Məhkəmə qərarları › İş №2(007)-3643/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3643/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3643/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 07.12.2019-cu il tarixli, MOB03-1735 №-li alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazından 560 azn dəyərində ‘‘Mobil telefon Xiaoni Redmi Note8 64gb black”, 24.01.2020-ci il tarixli, MOB03- 1887 №-li alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazasından 659 azn dəyərində "Mobil telefon Samsung SM-A605 black" almışdır. MOB03-1735 №-li alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanılmışdır. Müqaviləyə əsasən qalıq məbləğ 560 azn etmişdir. Bu isə 20 aylıq ödəmə şərti ilə aylıq 28 azn ödəniş edir. Cavabdeh ödəniş tarixçəsi belədir: 1) 15.01.2020-28 azn 2) 16.02.2020-28 azn 3) 06.03.2020-28 azn 4) 08.04.2020 - 28 azn 5) 12.05.2020-28 azn 6) 08.06.2020 - 28 azn 7) 07.07.2020-28 azn 8) 03.08.2020- 28 azn 9) 07.10.2020 -28 azn 10) 07.11.2020-28 azn 11) 07.12.2020 -28 azn 12) 12.01.2021 - 28 azn Cavabdeh cəmi 336 azn ödəniş etmişdir. Qalıq borc: 224 azndir. Qalıq borc 224 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 05.08.2021-ci il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 66 azndır. 224 azn əsas borc və 66 azn dəbbə pulu ilə birlikdə “TAB’ MMC-yə 290 manat ödənilməlidir. MOB03-1887 №-li alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanılmışdır. Müqaviləyə əsasən qalıq məbləğ 659 azn etmişdir. Bu isə 18 aylıq ödəmə şərti ilə aylıq 37 azn ödəniş edir. Cavabdeh ödəniş tarixçəsi belədir: 1) 25.02.2020-37 azn 2) 06.03.2020 - 37 azn 3) 08.04.2020 -37 azn 4) 12.05.2020-37 azn 5) 08.06.2020 - 37 azn 6) 07.07.2020-37 azn 7) 03.08.2020-37 azn 8) 18.10.2020 -37 azn 9) 17.11.2020 - 37 azn 10) 12.01.2021 -37 azn Cavabdeh cəmi 370 azn ödəniş etmişdir. Qalıq borc: 289 azndir. Qalıq borc 289 manat olaraq qalır. Gecikdirmə ilə əlacədar 05.08.2021-ci il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 73 azndir. 289 azn əsas borc və 73 azn dəbbə pulu ilə birlikdə "xxxx" MMC-yə 362 manat ödənilməlidir. Hər iki müqavilə üzrə ümumilikdə İddiaçı MMC-yə 652 azn ödəniş edilməlidir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etmimişdir. Sonuncu dəfə isə cavabdeh - Cavabdeh ödənişlə əlaqədar 09.08.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Qeyd olunanlara əsasən alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 07.12.2019-cu il tarixli, MOB03-1735 №-li müqavilə üzrə 224 manat məbləğində əsas borcun, 66 manat məbləğində dəbbə pulunun, ümumilikdə - 290 azn, 24.01.2020-ci il tarixli. MOB03-1887 №-li müqavilə üzrə 289 manat məbləğində əsas borcun, 73 manat məbləğində dəbbə pulun, ümumilikdə - 362 azn və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 682 manat pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.12.2019-cu il tarixli, MOB03-1735 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə TEXNOPLUS mağazasından 560 azn dəyərində ‘‘Xiaomi Redmi Note8 64gb black” mobil telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 07.12.2019-cu il tarixli, MOB03-1735 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 07-dən gec olmayaraq 20 ay müddətinə 28 manat ödəniş etməlidir. İşə əlavə olunmuş təhvil təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.12.2019-cu il tarixli, MOB03-1735 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə TEXNOPLUS mağazası 560 azn dəyərində ‘‘Xiaomi Redmi Note8 64gb black” mobil telefon Cavabdeh təhvil vermişdir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2020-ci il tarixli, MOB03-1887 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə TEXNOPLUS mağazasından 659 azn dəyərində "Samsung SM-A605 black" mobil telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 24.01.2020-ci il tarixli, MOB03-1887 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 24-dən gec olmayaraq 18 ay müddətinə 37 manat ödəniş etməlidir. İşə əlavə olunmuş təhvil təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2020-ci il tarixli, MOB03-1887 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə TEXNOPLUS mağazası 659 azn dəyərində "Samsung SM-A605 black" mobil telefon Cavabdeh təhvil vermişdir. İşə əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 09.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ümumilikdə hər iki müqavilə üzrə ümumilikdə İddiaçı MMC-yə 652 azn ödəniş edilməlidir. 3 gün müddətində ödənişlərinizi və gecikdirmə ilə əlaqədar məbləğə əlavə olunan faizlər ödənilməlidir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş İddiaçı MMC-nin 05.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.12.2019-cu il tarixli, MOB03-1735 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 224 azn əsas borc, 66 azn dəbbə pulu, cəmi 290 manat borcu vardır. İşə əlavə olunmuş İddiaçı MMC-nin 05.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2020-ci il tarixli, MOB03- 1887 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 289 azn əsas borc, 73 azn dəbbə pulu, cəmi 362 manat borcu vardır. İşə əlavə olunmuş 13.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 07.12.2019-cu il tarixli, MOB03-1735 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 560 azn dəyərində ‘‘Xiaomi Redmi Note8 64gb black” mobil telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 07.12.2019-cu il tarixli, MOB03-1735 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 07-dən gec olmayaraq 20 ay müddətinə 28 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 24.01.2020-ci il tarixli, MOB03-1887 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 659 azn dəyərində "Samsung SM-A605 black" mobil telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 24.01.2020-ci il tarixli, MOB03-1887 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 24-dən gec olmayaraq 18 ay müddətinə 37 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 07.12.2019-cu il tarixli, MOB03-1735 №-li müqavilə üzrə 224 manat məbləğində əsas borcun, 66 manat məbləğində dəbbə pulunun, ümumilikdə 290 azn, 24.01.2020-ci il tarixli. MOB03-1887 №-li müqavilə üzrə 289 manat məbləğində əsas borcun, 73 manat məbləğində dəbbə pulun, ümumilikdə 362 azn və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 682 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar