Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3659/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı QSC ilə 30.05.2018-ci il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 10.000 manat məbləğində kredit götürmüşdür. X5 12.10.2018-ci il tarixində vəfat etdiyindən arvadı Cavabdeh1 kredit müqaviləsi və sazişlər üzrə onun mövcud olan öhdəliklərini qəbul etmiş və buna dair müvafiq sazişlər Bankla Cavabdeh1 arasında bağlanmışdır. Belə ki, X3 vərəsəsi olan Cavabdeh1 ilə İddiaçı QSC-nin bağladığı 17.10.2018-ci il tarixli 001A**********S saylı 29.08.2019-cu il tarixli 001A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05.05.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 4979,18 manat ödəniş etmiş və onun iddiaçıya 5020,82 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faizin qaytarılması kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 10.08.2021-ci il tarixə 462 gün üçün hesablanmış faiz borcu 458,08 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 10.08.2021-ci il tarixə 462 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2722,96 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göstərilən kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən, yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X5 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanları nəzərə alaraq X3 vərəsəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5020,82 manat məbləğində kredit borcu, 458,08 manat məbləğində faiz borcu və 2722,96 manat məbləğində cərimə olmaqla, cəmi 8201 manat 86 qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək həqiqətən də mərhum həyat yoldaşının bankdan 10.000 manat kredit götürdüyünü, o, vəfat edəndən sonra onun vərəsəsi təyin olunduğunu və hazırda işləmədiyinə görə krediti qaytara bilmədiyini bildirdi.Faiz və cərimə borcunun silinməsini, xahiş etdi,əsas borcu isə imkanı olanda ödəyəcəyini bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 30.05.2018-ci il tarixli 001A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə aylıq 2.1667% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X5 36 ay müddətinə hər ayın 07-dən gec olmayaraq 407 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 001A**********S nömrəli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, bankın borclusu X5 vəfat etdikdən sonra onun vərəsəsi Cavabdeh1 onun öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 056S**********01 və 056S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 həmin kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə öz üzərinə zaminlik məsuliyyət götürmüşlər. İş materiallarında olan 10.07.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlər kredit müqaviləsi üzrə 30.05.2018-ci il tarixli 001A********** nömrəli razılaşmadan irəli gələn pul tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 17.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X3 001A********** saylı 30.05.2018-ci il tarixli kredit razılaşması üzrə 03.09.2019-cu il tarixə "xxxx" QSC-yə 9365.27 manat əsas, 2658.18 manat faiz, 3401.23 manat cərimə, cəmi 15424.68 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 17.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı "xxxx" QSC ilə X5 arasında bağlanmış 30.05.2018-ci il tarixli 001A********** nömrəli razılaşmadan görünür ki, cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. X5 vəfat etdikdən sonra onun vərəsəsi X4 ilə yeni razılaşma imzalanmış və müqavilə şərtləri dəyişdirilmişdir.X1 müqavilə üzrə öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir.Digər cavabdehlər Cavabdeh2 isə zaminlik vəzifəsini yerinə yetirməmişdir. Ona görə də əsas borc və faizlərin tələb olunması hissəsində iddia əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 30.05.2018-ci il tarixli 001A********** nömrəli razılaşma üzrə 2722.96 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bi¬lər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 2722.96 manat məbləğində dəbbə pulu azaldılmalı və 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 001A********** saylı kredit razılaşması üzrə 5020,82 manat kredit borcu, 458.08 manat faiz borcu, 200 manat cərimə ümumilikdə 5678.9 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulmalıdır.İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 001A********** saylı kredit müqaviləsi və 001A**********S saylı Saziş üzrə 5020,82 manat kredit borcu, 458.08 manat faiz borcu, 200 manat cərimə ümumilikdə 5678.9 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3659/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3659/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver