.65 manata, bir ədəd Döşək-85 manata, altı ədəd Stul (lülpan)-280 manat, bir ədəd Taxt (Oskar)-243.35 manat, bir ədəd TV (Shivaki 43)-540 manat, bir ədəd Paltar yuyan (Midea MFE50)-360.02 manat, bir ədəd Jurnalnı- 101.23 manat, bir ədəd Kamod (üskar)-220 manat,bir ədəd Stol (Oskar)-160 manat, iki ədod Qorka (Oskar)-37() manat,bir ədəd Dolab (Oskar)-720 manat,bir ədəd (Oskar)- 203.72 manat,bir cüt Tumba (Oskar)-79.03 manat,bir ədəd divan Əlvan-940 manat, bir ədəd Soyuducu (Midea HD)-S80 manat, bir ədəd mətbbəx stolu-135 manat,və dörd ədəd mətbəx stulu-150 manat olmaqla verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 450 manat əsas pulun 90 manat hesablanmış dəbbə pulu olmaqla ümumilikdə 540 manat və 30 manat dövlət rüsumunu "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar