Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3661/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 20 faiz olmaqla 5000 manat məbləğində kredit verilib. Lakin borclu müqavilənin şərtəlrini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 avqust 2021-ci il tarixədək onun banka 3068.14 manat əsas, 256.75 manat faiz, 72.26 manat cərimə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən Cavabdeh 13 avqust 2021-ci il tarixədək onun banka 3068.14 manat əsas, 256.75 manat faiz, 72.26 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən Yelo Bank” ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank təərfindən Cavabdeh 36 ay müddətinə, illik 20 faiz olmaqla 5000 manat məbləğində kredit verilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur. 06.09.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 5000 manat kredit Cavabdeh nəğd şəkildə verilmişdir. 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 sentyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 13 avqust 2021-ci il tarixədək onun banka 3068.14 manat əsas, 256.75 manat faiz, 72.26 manat cərimə olmaqla cəmi 3397.15 manat borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 06 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, bank tərfindən Cavabdeh 36 ay müddətinə, illik 20 faizlə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyə əməl edərək müqavilə ilə razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də,cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki,qeyd olunan kredit müqaviləsi üzrə cavabdehin ödənilməmiş 3068.14 manat əsas, 256.75 manat faiz, 72.26 manat cərimə olmaqla cəmi 3397.15 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 sentyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 3068.14 manat əsas, 256.75 manat faiz, 72.26 manat cərimə olmaqla cəmi 3397.15 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı,müqavilə ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv olunsun. Cavabdeh həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 3068.14 manat əsas, 256.75 manat faiz, 72.26 manat cərimə olmaqla cəmi 3397.15 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3661/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3661/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver